8.1. Sığortaolunanın fərdi qəza nəticəsində həlak olması və ya sağlamlığına zərər dəyməsi (əlilliyinin müəyyən edilməsi və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.
8.2. Sığortaolunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:
8.2.1. həlak olması (vəfat etməsi) - 100 faiz;
8.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 80 faiz;
8.2.3. orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 60 faiz;
8.2.4. orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyin müəyyən edilməsinə görə - 40 faiz;
8.2.5. əlillik müəyyən edilmədən ağır xəsarət alması - 20 faiz;
8.2.5-1. az ağır xəsarət alması – 15 faiz;
8.2.6. yüngül xəsarət alması - 10 faiz.
8.3. Sığortaolunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən üç il müddətində vəfat edərsə və ya sağlamlığına zərər vurularsa, sığortaolunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə sığortanın tam məbləği arasındakı fərq onun varisinə və ya sığortaolunanın özünə bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir.
8.4. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.