Qanunvericilik › Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat»ın təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 03.09.2012) › Tam mətn

Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat»ın təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 03.09.2012)

Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat»ın təsdiq edilməsi haqqında (Daxili İşlər Nazirliyi, 03.09.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.1.2-ci bəndinin və mərkəzi icra hakimiyyəti orqanlarının dövlət qeydiyyatına alınmış müvafiq normativ hüquqi aktlarının «Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanına uyğunlaşdırılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 10 may tarixli 120s nömrəli Sərəncamının 1.3-cü bəndinin icrası məqsədilə «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında» Əsasnamənin 5.3.6-cı bəndini rəhbər tutub,

1. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən 3 gün müddətində «Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestri»nə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Naxçıvan MR-nın Daxili İşlər Nazirinə, DİN-in baş idarə və idarə, BBPİ, NBPİ, şəhər, rayon polis orqanlarının rəislərinə:

3.1. Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sistemi işi qanunvericiliyə və bu Təlimata uyğun təşkil edilsin;

3.2. Təlimatın şəxsi heyət tərəfindən öyrənilməsi, icazə sistemini həyata keçirən əməkdaşlardan məqbulların qəbul edilməsi təmin olunsun.

4. DİN-in Katibliyi (N.Şirinov) icazə sistemini həyata keçirən qurumların müvafiq sənədlərlə təmin edilməsi məqsədilə qısa müddət ərzində Təlimata əlavələrin tipoqrafik üsulla çoxaldılması təşkil olunsun.

5. Daxili İşlər Nazirliyinin 2009-cu il 15 may tarixli 270 nömrəli əmri ləğv edilsin.

6. Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavininə və DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə olunsun.

7. Qərar respublika daxili işlər orqanlarında elan edilsin.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 03.09.2012-ci il tarixli Q21-001-12 nömrəli qərarı ilə təsdiq edilmişdir.

1.1. Bu Təlimat «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına, «Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı»nın və «Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları»nın təsdiq edilməsi haqqında» 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanına uyğun olaraq hazırlanmış və daxili işlər orqanlarında icazə sisteminin təşkili qaydalarını müəyyən edir.

1.2. İcazə sistemi ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq xidməti və mülki silahın, döyüş sursatının dövriyyəsinə xüsusi icazənin, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılığın (lisenziyanın) verilməsi və onlara nəzarət edilməsi, çoxaldıcı rəngli qurğuların (kseroksların) qeydiyyatının aparılması, habelə göstərilən əşya və maddələrin itməsi, oğurlanması, təyinatından kənar istifadə hallarının qarşısının alınması üzrə həyata keçirilən tədbirlərdən ibarətdir.

1.3. İcazə sistemi üzrə tədbirlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi (bundan sonra BİTİ) və ərazi polis orqanları tərəfindən həyata keçirilir.

1.4. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə həvalə olunur:

1.4.1. Xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi), uçotu, onların alınmasına və saxlanılmasına xüsusi icazənin və şəhadətnamənin verilməsi, dövriyyəsinə nəzarətin həyata keçirilməsi;

1.4.3. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) üçün rəyin və verilmiş xüsusi razılığın (lisenziyanın) uçotunun aparılması;

1.4.4. Silah və xüsusi vasitələr saxlanılan yerlərə baxış keçirilməsi;

1.4.5. İcazə sisteminin təşkili ilə bağlı ərazi polis orqanlarının fəaliyyətinə nəzarət edilməsi.

1.5. Ərazi polis orqanlarına həvalə olunur:

1.5.1. Yivli və yivsiz lüləli xidməti və mülki silahın qeydiyyata alınması, uçotu, dövriyyəsinə nəzarətin həyata keçirilməsi;

1.5.2. Qeydiyyatda olan yivsiz lüləli xidməti və mülki silahın alınmasına xüsusi icazələrin, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamələrin verilməsi;

1.5.3. Xidməti və mülki silahların saxlanıldığı yerlərə baxış keçirilməsi;

1.5.4. Xüsusi icazə və şəhadətnamə verilən şəxslərin məhkumluğunun, polisdə uçota götürülüb-götürülməməsinin, barələrində təqsirləndirici materialın, habelə ruhi xəstəliyə, alkoqolizmə, narkomanlığa düçar olub-olmamasının yoxlanılması;

1.5.5. İcazə sistemi qaydalarının pozulmasına qarşı yönəldilmiş profilaktik tədbirlərin görulməsi;

1.5.6. Müəyyən edilmiş qaydaları pozmuş şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi.

1.6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, habelə cəzaları icra edən orqanların hərbi hissələrində, müəssisələrində və obyektlərində icazə sistemi həyata keçirilmir.

1.7. İcazə sistemi üzrə həyata keçirilən fəaliyyətə görə şəhər, rayon, nəqliyyatda polis orqanlarının rəisləri şəxsən məsuliyyət daşıyırlar.

1.8. İcazə sistemi üzrə fəaliyyət Azərbaycan Respublikası DİN-in, Naxçıvan MR DİN-in, Bakı şəhər və Nəqliyyatda baş polis idarələrinin, şəhər, rayon polis orqanlarının planları və növbətçi hissələr, cinayət axtarış, ictimai təhlükəsizlik, pasport-qeydiyyat, habelə post-patrul xidmətləri ilə qarşılıqlı məlumat mübadiləsi əsasında təşkil olunur.

1.9. İcazə sistemini həyata keçirən əməkdaşa müraciət edən hüquqi və fiziki şəxslərin qəbulu üçün ərazi polis orqanlarının inzibati binasının birinci mərtəbəsində yerləşən, telefonla təchiz olunmuş xidməti otaq ayrılır. Həmin otağın qarşısında müxtəlif növ xüsusi icazələrin (razılığın) alınması üçün təqdim olunacaq sənədlərin nümunələri, icazə sisteminə aid normativ sənədlərdən, qayda pozuntularına görə məsuliyyət haqqında qanunvericilik aktlarından çıxarışlar asılır.

2.1. Ərazi polis orqanlarının rəhbərləri silah və onun döyüş sursatının saxlama şəraitinin tələb olunan səviyyədə təşkil edilməsini və mövcud qüsurları aşkar edib aradan qaldırmaq məqəsədilə silah və sursatların saxlanma yerlərinin yoxlanılmasını təşkil edirlər.

2.2. Xidməti silah saxlanılan orqan və təşkilatlarda - silah və sursatın mühafizəsi, işçilərə verilməsı qaydalarına əməl edilməsi, silahın saxlanılmasına xüsusi icazənin olması və etibarlılıq müddəti, silah və sursat saxlanılan yerdə başqa təşkilata məxsus silahın olub-olmaması, mövcud çatışmazlıqların aradan qaldırılması üzrə ərazi polis orqanı tərəfindən əvvəllər verilmiş tapşırığın yerinə yetirilməsi yoxlanılır.

2.4. Xidməti və mülki silah, habelə döyüş sursatı satılan mağazalarda onların fəaliyyət göstərməsinə xüsusi icazənin mövcudluğu, etibarlılıq müddəti, tikililərin yararlılığı, mühafizənin təşkili, odlu silah və sursatın faktiki sayı, uçot-qeydiyyat kitabı, satış üçün qəbul edilmiş silaha polis orqanından verilmiş göndərişin olub-olmaması yoxlanılır.

