Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublİkası Nazİrlər KabİnetİnİN Qərarı
Azərbaycan Respublikasında yayılmış bəzi faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın ödəmə normativlərini yeni iqtisadi şəraitə uyğunlaşdırmaq və təbiətdən istifadə subyektlərinin məsuliyyətini artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında geniş yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində təbiətə dəymiş ziyanın ödəmə normativlərinin təsdiq edilməsi haqqında” 1992-ci il 8 iyul tarixli 319 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 28 dekabr 1998-ci il
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2003-cü il tarixli 119 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 9, maddə 527)
2. 25 fevral 2008-ci il tarixli 55 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 132)
3. 29 mart 2020-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 380)