Azərbaycan Respublikasının büdcədən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan və bilavasitə əhaliyə tibbi xidmətlərin göstərilməsinə cəlb edilən işçilərin əməyinin ödənilməsinin təmizlənməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 yanvar tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”nə aşağıdakı məzmunda 2.2.7.3-cü bənd əlavə edilsin:
“2.2.7.3. Azərbaycan Respublikasının büdcədən maliyyələşən ali tibb təhsili və həkimləri təkmilləşdirmə müəssisələrinin klinik kafedralarında çalışan və bilavasitə əhaliyə tibbi xidmətlərin göstərilməsində müalicə və diaqnostika işlərinə cəlb edilən işçilərə aşağıdakı məbləğlərdə əlavə haqq ödənilir:
professor və dosentlərə - yüksək ödəniş dərəcəli həkim mütəxəssisin vəzifə maaşının 50 faizi miqdarında;
assistentlərə - müvafiq ödəniş dərəcəli həkim-mütəxəssisin vəzifə maaşının 50 faizi miqdarında.”.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 10 noyabr 2006-cı il