2.9. Sahibkarlıq subyektlərində aparılan baxış və yoxlama və onların nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

3.1. Xidməti və mülki silahın dövriyyəsinə nəzarət olunması üçün BİTİ və ərazi polis orqanları tərəfindən aşağıdakı tədbirlər görülür:

3.1.1. Silaha və onun istehsal olunduğu, satıldığı, saxlanıldığı və məhv edildiyi yerə həmin müəssisənin rəhbərinin və ya bu işə bilavasitə cavabdeh olan şəxsin iştirakı ilə baxış keçirmək;

3.1.2. Silah saxlanılan yerin mühafizəsinin müvafiq qaydalara uyğun təşkil olunmasına, mağazada silah satışı qaydalarına riayət edilməsinə, daxil olan silahların saxlanılmasının uçot və qeydiyyatın aparılmasına, məhv edilməsi nəzərdə tutulan silahların ekspert komissiyası tərəfindən yoxlanılmasına diqqət yetirmək;

3.1.4. Aşkar olunmuş nöqsanların dərhal və ya növbəti baxış keçirilənədək aradan qaldırılmasına dair silah vəsursatın saxlanılması üçün məsul olan şəxslərə zəruri tapşırıqlar vermək;

3.1.5. Hüquqi və fiziki şəxslərdən xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsini, vərəsəlik üzrə verilməsini, miras alınmasını, habelə məhv edilməsinin vacibliyini təsdiq edən sənədlərin təqdim olunmasını, bu sənədlərlə bağlı şifahi məlumat verilməsini tələb etmək;

3.1.6. Xidməti və mülki silahın dövriyyəsi ilə bağlı mövcud nöqsanların aradan qaldırılması üçün vətəndaşlara və vəzifəli şəxslərə icrası məcburi olan göstərişlər vermək.

3.2. Baxış zamanı ciddi pozuntular aşkar edildikdə, həmçinin nöqsanlar vaxtında aradan qaldırılmadıqda təqsirkar şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar.

3.3. Silahın dövriyyəsi ilə bağlı qanunvericiliyin tələbləri mütəmadi olaraq pozulduqda və ya icra edilmədikdə xüsusi icazənin ləğv edilməsi məsələsinə baxılır.

4.1. İcazə sistemini həyata keçirən ərazi polis orqanı aşağıdakı hüquqlara malikdir:

4.1.2. Mülki silahın və sursatın saxlanılması, istifadəsi, daşınması, istehsalı, gətirilməsi, aparılması, göndərilməsi, idxalı, ixracı, kolleksiya edilməsi (Təlimata 1 nömrəli əlavə), sərgisinin keçirilməsi (Təlimata 2 nömrəli əlavə) qaydalarının pozulduğu hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

4.1.3. Xidməti və mülki silahın satışına verilmiş xüsusi icazənin ləğv olunması barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi qarşısında vəsatət qaldırmaq, müvafiq qaydalara uyğun olaraq mülki silahı və sursatı götürmək;

4.1.4. Xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən özəl mühafizə müəssisələrinin və hüquqi şəxslərin mühafizə bölmələrinin fəaliyyəti ilə bağlı müəyyən olunmuş qaydada tədbirlər görmək.

5.1. BİTİ tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən təsdiq edilmiş rəy (arayış) əsasında:

5.1.1. Xüsusi icazə və şəhadətnamə verilir:

5.1.1.1. Yivli lüləli xidməti və mülki silahın dövriyyəsinə, belə silahların ölkəyə gətirilməsinə, ölkədən çıxarılmasına və alınmasına;

5.1.1.2. Xarici dövlətlərin hüquqi şəxslərinə, xüsusi nizamnamə vəzifələrini yerinə yetirən xarici dövlət orqanlarının nümayəndələrinə, habelə diplomatik nümayəndəliyin üzvlərinə onlara məxsus xidməti silahın Azərbaycan Respublikasının ərazisində saxlanılmasına və ondan təyinatı üzrə istifadə edilməsinə;

5.1.1.3. Dövlət orqanlarına, hüquqi şəxslərə, idman və ovçuluq cəmiyyətlərinə, təhsil müəssisələrinə yivli lüləli xidməti və mülki silahın, habelə onların sursatının satışına.

5.1.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Konstitusiya Məhkəməsinin və digər məhkəmələrin hakimlərinə, habelə qanunvericilikdə nəzərdə tutulan vəzifəli şəxslərə xidməti silahın saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə.

5.1.2. Xüsusi razılıq (lisenziya) verilir:

5.1.2.1. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə.

5.1.2.1.2. Yuxarıda göstərilən xüsusi icazə, şəhadətnamə və xüsusi razılıq (lisenziya) Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən imzalanır.

5.2. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsinə xüsusi razılıq üçün rəy, eləcə də aşağıdakı məsələlərə dair xüsusi icazə və şəhadətnamələr verilir:

5.2.1. Azərbaycan Respublikasının vətəndaşlarına yivsiz lüləli ov və idman silahlarının alınmasına (Təlimata 3 nömrəli əlavə), Azərbaycan Respublikasından aparılmasına və Azərbaycan Respublikasına gətirilməsinə (Təlimata 4 nömrəli əlavə), qeydiyyatda olan yivli və yivsiz lüləli ov və idman silahlarının bir şəxsin adından digər şəxsin adına sənədləşdirilməsinə, onların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə;

5.2.2. Əcnəbilərə yivsiz lüləli mülki silahın alınmasına və respublikadan aparılmasına;

5.2.3. Hüquqi şəxslərə xidməti silahların Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına;

5.2.4. Dövlət orqanlarına, hüquqi şəxslərə, idman və ovçuluq cəmiyyətlərinə, təhsil müəssisələrinə yivsiz lüləli xidməti və mülki silahın, habelə onların sursatının satışına (Təlimata 5 nömrəli əlavə);

5.2.5. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə silahların idman, ov məqsədi ilə Azərbaycan Respublikasına gətirilməsinə və Azərbaycan Respublikasından aparılmasına;

5.2.6. Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarına və hüquqi şəxslərə yivsiz lüləli xidməti silahların alınmasına;

5.2.7. Qeydiyyatda olan kiçikçaplı və ya lülələri kombinə edilmiş ov və idman silahlarını bir şəxsin adından digər şəxsin adına sənədləşdirərək, onların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə.

5.3. Bu Təlimatın 5.1 - 5.2.7-ci bəndlərində göstərilən silahların dövriyyəsi ilə bağlı verilmiş xüsusi icazə, xüsusi razılıq (lisenziya) və şəhadətnamələr yararsız hala düşdükdə, itirildikdə, oğurlandıqda, etibarlılıq müddəti bitdikdə BİTİ tərəfindən yeni, yuxarı sağ küncündə «D» hərfi və köhnəsinin verilmə tarixi qeyd olunmaqla xüsusi icazə, xüsusi razılıq (lisenziya) və şəhadətnamələr verilir.

5.4. Naxçıvan MR DİN Muxtar Respublikanın ərazisində icazə sisteminə aid fəaliyyəti həyata keçirməklə aşağıdakı məsələlər üzrə xüsusi razılıq (lisenziya), xüsusi icazələr və şəhadətnamələr verir:

5.4.1. Qeyri -dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsinə;

5.4.2. Yivsiz lüləli mülki silahların alınmasına, həmin silahların bir şəxsin adından digər şəxsin adına sənədləşdirilməsinə, eləcə də xarici dövlətlərə aparılmasına;

5.4.3. Dövlət orqanlarına, hüquqi şəxslərə, idman, ovçuluq cəmiyyətlərinə, təhsil müəssisələrinə yivsiz lüləli xidməti və mülki silahın, habelə onların sursatının əldə olunmasına və satışına;

5.4.4. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş vəzifəli şəxslərə, xüsusi nizamnamə vəzifələrini yerinə yetirən xarici dövlət orqanlarının nümayəndələrinə, xarici dövlətlərin hüquqi şəxslərinə, diplomatik nümayəndəliyin üzvlərinə xidməti silahın saxlanılmasına və ondan təyinatı üzrə istifadə edilməsinə.

5.4.5. Təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslərə yivli və yivsiz lüləli xidməti silahların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə;

5.5. Şəhər, rayon polis orqanları tərəfindən aşağıdakı məsələlər üzrə xüsusi icazələr, şəhadətnamələr verilir:

5.5.1. Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarına, hüquqi şəxslərə respublika daxilində xidməti silahın, habelə onun sursatının daşınmasına (Təlimata 6 nömrəli əlavə), saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə (Təlimata 7 nömrəli əlavə);

5.5.2. Azərbaycan Respublikasının vətəndaşlarına qeydiyyatda olan yivsiz lüləli mülki silahın alınmasına, müəyyən olunmuş qaydada saxlanılmasına, təyinatı üzrə istifadə edilməsinə, habelə digər şəxslərin adına sənədləşdirilməsinə;

5.5.3. Təbiətin, təbii ehtiyatların, mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslərə yivli və yivsiz lüləli xidməti silahların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə.

5.6. Nəqliyyatda polis orqanları mülkiyyətin, qiymətli və təhlükəli yüklərin, xüsusi göndərişlərin mühafizəsi ilə bağlı vəzifələri yerinə yetirən şəxslərə yivli və yivsiz xidməti silahın saxlanılmasına, gəzdirilməsinə, daşınmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazələr və şəhadətnamələr verirlər.

5.7. Şəhər, rayon polis orqanları tərəfindən yalnız öz inzibati ərazilərində qeydiyyatda olan və yaşayan vətəndaşlara ov və idman silahlarının dövriyyəsi ilə bağlı xüsusi icazələr (şəhadətnamələr) verirlər.

5.8. Xüsusi icazə və şəhadətnamələr onun verildiyi orqanın rəhbəri tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.

5.9. Xüsusi icazənin yenidən verilməsinə onun müddətinin başa çatması, hüquqi şəxsin ünvanının, adının, xüsusi icazədə göstərilmiş rəhbərin, əşyaların saxlanma yerinin və miqdarının dəyişməsi, xüsusi icazənin itməsi və ya yararsız hala düşməsi əsasdır. Bu halda əvvəl verilmiş xüsusi icazənin materialları əsas götürülərək, yenisinin verilməsi ilə bağlı ərazi polis orqanına müraciət edilir.

5.10. İcazə sisteminə aid əşyaların dövriyyəsi ilə bağlı işlərə şəxslərin buraxılması müvafiq təşkilatın zəmanət məktubu əsasında həyata keçirilir.

5.10.1. Bununla əlaqədar aidiyyəti polis orqanına aşağıdakı sənədlər təqdim edilir:

5.10.1.1. Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;

5.10.1.2. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinin surəti.

5.11. Müvafiq yoxlamadan (operativ uçotlar və yaşayış yeri üzrə) sonra həmin şəxslərin icazə sisteminə aid əşyaların dövriyyəsi ilə bağlı işlərə buraxılmasına razılıq verilir.

6.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah (odlu silah istisna olmaqla) əldə etmək hüququ vardır. Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır.

6.2. Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya BİTİ-yə müraciət edir.

6.3. Xüsusi icazənin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

6.3.1. Ərizə (Təlimata 8 nömrəli əlavə);

6.3.2. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

6.3.3. Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;

6.3.4. 3 x 4 sm ölçüdə iki ədəd rəngli fotoşəkil.

6.4. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində yoxlanılır.

6.5. Azərbaycan Respublikasının Müdafiə, Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, prokurorluq, habelə dövlət orqanı tərəfindən xüsusi yoxlanılması həyata keçirilən şəxslər operativ uçotlar üzrə yoxlanılmır.

6.6. Mülki silahın əldə edilməsinə xüsusi icazə və şəhadətnamənin verilməsi üçün vətəndaşlardan ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.

6.7. Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda tibbi arayış tələb edilmir və məhkumluq yoxlanılmır.

6.8. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Nəzərdə tutulmuş müddət pozularsa, həmin silah müsadirə olunur.

6.9. Xidməti və mülki silahın dövriyyəsi ilə bağlı xüsusi icazə və şəhadətnamələrin verilməsi barədə daxil olmuş ərizələr dəftərxanada qeydiyyata alındıqdan sonra rəhbərliyin dərkənarı əsasında icazə sistemini həyata keçirən əməkdaşa həvalə olunur.

6.10. Xüsusi icazə blankları səliqəli, düzəliş edilmədən, tam doldurulur.

6.11. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti altı aydır. Xüsusi icazədə aşağıdakı məlumatlar göstərilir:

6.11.1. Mülki silahı əldə edən şəxsin soyadı, adı, atasının adı, silahın növü, sayı, xüsusi icazənin verilmə tarixi və etibarlılıq müddəti.

6.12. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazə 3 hissədən ibarətdir:

6.12.1. 1-ci hissə: xüsusi icazənin kötüyü;

6.12.2. 2-ci hissə: xüsusi icazənin dublikatı (ticarət təşkilatında qalır);

6.12.3. 3-cü hissə: xüsusi icazənin əsli (onun arxa hissəsində satılan silahın markası, kalibri, nömrəsi barədə müvafiq qeydlər aparılaraq imzalanır və möhürlə təsdiqləndikdən sonra vətəndaşa verilir).

6.13. Verilən xüsusi icazə və şəhadətnamələrin uçot və qeydiyyatı xüsusi kitabda (Təlimata 9 nömrəli əlavə) aparılır. Kitab dəftərxanada qeydiyyatdan keçirilir, səhifələnir, tikilir. Kitabda xüsusi icazə alan hüquqi və fiziki şəxs barədə ətraflı məlumat, xüsusi icazənin nömrəsi, etibarlılıq müddəti, habelə xüsusi icazə əsasında alınmış silahın nömrəsi, kalibri, markası, hansı ticarət obyektindən əldə edildiyi göstərilir.

6.14. Kitab xüsusi icazəni (şəhadətnaməni) verən əməkdaşda saxlanılır, başa çatdıqda isə dəftərxanaya təhvil verilir.

6.15. Odlu ov və ya idman silahının saxlanılması, təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi zamanı ilkin qeydiyyata görə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə bank və ya poçt sənədinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi tələb edilir.

6.16. İdman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün vətəndaşlara verilən şəhadətnamənin etibarlılıq müddəti 3 ildir.

6.17. Etibarlılıq müddətinin bitməsinə 3 ay qalmış onun uzadılması üçün vətəndaşın ərizəsi, silahın saxlanılmasına, gəzdirilməsinə, təyinatı üzrə istifadə edilməsinə verilən xüsusi icazə və şəhadətnamə, silahın özü və təkrar qeydiyyata görə dövlət rüsumunun ödənilməsini təsdiq edən bank və ya poçt sənədinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi təqdim edilir. Ərizəyə 1 ay müddətində baxılır. Xüsusi icazə və şəhadətnamə 3 il müddətinə uzadılır.

6.18. Qaz tapançalarının (aerozol qurğuları istisna olmaqla) əldə edilməsinə, saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə BİTİ tərəfindən verilir. Qaz tapançalarının əldə edilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

6.18.2. Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi;

6.18.3. Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;

6.18.4. 3 x 4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

6.19. Qaz tapançalarının satış məqsədilə Azərbaycan Respublikasına gətirilməsinə xüsusi icazə yalnız silah-sursat satmaq hüququna malik olan hüquqi şəxslərə verilir.

6.20. Silahla təltif olunmuş Azərbaycan Respublikasının vətəndaşlarına həmin silahın saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə dair BİTİ tərəfindən şəhadətnamə verilir (Təlimata 10 nömrəli əlavə).

6.20.1. Bunun üçün aşağıdakı sənədlər tələb olunur:

6.20.1.2. Silahla təltif olunma barədə sənədin təsdiq olunmuş surəti;

6.20.1.3. 3 x 4 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

6.21. Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətlərin rəhbərləri tərəfindən silahla təltif olunduqda bu barədə sənədin tərcümə edilmiş surəti (notarial qaydada təsdiqlənmiş) təqdim olunur.

6.22. Təltif olunmuş şəxs silahın və onun patronlarının qeydiyyata götürülməsi üçün iki həftə ərzində BİTİ-yə müraciət etməlidir.

6.23. Təltif silahının saxlanılması üçün verilən şəhadətnamədə «təltif» sözü qeyd edilməklə etibarlılıq müddəti göstərilmir. Bu sənədin verilməsinə görə dövlət rüsumu tələb olunmur.

6.24. Mülki dövriyyəsi Azərbaycan Respublikasında qadağan edilmiş silahlar təltif silahı kimi verilə bilməz.

6.25. Təltif silahı hərbi təyinatlı olarsa, onun sahibi vəfat etdikdə qohumları tərəfindən dərhal ərazi polis orqanına ödənişsiz təhvil verilməlidir.

6.25.1. Sahibi vəfat etmiş yivli və yivsiz ov silahları 10 gün müddətində ərazi polis orqanına təhvil verilir, qohumlarının razılığı ilə silahın qeydiyyatının dəyişdirilməsi və ya satışa verilməsi məsələsinə baxılır.

6.26. Mülki silahın qeydiyyatının bir şəxsin adından başqasının adına dəyişdirilməsinə yol verilir. Belə halda silahı verən və alan şəxslərin iştirakı ilə ərizələr təqdim edilir. Silahın qeydiyyatı dəyişdirilir və silah sahiblərinin uçotu kitabında, şəxsi işlərində müvafiq dəyişikliklər edilir. Yararsız vəziyyətdə olan (təmiri mümkün olmayan) odlu silahın qeydiyyatı dəyişdirilə bilməz. Belə silahlar ərazi polis orqanına ödənişsiz təhvil verilir və uçotdan çıxarılır.

6.27. Yaxın qohumlarından qalmış ov silahlarının qeydiyyata götürülməsi ilə bağlı vətəndaşlar tərəfindən təqdim olunmuş silahların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə verilir. Bunun üçün silahın mənbəyini təsdiq edən sənədlər təqdim olunmalıdır.

6.28. Məhkəmə tərəfindən müsadirə olunmuş ov silahı mağazaya ərazi polis orqanının göndərişi əsasında qəbul edilir. Silah satıldıqdan sonra əldə olunmuş vəsait dövlət nəfinə keçirilir.

6.29. Əvəzi ödənilməklə götürülən ov silahı satıldıqdan sonra əldə olunan vəsait silahın sahibinə verilir.

6.30. Vətəndaş ərazi polis orqanını əvvəlcədən yazılı və ya şifahi xəbərdar etməklə özünə məxsus mülki silahı xüsusi icazəsi olan ailə üzvünə vəsiyyətnamə ilə miras qoyur. Bununla əlaqədar ərazi polis orqanına rəsmi müraciət olunur və ərizədə silahın kalibri, markası, nömrəsi, silahı miras qoyan vətəndaşın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilir.

6.31. Mülki silah notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə əsasında da vərəsələrdən birinə miras qoyulur.

6.32. Mülki silahı vərəsəlik yolu ilə əldə etmiş şəxsin xüsusi icazəsi yoxdursa o, üç ay ərzində həmin silahın saxlanılması, təyinatı üzrə istifadə edilməsi üçün xüsusi icazə almalıdır. Vərəsə xüsusi icazəni almaq istəməzsə və ya ona xüsusi icazə verilməsi məqsədəmüvafiq hesab edilməzsə o, bir ay müddətində həmin silahı başqasına bağışlamalı və ya satmalıdır. Əks halda silah ərazi polis orqanına təhvil verilməlidir.

6.33. Vətəndaşlar yaşayış yerini dəyişdikdə bu barədə silahın uçotda olduğu polis orqanına məlumat verməli və 10 gün müddətində silahın qeydiyyata alınması üçün yeni yaşayış yeri üzrə polis orqanına müraciət etməlidirlər.

6.34. Mülki silahın əldə olunmasına xüsusi icazəsi, habelə odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnaməsi olan vətəndaş həmin sənədləri ticarət müəssisəsinə təqdim etməklə soyuq ov silahını əldə edir.

6.35. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının ərazisində istifadəsinə xüsusi icazə verilmiş ov silahları (odlu və ya soyuq) ərazi polis orqanlarında bir dəfə qeydiyyatdan keçirilir və bu barədə ovçuluq biletində qeyd olunur.

6.36. Vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə saxlanması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə (Təlimata 11 nömrəli əlavə) verilir.

6.37. Odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə vətəndaşa həmin silah üçün normaya uyğun sursat əldə olunmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə hüquq verir.

6.38. Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Belə silahları (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə bunun üçün açılmış kitabda müvafiq qeyd aparır.

6.39. Ticarət müəssisələrinin verdiyi məlumata əsasən ərazi polis orqanlarında pnevmatik silahların uçot və qeydiyyatı aparılır.

6.40. İstifadəsində mülki (odlu və qazla işləyən) silah olan hər bir vətəndaşa şəxsi iş (Təlimata 12 nömrəli əlavə) açılır. Yivli silah sahiblərinin şəxsi işləri Baş İctimai Təhlükəsizlik İdarəsində, yivsiz ov silahı və qazla işləyən silah sahiblərinin şəxsi işləri isə ərazi polis orqanlarında aparılır.

6.41. Şəxsi işə silahın alınması və saxlanılması üçün xüsusi icazə və şəhadətnamə verilməsinə əsas olan materiallar, ərizə, silah sahibinin yoxlanılmasına dair sənədlər (raport, operativ yoxlama tələbnaməsi, sağlamlıq haqqında tibbi arayış), silahın qeydiyyata alınması və qeydiyyatın dəyişdirilməsi üçün rüsumun ödənilməsi haqqında bank və ya poçt sənədinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi tikilir.

6.42. Odlu silah sahiblərinin şəxsi işləri icazə sistemini həyata keçirən əməkdaşda saxlanılır və əlifba sırası ilə düzülür.

6.43. Silah sahiblərinin siyahısının bir nüsxəsi şəhər, rayon polis orqanlarının növbətçi hissəsində saxlanılır. Əməliyyat növbətçiləri tərəfindən müxtəlif pozuntular üstündə tutulmuş şəxslərin yoxlanılması, hadisə yerlərinə çıxan əməliyyat qrupuna məlumat verilməsi üçün həmin siyahıdan istifadə edilir.

6.44. Bir şəxsə yeddi ədəddən artıq mülki silahın alınmasına, saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilə bilməz. İncəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların alınmasına say (yivli lüləli mülki silah istisna olmaqla) məhdudiyyəti qoyulmur.

6.45. Aşağıdakı hallarda vətəndaşlara mülki silahın əldə olunmasına xüsusi icazə verilməsindən imtina edilir:

6.45.1. Mülkiyyətində yeddi ədəddən çox (kolleksiya istisna olmaqla) odlu ov və ya idman silahı olduqda;

6.45.2. Spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludə olması, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin rəyi olduqda;

6.45.3. Ağır cinayətlərə, habelə silah və sursatdan, partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;

6.45.4. Ov, balıq və digər su bioresurslarının ovu, eləcə də odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması, tətbiqi qaydalarının və ictimai qaydanın pozulmasına, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə barəsində inzibati tənbeh tədbirləri tətbiq edildikdə (tətbiq olunduğu vaxtdan 1 il ötənədək);

6.45.5. Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;

6.45.6. Fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda;

6.45.7. Bu Təlimatın 6.45.2 - 6.45.5-ci yarımbəndlərində qeyd olunan şəxslə bir mənzildə yaşadıqda;

6.45.8. Praktiki yoxlama zamanı silahla davranma qaydalarını bilməməsi müəyyən olunduqda.

6.46. Beş ildən yuxarı istifadəsində yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə xüsusi icazəsi olan silahlı birləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ vardır.

7.1. Azərbaycan Respublikasında aşağıdakı subyektlərin xidməti silah əldə etmək hüququ vardır:

7.1.1. Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslərin;

7.1.2. Xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı və ya satışı ilə məşğul olan müəssisələrin;

7.1.3. İdman və ovçuluq cəmiyyətlərinin, təhsil müəssisələrinin.

7.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına və qanunvericiliyə uyğun olaraq digər vəzifəli şəxslərə müvafiq rəy (arayış) əsasında xidməti silah verilir.

7.3. Bu Təlimatın 7.2-ci bəndində nəzərdə tutulan rəy (arayış) və xidməti silahın saxlanılmasına, təyinatı üzrə istifadə edilməsinə dair şəhadətnamə Azərbaycan Respublikasının Daxili İşlər Naziri tərəfindən təsdiq edilir.

7.4. Deputatlara, vəzifəli şəxslərə, habelə silahla təltif olunmuş vətəndaşlara silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə verilərkən sağlamlıq haqqında tibbi arayış tələb olunmur və xüsusi yoxlamalar aparılmır.

7.5. Deputatların və vəzifəli şəxslərin öz səlahiyyətlərini icra etdikləri bütün müddət ərzində xidməti silahı saxlamaq və gəzdirmək hüququ vardır.

7.6. Deputatlar, vəzifəli şəxslər, habelə silahla təltif olunmuş vətəndaşlar daimi gəzdirilməsinə icazə verilmiş silahı, onun döyüş sursatını yaşadıqları mənzildə saxlamalıdırlar.

7.7. Deputatların, vəzifəli şəxslərin səlahiyyətləri başa çatdıqda xidməti silahın saxlanılmasına və gəzdirilməsinə verilmiş şəhadətnamə etibarsız sayılır və silah Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilir.

7.8. Dövlət orqanları və hüquqi şəxslər tərəfindən xidməti silahın əldə edilməsi və təyinatı üzrə istifadə olunması üçün verilməsi «Xidməti və mülki silah haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24.08.2002-ci il tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xidməti silahın əldə edilməsi və onun fiziki şəxslərə verilməsi qaydası»na uyğun həyata keçirilir.

7.9. Xüsusi icazənin verilməsi zamanı xidməti silahın əldə edilməsi ilə bağlı ilkin və təkrar qeydiyyata görə müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödənilir.

7.10. Bu Təlimatın 6.45.2 - 6.45.5, 6.45.8-ci yarımbəndlərində göstərilən şəxslərə şəhadətnamə verilməsi qadağandır.

7.11. Təşkilatlar tərəfindən alınması nəzərdə tutulan xidməti silahların sayı və növü Baş İctimai Təhlükəsizlik İdarəsi ilə razılaşdırılmalıdır.

7.12. Norması BİTİ ilə razılaşdırılmamış silah və patronların alınmasına xüsusi icazə verilmir.

7.13. Yeni patronların alınmasına, əvvəlki patronların istifadə olunduğunu təsdiqləyən müvafiq sənəd təqdim edildikdə xüsusi icazə verilir.

7.14. Xidməti silah onun saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə (Təlimata 13 nömrəli əlavə) verilmiş şəxslərə (dövlət orqanının və hüquqi şəxsin rəhbərinin qərarı ilə) ayrılır. Şəhadətnamədə «xidməti vəzifəsinin icrası zamanı etibarlıdır» sözləri yazılır.

7.15. Dövlət orqanının və ya hüquqi şəxsin işçisinə xidməti silahın saxlanılması və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamənin verilməsi üçün onun rəhbəri tərəfindən ərazi polis orqanına rəsmi müraciət olunmalıdır.

7.16. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ya onun yerli strukturlarının rəhbərlərinin vəsatəti ilə təbiəti mühafizə sahəsində çalışan işçilərə xidməti silahın yaşayış yerlərində saxlanılmasına xüsusi icazə verilir.

7.17. Dövlət orqanlarının və hüquqi şəxslərin hərbiləşdirilmiş mühafizə dəstələrinə avtomat silahının ayrılmasına yalnız müstəsna hallarda (külli miqdarda maliyyə vəsaitinin və sənədli qiymətli kağızların daşınması) Azərbaycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə yol verilir.

7.18. Yalnız həyat və sağlamlığı üçün real təhlükə yaranan zaman özünümüdafiə məqsədilə diplomatik nümayəndəliyin üzvlərinə xidməti silah verilir.

7.19. Bu halda yaranan real təhlükənin nədən ibarət olması əsaslandırılır və hər bir fakt Xarici İşlər Nazirliyi vasitəsi ilə DİN-ə ünvanlanmış müraciətdə göstərilir.

7.20. Diplomatik nümayəndəliyin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə yalnız müstəsna hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə verilir. Həmin şəhadətnamənin etibarlılıq müddəti üç ildir.

7.21. Silah Azərbaycan Respublikasına gətirilməmişdən əvvəl müvafiq qaydada icazə alınmalıdır.

7.22. Diplomatik nümayəndəliyə məxsus xidməti silah Azərbaycan Respublikasına gətirildikdə 3 gün ərzində giliz və güllə nümunələrinin götürülməsi üçün Daxili İşlər Nazirliyinə təqdim edilməlidir.

7.23. İcazə verilməsindən imtina edilərsə, həmin xidməti silahın Azərbaycan Respublikasına gətirilməsinə, ölkə ərazisində saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə yol verilmir.

7.24. Diplomatik nümayəndəliyə məxsus xidməti silahların saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə üç il müddətinə verilir.

7.25. Diplomatik nümayəndəliyin vəzifəli şəxslərinin mühafizəçilərinə xidməti silah verilmir.

7.26. Diplomatik nümayəndəliyin üzvləri qanuni əsaslarla onlara məxsus xidməti silahı yalnız özünü müdafiə məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda tətbiq edilir.

7.27. Azərbaycan Respublikasının ərazisində xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilən diplomatik nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.

8.1. Bütün növ xidməti və mülki silahın (yivli, yivsiz, qaz) uçotu (reyestri) kağız və elektron daşıyıcıları üzərində ərazi polis orqanları, mərkəzləşdirilmiş qaydada isə Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən aparılır.

8.2. Elektron daşıyıcısındakı qeydlərdə uyğunsuzluq olarsa, kağız üzərindəki məlumata, reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda isə sənədlərə üstünlük verilir.

8.3. Xidməti silahın reyestrində silahın kalibri, markası, nömrəsi, istehsal ili, hansı dövlət orqanına və ya hüquqi şəxsə aid olması, silahın nə vaxt başqa dövlət orqanına və ya hüquqi şəxsə satılması (verilməsi), təhvil verilməsi barədə qeydlər aparılır.

8.4. Mülki silahın reyestrində silahın kalibri, markası, nömrəsi, silah sahibinin soyadı, adı, atasının adı, ünvanı, silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə verilmiş şəhadətnamənin nömrəsi, verilmə tarixi, silahın başqa şəxsə satılması (verilməsi), itirilməsi, oğurlanması, polis orqanına təhvil verilməsi, müsadirə olunması barədə məlumatlar göstərilir.

8.5. Xidməti və mülki silahın dövriyyəsində olan dəyişikliklər (satılması, verilməsi, respublikadan aparılması, qeydiyyatın dəyişdirilməsi) barədə ərazi polis orqanları tərəfindən reyestrdə müvafiq qeydlər aparılır və məlumat bazasına daxil edilməsi üçün çap olunmuş və elektron variantda Baş İctimai Təhlükəsizlik İdarəsinə göndərilir.

8.6. Məlumatda silah sahibinin adı, soyadı, atasının adı, ünvanı, silahın kalibri, markası, nömrəsi, alınma yeri, kim tərəfindən satılması, xüsusi icazənin nömrəsi, onu verən orqan və s. göstərilməlidir.

8.7. Xidməti və mülki silah barədə BİTİ-yə məlumat verilmədikdə, həmin silahlar uçotdan gizlədilmiş sayılır.

8.8. Ərazi polis orqanlarından daxil olmuş məlumatlar hər ilin sonunda BİTİ tərəfindən təhlil edilir və nəticəsindən asılı olaraq araşdırmalar aparılır.

8.9. Dövlət orqanları, hüquqi şəxslər, eləcə də vətəndaşlar əldə etdikləri xidməti və mülki silahı, onun qanuniliyini təsdiq edən sənədlər əsasında xüsusi icazəni verən polis orqanında qeydiyyatdan keçirməlidirlər.

8.10. Xidməti ərazidə yaşayan mülki silah sahiblərinin, həmçinin orada yerləşən icazə sisteminə aid obyektlərin, əşya və maddələrin uçotu müvafiq uçot və qeydiyyat kitabı (Təlimata 14 və 15 nömrəli əlavələr) üzrə aparılır.

8.11. Silahın qeydiyyatı onun markası, kalibri, nömrəsi, habelə silahı satan ticarət müəssisəsi barədə məlumatlar göstərilməklə xüsusi kitabda aparılır.

8.12. Polis sahə inspektorları:

8.12.1. Xidməti ərazidə yerləşən icazə sistemi obyektlərinin və silah sahiblərinin uçotunu aparır;

8.12.2. İldə bir dəfədən az olmayaraq vətəndaşlara məxsus silahların saxlanılması qaydalarına riayət edilməsinin vəziyyətini yoxlayır və nəticəsi barədə raportla ərazi polis orqanının rəisinə məruzə edir.

8.13. Hər bir icazə sistemi obyekti üçün uçot-nəzarət işi (Təlimata 16 nömrəli əlavə) açılır və onlara kitab üzrə qeydiyyat nömrəsi verilir.

8.14. Uçot nəzarət işi iki bölmədən ibarət olur:

8.14.1. Birinci bölmədə obyektin fəaliyyətinə əsas verən materiallar, əşya və maddələrin alınmasına, daşınmasına, saxlanılmasına verilmiş xüsusi icazələrin kötüyü və bununla əlaqədar yazışma sənədləri, aşkar edilmiş çatışmazlıqlar haqqında məlumatlar, təqdimatların surəti, onlara verilmiş cavablar və görülmüş tədbirlər haqqında qeydlər toplanır;

8.14.2. İkinci bölmədə obyekti mühafizə edən şəxsi heyətin siyahısı, əşya və maddələrin saxlanılmasına, daşınmasına və istifadəsinə məsul şəxslərin yoxlama materialları, məlumatlar, aktlar və raportlar toplanır.

8.15. Uçot-nəzarət işləri icazə sistemini həyata keçirən əməkdaşda saxlanılır. Obyekt ləğv olunduqda uçot-nəzarət işi arxivə təhvil verilir.

9.1. Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın, sursatın satışını, onun istehsalı, satışı ilə məşğul olan müəssisələr həyata keçirirlər.

9.2. Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər, idman, ovçuluq cəmiyyətləri, təhsil müəssisələri istifadəsində, mülkiyyətində olan silah və sursatı xüsusi icazə əsasında xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisələr vasitəsi ilə və ya BİTİ-də yenidən qeydiyyatdan keçirməklə bu Təlimatla müəyyən olunmuş qaydada özləri tərəfindən satılır.

9.3. Xidməti və mülki silahın satışına BİTİ-dən xüsusi icazə alınmalıdır.

9.4. Silah və sursatın satışına xüsusi icazə müəssisə rəhbərinin ərizəsi əsasında verilir. Ərizədə aşağıdakılar göstərilir:

9.4.1. Müəssisənin adı, ünvanı;

9.4.2. Məsul işçilərin anket göstəriciləri;

9.4.3. Satışla bilavasitə məşğul olacaq şəxslərin siyahısı;

9.4.4. Silah və sursatın saxlanıldığı, mühafizə olunduğu və satışının bilavasitə həyata keçiriləcəyi yer;

9.4.5. Silah və sursatın saxlanılması üçün xüsusi ayrılmış anbar (otaq) haqqında məlumat. Göstərilən məlumatları əks etdirən sənədlər, habelə müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunur.

9.5. Ərazi polis orqanı tərəfindən yaradılan komissiya ərizə əsasında silah və sursat satılan yerlərin yoxlanılmasını həyata keçirir. Komissiyanın tərkibinə polis, sanitar xidmətinin, digər təşkilatların əməkdaşları daxil edilir.

9.6. Yoxlamanın nəticəsi barədə komissiya tərəfindən akt tərtib edilir. Aktda satışın həyata keçirilməsi üçün ayrılmış yerlərin müvafiq tələblərə cavab verməsi, silah və sursatın saxlanılması üçün xüsusi anbarın (otağın) olub-olmaması və onun lazımi tələblərə cavab verib-verməməsi göstərilir. Akt komissiya üzvləri tərəfindən imzalanır.

9.7. Xüsusi icazənin alınması ilə bağlı ərizəyə bir ayadək müddətdə baxılır və komissiyanın tərtib etdiyi akta uyğun olaraq silah və sursatın satışına xüsusi icazə verilməsi və ya səbəbləri göstərilməklə bundan imtina edilməsi barədə BİTİ tərəfindən qərar qəbul edilir.

9.8. Xüsusi icazənin verilməsindən imtina edildikdə ərizəçiyə rəsmi cavab verilir.

9.9. Xüsusi icazə iki il müddətinə verilir. Etibarlılıq müddəti bitdikdən sonra yenisinin alınması üçün köhnə icazə BİTİ-yə təqdim edilməlidir.

9.10. Xüsusi icazənin verilməsi ilə bağlı toplanmış materialların surəti uçot-nəzarət işinə tikilməsi üçün ərazi aidiyyəti üzrə polis orqanına göndərilir.

9.11. Mağaza ərazi polis orqanında icazə sistemi obyekti kimi qeydiyyata götürülür, silah-sursatın satışına xüsusi icazənin verilməsinə əsas olan sənədlər uçot-nəzarət işinə tikilir.

9.12. Silah-sursatın satışına, uçot-qeydiyyatının aparılmasına və mağazanın fəaliyyətinə ərazi polis orqanı nəzarət edir.

9.13. Xidməti və mülki silah satışı ilə məşğul olan mağazanın mühafizəsi qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil olunur.

9.14. Hüquqi şəxslərin xidməti və mülki silah satışı ilə məşğul olan mağazalarının filial və nümayəndəliklərinin açılmasına xüsusi icazənin verilməsi qadağandır.

9.15. Odlu silah satılan mağazada silahın, barıtın, patronun uçot-qeydiyyat kitabı olmalıdır. Satılan hər bir silah, patron, barıt və sursat barədə kitabda dəqiq məlumatlar (sursatın miqdarı, növü, silahın markası, nömrəsi, çapı, alan şəxsin soyadı, adı, atasının adı, ünvanı) qeyd edilir. Kitab tikilir, səhifələnir və ərazi polis orqanında qeydiyyatdan keçirilir.

9.16. Mağazanın bilavasitə satış yerində barıt, alışdırıcı və doldurulmuş ov patronları piştaxtanın arxasında ayrı-ayrı metal seyflərdə və ya şkaflarda yerləşdirilir. Alışdırıcı və barıt ancaq alıcıya verilən zaman piştaxtanın üstünə qoyula bilər. Mağaza bağlandıqdan sonra satış yerində odlu silahın saxlanması qadağandır.

9.17. Təhlükəsizlik baxımından xidməti və mülki silahın satışı ilə məşğul olan mağazalarda 1600 ədəd patron və 10 kq-dan artıq barıtın saxlanılması qadağandır.

9.18. BİTİ-nin və ya qeydiyyatda olduğu ərazi polis orqanının göndərişi olmadan hüquqi və fiziki şəxslərdən odlu silah və sursatın mağazaya qəbul edilməsi qadağandır.

9.19. Mağazada silahın qəbul edilməsi barədə silahı təqdim edən şəxsə qəbz verilir. Qəbz xüsusi icazə ilə birlikdə 10 gün müddətində aidiyyəti polis orqanına təqdim edilir. Mağazada həmin silahın satılması barədə BİTİ-yə və ərazi polis orqanına məlumat daxil olduqda həmin silah uçotdan çıxarılır.

9.20. Əldə edilmiş və satılmış xidməti və mülki silahlara dair uçot sənədləri 10 il müddətində saxlanılmalıdır.

9.21. Satışda olan yivli lüləli xidməti və mülki silahdan atılmış giliz və güllə nümunələri DİN-in gülləgiliztekasına təqdim edilməlidir.

9.22. Nəzarət-yoxlama atəşi keçirilməmiş yivli silahların satışı qadağandır.

9.23. Mağazaya qəbul edilən silah və sursatın qeydiyyatı aparılmalıdır.

9.24. Mənbəyi məlum olmayan (qanunsuz) silah-sursatın mağazaya qəbulu və ya onun satılması, xidməti və mülki silahın əldə edilməsinə xüsusi icazəsi olmayan şəxslərə silah-sursatın satılması, habelə Azərbaycan Respublikasının qanunvericilik aktlarının müddəalarının pozulması silah və sursatın satışına verilmiş xüsusi icazənin ləğv edilməsinə əsasdır.

9.25. Xüsusi icazə ləğv olunduqdan sonra orada saxlanılan silah və sursat ödənişlə götürülərək ərazi polis orqanı əməkdaşlarının iştirakı ilə onun sahibi tərəfindən satışa müvafiq xüsusi icazəsi olan digər ticarət obyektinə verilir.

9.26. Xüsusi icazəsi ləğv edilmiş hüquqi şəxslər yenidən icazə almaq üçün yalnız 5 il keçdikdən sonra BİTİ-yə müraciət edirlər.

9.27. Xüsusi icazədən könüllü surətdə imtina edildikdə sonradan təkrar onun alınması ilə bağlı müraciət etmək üçün müddət müəyyən edilmir.

9.28. Xidməti və mülki silahın istehsalı ilə məşğul olan müəssisələr istehsal etdiyi silah və sursatı qanuni əsaslarla sifarişçiyə sata bilərlər. Belə müəssisələr tərəfindən sifarişçiyə satılan silah və sursatın adı, markası, növü və miqdarı sifarişin məzmununa uyğun olmalıdır.

9.29. Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən məhdudlaşdırılır və ya qadağan olunur.

10.1. Hava gəmisinin bortunda və salonunda silahın daşınmasına icazənin verilməsi Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları» ilə tənzimlənir.

12.1. Ayrı-ayrı sənədlərin, sənədli qiymətli kağızların saxta yolla hazırlanmasının qarşısının alınması məqsədi ilə ərazi polis orqanı tərəfindən çoxaldıcı rəngli qurğuların (kseroksların) (bundan sonra - qurğular) qeydiyyatı aparılır.

12.2. Həmin qurğuların alınması, satılması, saxlanılması, daşınması, Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması üçün icazə tələb olunmur.

12.3. Fiziki və hüquqi şəxslərdə saxlanılan və istifadə edilən belə qurğuların müəyyənləşdirilməsi işinə ərazi polis orqanlarının bütün xidmət sahələri cəlb edilir.

12.4. Qurğular barədə daxil olan materiallar baxılması üçün ərazi polis orqanı rəisinin dərkənarı ilə icazə sistemini həyata keçirən əməkdaşa ünvanlanır.

12.5. Qurğuların uçotu dəftərxanada müvafiq qaydada qeydiyyata alınmış kitabda (Təlimata 20 nömrəli əlavə) aparılır. Kitabda qurğunun sahibi haqqında (adı, soyadı, atasının adı, ünvanı), həmçinin onun hansı ticarət müəssisəsindən alınması, nə məqsədlə istifadə edilməsi və ya saxlanılması barədə məlumatlar göstərilir.

12.6. Ərazi polis orqanı tərəfindən hər altı aydan bir rayon ərazisində mövcud olan qurğuların sayı barədə BİTİ-yə məlumat verilir.

13.1. Azərbaycan Respublikasının şəhər, rayon polis orqanlarında icazə sisteminin təşkilinə nəzarət BİTİ tərəfindən həyata keçirilir.

13.2. İcazə sisteminin vəziyyəti BİTİ tərəfindən üç ildə bir dəfədən az olmayaraq plan-tapşırıq əsasında, zərurət yarandıqda isə DİN-in və ya BİTİ-nin rəhbərliyinin göstərişi ilə növbədənkənar qaydada yoxlanılır.

13.3. Plan-tapşırıqda aşağıdakılar nəzərdə tutulur:

13.3.1. İcazə sisteminin həyata keçirilməsinin planlaşdırılması və icrası;

13.3.2. Uçot və qeydiyyat kitablarının aparılması;

13.3.3. İcazə sistemi obyektlərinə uçot-nəzarət işlərinin açılması;

13.3.4. Odlu silah sahiblərinə şəxsi işlərin açılması;

13.3.5. Dövlət rüsumunun ödənilməsi;

13.3.6. Xüsusi icazə blanklarının düzgün doldurulması;

13.3.7. Ov silahı ilə törədilən hadisələrlə bağlı xidməti yoxlama aparılmasının vəziyyəti;

13.3.8. Vətəndaşlardan ov silahlarının götürülməsinin sənədləşdirilməsi, qəbul olunmuş qərarların qanuniliyi;

13.3.9. Xidməti və mülki silahın reyestrinin aparılması;

13.3.10. Çoxaldıcı rəngli qurğuların uçot-qeydiyyatının aparılması.

13.4. Xüsusi icazələrin verilməsinə əsas olan bütün sənədlər yoxlanılır.

13.6. Yoxlama zamanı şəxsi və ya uçot-nəzarət işinin itirilməsi, silahların uçotdan gizlədilməsi kimi faktlar aşkar edildikdə xidməti yoxlama aparılır, nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

13.7. Yoxlanılan orqanın rəhbərliyi yoxlamanın nəticəsinə dair tərtib olunmuş arayışla tanış edilir. Arayışda aparılan işin ümumi vəziyyəti, çatışmazlıqlar konkret göstərilir və onların aradan qaldırılması üçün təkliflər verilir.

