Vərəm əleyhinə yardım:
vərəm əleyhinə ambulator, stasionar və sanator yardımı göstərən müəssisələrin yaradılması;
vərəm əleyhinə stasionar müəssisələrdə və sanatoriyalarda vərəm xəstəliyindən müalicə olunan uşaqların ümumi təhsilinin təşkili;
vərəm əleyhinə dispanserlərdə əmək terapiyasının təşkili;
vərəm xəstəliyinə tutulmuş şəxslərin (xüsusilə ağır və xüsusilə zərərli əmək şəraitində olan işçilərin, əlilliyi olan şəxslərin) işlə təmin olunması üçün yüngül iş şəraiti olan müəssisələrin yaradılması;
dövlət müəssisə, idarə və təşkilatlarında vərəm xəstəliyinə tutulmuş əlilliyi olan şəxslər üçün mütləq iş yeri kvotalarının müəyyən edilməsi;
sosial əlaqələrini itirmiş və vərəmin yoluxucu xroniki formalarına tutulmuş şəxsləri tam dövlət təminatında saxlamaq üçün xüsusi tibb müəssisələrinin (internat-xəstəxanaların və s.) yaradılması;
vərəm xəstəliyindən əziyyət çəkən şəxslərin sosial müdafiəsi üçün digər zəruri tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.
Dövlət vərəm əleyhinə yardım məqsədi ilə aşağıdakılara təminat verir:
Azərbaycan Respublikası ərazisində “Vərəm xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Milli Proqram”ın qəbul edilməsinə və həyata keçirilməsinə;
vərəm əleyhinə təxirəsalınmaz yardıma;
vərəmlə əlaqədar ekspertizaların aparılmasına;
sosial-məişət yardımına, o cümlədən birinci növbədə vərəmin yoluxucu formasına tutulmuş xəstələrə təcrid olunmuş yaşayış sahəsinin verilməsinə, vərəmdən və onun nəticələrindən əziyyət çəkən şəxslərin işlə təmin olunmasına;
vərəmin spesifik profilaktikasına, vərəm əleyhinə dövlət tibb müəssisələrində ambulatoriya, stasionar, sanatoriya şəraitində konsultativ-diaqnostikaya, müalicəyə və reabilitasiya yardımına;
cəzacəkmə müəssisələrində cəza çəkən vərəmlə xəstələnmiş şəxslərə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsinə;
(Çıxarılıb)
vərəmlə xəstələnmiş şəxslərə tibbi yardım göstərilərkən onların sağlamlığına dəymiş zərərin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsinə.