12.1. Dövlət icbari şəxsi sığortanın həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət edir.
12.2. Sığortaçı dövlət icbari şəxsi sığorta sahəsində görülmüş işlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat verir.
12.3. Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.