________№-li XÜSUSİ İCAZƏNİN KÖTÜYÜ

Verilir ___________________________________

__________________________________________

__________________________________________

__________________________________________

__________________________________________

__________________________________________

__________________kolleksiya edilməsi üçün.

Silah və sursatın təhlükəsiz saxlanılmasına

(fiziki şəxsin soyadı)

___________________məsuldur

«____» ____________20___ildən

«____» ____________20___ilədək etibarlıdır

Təlimata 1 nömrəli əlavə

Verilir ____________________________________

__________________________________________

__________________________________________

__________________________________________

__________________________________________

__________________________________________

________________ kolleksiya edilməsi üçün.

Silah və sursatın təhlükəsiz saxlanılmasına

(fiziki şəxsin soyadı)

_____________________məsuldur

«____» ____________20___ildən

«____» ____________20___ilədək etibarlıdır

______№-li XÜSUSİ İCAZƏNİN KÖTÜYÜ

Verilir ______________________________

____________________________________

____________________________________

____________________________________

____________________________________

____________________________________

_____________ sərgisinin keçirilməsi üçün.

Silah və sursatın təhlükəsiz saxlanılmasına

(fiziki şəxsin soyadı)

_____________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 2 nömrəli əlavə

Verilir ____________________________________

____________________________________

____________________________________

____________________________________

____________________________________

____________________________________

_____________ sərgisinin keçirilməsi üçün.

Silah və sursatın təhlükəsiz saxlanılmasına

(fiziki şəxsin soyadı)

_____________________məsuldur

«____» ____________20___ildən

«____» ____________20___ilədək etibarlıdır

Təlimata 3 nömrəli əlavənin əks tərəfi

_________________________№-li pasportla

___________________________________________

_________________________________

mülki silahın sahibidir

«____» __________20___il

_______________________________

Təlimata 3 nömrəli əlavənin əks tərəfi

Ticarət təşkilatında qalır

_________________________________________

_______________________________

_______________________________

Aldım:_________________________

«____» __________20___il

Təlimata 4 nömrəli əlavə

_______№-li XÜSUSİ İCAZƏNİN KÖTÜYÜ

Verilir ____________________________________

__________________________________________

___________________gömrük məntəqəsindən

haraya___________________________________

haradan_________________________________

_________________________________________

_____________________________________________

_____________________________________________

_____________________________________________

aparmaq (keçirmək, gətirmək) üçün_________

________________________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 4 nömrəli əlavə

Verilir ____________________________________

___________________________________________

___________________gömrük məntəqəsindən

haraya____________________________________

haradan___________________________________

__________________________________________

______________________________________________

_______________________________________________

_______________________________________________

aparmaq (keçirmək, gətirmək) üçün_________

____________________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 5 nömrəli əlavə

_______№-li XÜSUSİ İCAZƏNİN KÖTÜYÜ

Verilir _________________________________

_________________________________

_________________________________

_________________________________

_________________________________

________________________________

________________________________

xidməti və mülki silahın satışı üçün

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 5 nömrəli əlavə

Verilir ____________________________________

___________________________________________

___________________________________________

_________________________________________

_________________________________________

xidməti və mülki silahın satışı üçün

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Rəis _____________________

Təlimata 6 nömrəli əlavə

_______№-li XÜSUSİ İCAZƏNİN KÖTÜYÜ

Verilir _____________________________________

_____________________________________________

haradan______________________________________

haraya ______________________________________

_____________________________________________

________________________________________________

_________________________________________________

Daşınması üçün______________________________

____________________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 6 nömrəli əlavə

Verilir ____________________________________

__________________________________________

haradan___________________________________

haraya ___________________________________

__________________________________________

______________________________________________

_____________________________________________

Daşınması üçün______________________________

____________________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 7 nömrəli əlavə

________№-li ŞƏHADƏTNAMƏNİN KÖTÜYÜ

Verilir ______________________________

___________________________________________

harada____________________________________

___________________________________________

___________________________________________

Xidməti silahın (siyahı əlavə olunur) saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün

Saxlanılmasına ________________________

_____________________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

Təlimata 7 nömrəli əlavə

Verilir ____________________________________

__________________________________________

harada____________________________________

__________________________________________

___________________________________________

Xidməti silahın (siyahı əlavə olunur) saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün

Saxlanılmasına ________________________

_____________________________məsuldur

«____» __________20___ildən

«____» __________20___ilədək etibarlıdır

R ə i s ______________________________________

(rütbəsi, adı, soyadı, imzası)

Təlimata 8 nömrəli əlavə

Təlimata 8 nömrəli əlavə

________________________________________________

rəisi polis __________________cənab_____________

_______________________________________________

yaşayan________________________________________

_______________________________işləyən, pasport

__________________Telefon _____________________

________________________________________________

______________________________________tərəfindən

Xahiş edirəm mənə _____________ ədəd __________________________

ov (idman) silahının alınmasına (saxlanılmasına) xüsusi icazə verəsiniz.

Silahla təhlükəsiz davranış qaydalarını bilirəm.

_______________________

Təlimata 9 nömrəli əlavə

Təlimata 9 nömrəli əlavə

Başlanılıb "___"_________20___il

Qurtarıb "___"_________20___il

Təlimata 9 nömrəli əlavə

Təlimata 10 nömrəli əlavə

M.Y. Rəis __________________________

(rütbəsi, adı, soyadı, imzası)

_____________________________________

____________________________________

________________________________

Təlimata 11 nömrəli əlavə

______________________________________

M.Y. Rəis _________________________

(rütbəsi, adı, soyadı, imzası)

Təlimata 12 nömrəli əlavə

________________________markalı,

_______________________kalibrli,

_______________________nömrəli silahın sahibi

Başlanıb «___» _________20___il

Qurtarıb «___» _________20___il

Təlimata 12 nömrəli əlavə

Təlimata 13 nömrəli əlavə

«____»________ 20____-ci ildə verilib

____________________________________________________

«___» ___________ 20___-ci ilədək xidməti vəzifənin icrası zamanı etibarlıdır.

(rütbəsi, imzası, adı və soyadı) Rəis_________________________________________________

Təlimata 14 nömrəli əlavə

Xidməti istifadə üçün

Başlanıb «___» _________20___il

Qurtarıb «___» _________20___il

Təlimata 14 nömrəli əlavə

Təlimata 15 nömrəli əlavə

Başlanıb «___» ___________20___il

Qurtarıb «___» ___________20___il

Təlimata 15 nömrəli əlavə

Təlimata 16 nömrəli əlavə

Başlanıb «___» _________20___il

Qurtarıb «___» _________20___il

Təlimata 16 nömrəli əlavə

Yoxlama barədə qeydlər yoxlayan şəxsin soyadı, imzası və tarix

Obyekti mühafizə edən şəxsi heyətin siyahısı

Təlimata 17 nömrəli əlavə

Qeydiyyat nömrəsi _______________________________ «____» ___________ 20 il

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

______________________________________________________ həyata keçirməyə icazə verir.

Lisenziya verilib _________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

Lisenziyanın qüvvədə olduğu müddət 5 (beş) il.

Lisenziyanı təsdiq edən məsul şəxs __________________________________________________________________________________

__________________________________________________________________________________

Vəzifəsi _________________________________________________________________________

Təlimata 20 nömrəli əlavə

Başlanıb «___» _________20___il

Qurtarıb «___» _________20___il

1. 03 aprel 2013-cü il tarixli Q7-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304030007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 aprel 2013-cü il)

2. 29 avqust 2013-cü il tarixli Q34-001-13 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308290034, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 09 sentyabr 2013-cü il)

3. 19 iyun 2014-cü il tarixli Q17-001-14 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406190017, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 01 iyul 2014-cü il)

4. 08 dekabr 2014-cü il tarixli Q37-001-14 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201412080037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 18 dekabr 2014-cü il)

5. 13 aprel 2016-cı il tarixli Q22-001-16 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201604130022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 aprel 2016-cı il)

6. 02 fevral 2017-ci il tarixli Q6-001-17 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702020006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 fevral 2017-ci il)

7. 5 sentyabr 2018-ci il tarixli Q52-001-18 nömrəli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809050052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2018-ci il)

8. 17 iyul 2020-ci il tarixli Q19-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202007170019, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 iyul 2020-ci il)

9. 08 sentyabr 2020-ci il tarixli Q24-001-20 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202009080024, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 sentyabr 2020-ci il)

10. 23 may 2023-cü il tarixli 3-13/Q22/2023 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202305230022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 may 2023-cü il)

11. 1 may 2024-cü il tarixli 3-13/Q7/2024 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202405010007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 may 2024-cü il)

12. 13 may 2025-ci il tarixli 3-13/Q22/2025 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202505130022, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 may 2025-ci il)

13. 15 yanvar 2026-cı il tarixli 3-13/Q4/2026 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202601150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 yanvar 2026-cı il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver