Qanunvericilik › Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə"nin 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş bildirişin, səkkizinci cümləsində nəzərdə tutulmuş sorğunun və bu sorğu əsasında verilən məlumatların məzmununun müəyyən edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 03.07.2014) › Tam mətn

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə"nin 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş bildirişin, səkkizinci cümləsində nəzərdə tutulmuş sorğunun və bu sorğu əsasında verilən məlumatların məzmununun müəyyən edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 03.07.2014)

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə"nin 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş bildirişin, səkkizinci cümləsində nəzərdə tutulmuş sorğunun və bu sorğu əsasında verilən məlumatların məzmununun müəyyən edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 03.07.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 6 mart tarixli 120 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə"nin 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş bildirişin, səkkizinci cümləsində nəzərdə tutulmuş sorğunun və bu sorğu əsasında verilən məlumatların məzmunu təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Bakı şəhəri, 3 iyul 2014-cü il

-------------------------------------

___________ bələdiyyəsi fərdi yaşayış evinin tikintisi üçün ________ ha torpaq sahəsinin mülkiyyətə ayrılması barədə ___________ tarixli _______ nömrəli qərar qəbul etmişdir.

Torpaq sahəsinin qiyməti bazar qiyməti nəzərə alınmaqla ________ manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə”nin 23-cü maddəsinin tələbinə əsasən, bələdiyyə ilə ərizəçi arasında 60 gündən gec olmamaqla, alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri bələdiyyənin bank hesabına_____________________________________________________ödənilməlidir.

Qeyd edilən müddətdə müqavilə bağlanmadıqda və torpağın dəyəri ödənilmədikdə, bu torpağın mülkiyyətə ayrılması barədə bələdiyyənin __________tarixli ______ nömrəli qərarı ləğv edilir.

Bələdiyyənin sədri ______________________________________

(soyadı, adı, atasının adı, imzası)

“_____” ______________20____ il

______________________ rayon (şəhər, qəsəbə, kənd) bələdiyyəsi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ________saylı Ərazi İdarəsinə

________________________________

(sorğunun tarixi və nömrəsi)

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə”nin 23-cü maddəsinə əsasən, aşağıda qeyd olunan torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə uyğun torpaq sahəsinin son üç ay ərzində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiyməti barədə məlumat sorğu olunur.

1. _________rayon (şəhər, qəsəbə, kənd) ərazisində yerləşən _____________________ bələdiyyəsinə məxsus ____________təyinatlı, ________________________________________________ ____________________________________________________________ torpaq sahəsi.

(döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr)

Qeyd. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə”nin 23-cü maddəsinə əsasən, məlumat 3 gün müddətində bələdiyyəyə göndərilməlidir.

Bələdiyyənin sədri ______________________________________

“_____” ______________20____ il

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _______saylı Ərazi İdarəsi

_______________rayon (şəhər, qəsəbə, kənd) bələdiyyəsinə

_________________________________

(məlumatın tarixi və nömrəsi)

Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə”nin 23-cü maddəsinə əsasən, torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə müvafiq ərazi üzrə uyğun torpaq sahəsinin son üç ay ərzində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiyməti barədə məlumatın verilməsi ilə əlaqədar 2014-cü il “____” tarixli ____ nömrəli sorğunuza Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin _____saylı Ərazi İdarəsində baxılmışdır.

Bununla əlaqədar bildiririk ki, həmin torpaq sahəsinə uyğun torpaq sahələrinin notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətləri üç ay ərzində aşağıdakı kimi olmuşdur:

Daşınmaz Əmlakın Dövlət Reyestri

Xidmətinin ______________saylı Ərazi İdarəsinin

rəisi ____________________________________

(soyadı, adı, atasının adı, imzası)

“_____”__________ 20____ il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver