Qanunvericilik › “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.05.2010) › Tam mətn

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.05.2010)

“Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında (Prezidentin fərmanı, 18.05.2010) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli, 1007-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısını və normalarını, habelə xüsusi vasitələri tətbiq etmək hüququ olan miqrasiya orqanları işçilərinin siyahısını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. miqrasiya orqanları işçilərinin xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsvirinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. öz səlahiyyətləri daxilində "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli, 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 77-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Əsasnamənin 29-1-ci maddəsinin ikinci cümləsində və 77-2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2010-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver