Qanunvericilik › "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 27.05.2002) › Tam mətn

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 27.05.2002)

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə (Prezidentin fərmanı, 27.05.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 oktyabr tarixli, 7 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə aşağıdakı əlavələr edilsin:

Əsasnaməyə aşağıdakı məzmunda 5.17-1-ci bənd əlavə edilsin:

"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və onların qorunması üzrə dövlət siyasətinin hazırlanıb həyata keçirilməsində iştirak edir, öz səlahiyyətləri daxilində bioloji sərvətlərin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin edir";

5.18-ci bənddə "hava" sözündən sonra "və dəniz" sözləri əlavə edilsin.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver