Qanunvericilik › Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6-1

Maddə 6-1. Sığortalının hüquq və vəzifələri

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarının dövlət icbari şəxsi sığortası haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6-1.1. Sığortalının aşağıdakı hüquqları vardır:

6-1.1.1. özünün və sığortaolunanın qanuni mənafelərini müdafiə etmək;

6-1.1.2. sığortaçı və sığortaolunandan bu Qanunla müəyyən edilmiş vəzifələrinə əməl edilməsini tələb etmək;

6-1.1.3. sığortaçıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək;

6-1.1.4. sığorta ödənişlərinə dair sığortaçıdan məlumat almaq;

6-1.1.5. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.

6-1.2. Sığortalının aşağıdakı vəzifələri vardır:

6-1.2.1. sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək;

6-1.2.2. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək;

6-1.2.3. sığortaolunanlar və özü barədə məlumatları bu Qanunun 7-1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sığortaçıya təqdim etmək;

6-1.2.4. sığorta ödənişinin alınması üçün sənədlərin rəsmiləşdirilməsində və sığorta ödənişlərinin alınmasında sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etmək;

6-1.2.5. sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödənilmiş sığorta haqları və sığortaolunanlar barədə sığortaçıya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və formada hesabat vermək;

6-1.2.6. bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver