Qanunvericilik › Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 13.08.1992) › Tam mətn

Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 13.08.1992)

Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 13.08.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə və “Dövlət mülkiyyətinin özəlləşdirilməsinin hüquqi və normativ təminatı sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli Fərmanına müvafiq olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi haqqında Əsasnamə təsdiq edilsin.

2. Əsasnamənin dövlət əmlakının özləşdirilməsi məsələlərinə aid olan normaları Azərbaycan Respublikası Milli Məclisi tərəfindən özləşdirmə haqqında Qanun qəbul edildikdən sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver