Qanunvericilik › Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Döyüş texnikasının və xüsusi texnikanın tətbiqinin qadağan edildiyi hallar

Azərbaycan Respublikasının daxili qoşunları haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Döyüş texnikasının və xüsusi texnikanın tətbiqi aşağıdakı hallarda qadağandır:

27.1.1. kənar şəxslərin zərər çəkə biləcəyi hallarda;

27.1.2. alışma, partlama təhlükəsi olan zəhərləyici və radioaktiv maddələrin hazırlandığı yerlər, saxlandığı anbarlar (saxlanc yerləri) və belə maddələri daşıyan nəqliyyat vasitələri istiqamətində;

27.1.3. girovlar saxlanılan yerlərdə maneələri dağıtmaq məqsədilə (əgər saxlanılan şəxslərin həyat və sağlamlığına zərər vurulma ehtimalı vardırsa).

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver