Qanunvericilik › “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 26.06.2021) › Tam mətn

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 26.06.2021)

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” Protokolun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 26.06.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında” 2021-ci il mayın 20-də Moskva şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 iyun 2021-ci il

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Federal Gömrük Xidməti (Rusiya Federasiyası) (bundan sonra “Tərəflər”),

Tərəflərin dövlətlərinin ərazilərindən keçirilən mallar üzərində gömrük nəzarətinin təmin edilməsində ikitərəfli əməkdaşlığı möhkəmləndirməyə çalışaraq, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə Azərbaycan və Rusiya arasında ticarətin inkişafını, eləcə də bəzi mal kateqoriyalarının Azərbaycan-Rusiya dövlət sərhədindən asanlaşdırılmış buraxılışının təmin edilməsini təşviq edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Bu Protokolda istifadə edilən anlayışlar aşağıdakı mənaları bildirir:

“gömrük nəzarətinin nəticələrinin elektron şəkildə qarşılıqlı tanınması” - bu Protokolun Əlavəsində göstərilən, Tərəflərin razılaşdırdıqları kateqoriyalardan olan malların təyinat ölkəsinin buraxılış məntəqələrində yerləşən gömrük orqanlarının vəzifəli şəxslərinin malların Tərəflərin dövlətlərinin gömrük qanunvericiliyinin pozulması ilə keçirildiyini hesab etməyə yalnız əsas olduqda onlara münasibətdə risklərin idarə edilməsi sistemi əsasında gömrük yoxlaması (yoxlama-baxış komplekslərindən istifadə etməklə gömrük baxışı (bundan sonra - YBK) formasında gömrük nəzarətinin həyata keçirilməsi ilə Azərbaycan- Rusiya dövlət sərhədindən buraxılışına yönəldilmiş hərəkətləri;

“gömrük eyniləşdirmə vasitələri” - Tərəflərin dövlətlərinin gömrük orqanları tərəfindən vurulan, çəkilən, yaxud tətbiq edilən plomblar, möhürlər, rəqəmlə, hərflə və (və ya) digər şəkildə markalanma, eyniləşdirmə işarələri, ştamplar, nümunələr, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojlar, miqyaslı təsvirlər, fotoşəkillər. Tərəflər mallara icazəsiz müdaxilənin qarşısını alan, nəqliyyat vasitələrinin yük bölmələri üzərinə vurulan plombları əsas gömrük eyniləşdirmə vasitələri olaraq hesab edirlər. Plombların istifadəsi məqsədəmüvafiq olmadıqda, Tərəflərin razılığı ilə digər gömrük eyniləşdirmə vasitələri istifadə edilə bilər;

“göndərən ölkə” - ərazisindən ixracını nəzərdə tutan gömrük proseduruna uyğun olaraq malların keçirildiyi Tərəfin dövləti;

“təyinat ölkəsi” - ərazisinə idxalını nəzərdə tutan gömrük proseduruna uyğun olaraq malların keçirildiyi Tərəfin dövləti;

“elektron manifest’’ - gömrük, nəqliyyat və mal-müşayiət sənədləri əsasında elektron formada formalaşdırılmış məlumat toplusu.

Bu Protokolun 3-cü maddəsində qeyd olunan buraxılış məntəqəsində yerləşən təyinat ölkəsinin gömrük orqanı, göndərən ölkənin gömrük orqanının bu Protokolun Əlavəsində göstərilən mallara münasibətdə həyata keçirdiyi gömrük nəzarətinin nəticələrini tanıyır və onları risklərin idarəedilməsi sistemi çərçivəsində gömrük yoxlaması (YBK-dan istifadə etməklə baxış) formasında gömrük nəzarətinin həyata keçirilməsi barədə qərarın qəbul edilməsi zamanı istifadə edir.

Tərəflər bu Protokolun həyata keçirilməsi çərçivəsində aşağıdakı buraxılış məntəqələrindən istifadə edirlər:

Azərbaycan Respublikasında - “Samur” avtomobil buraxılış məntəqəsi, Rusiya Federasiyasında - “Yaraq-Qazmalar” çoxtərəfli avtomobil buraxılış məntəqəsi;

Azərbaycan Respublikasında - “Xanoba” avtomobil buraxılış məntəqəsi, Rusiya Federasiyasında - “Tahirkənd-Qazmalar” çoxtərəfli avtomobil buraxılış məntəqəsi;

Azərbaycan Respublikasında - “Yalama” dəmir yolu buraxılış məntəqəsi, Rusiya Federasiyasında - “Dərbənd” dəmir yolu buraxılış məntəqəsi;

Buraxılış məntəqələrinin siyahısı Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 13-cü maddəsinin müddəalarına uyğun olaraq dəyişdirilə bilər.

Bu Protokolun qüvvəsi bu Protokolun Əlavəsində göstərilən mallara şamil edilir.

Nəqliyyat vasitəsində bu Protokolun Əlavəsində göstərilən mallardan başqa, bu Protokolun Əlavəsində göstərilməyən mallar daşınırsa, bu Protokolun qüvvəsi həmin nəqliyyat vasitəsilə daşman bütün mallara şamil edilmir.

Tərəflər bir-birinin gömrük eyniləşdirmə vasitələrini və onların tətbiqedilmə üsullarını tanıyırlar.

Tərəflər ilkin məlumatları “elektron manifest” həcmində mübadilə edirlər. “Elektron manifest”dəki məlumatların tərkibi malların ixrac bəyannaməsindən və (və ya) nəqliyyat və mal-müşayiət sənədlərindəki məlumatlardan formalaşır.

“Elektron manifest”in əsas texnoloji prinsipləri, siyahısı və məlumatların tərkibi, “elektron manifestin konkret mallarla və nəqliyyat vasitələri ilə eyniləşdirilməsi qaydası Tərəflərin razılaşdırdıqları qarşılıqlı informasiya fəaliyyətinin Texniki şərtlərində əks olunur.

Aşağıdakı şərtlərə riayət edildikdə Tərəflərdən hər biri gömrük nəzarətinin nəticələrini qarşılıqlı şəkildə tanıyır:

“elektron manifest” təyinat ölkəsinin buraxılış məntəqəsinə daxil olmasından əvvəl həmsərhəd Tərəfin dövlətinin gömrük orqanlarına ötürülmüşdür;

təyinat ölkəsinin buraxılış məntəqəsinə daxil olan zaman mallar barəsində bəyan olunan sənədlər və məlumatlar “elektron manifest”də göstərilən məlumatlarla uyğundur.

Gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması məqsədləri üçün göndərən ölkənin gömrük orqanı aşağıdakıları həyata keçirir:

öz dövlətinin qanunvericiliyinin müəyyən etdiyi qaydada gömrük nəzarətinin həyata keçirilməsi;

mallara gömrük yoxlamasının (YBK-dan istifadə etməklə baxışın) həyata keçirilməsi, həyata keçirilən gömrük nəzarəti nəticəsində nəqliyyat və mal-müşayiət sənədlərində və bəyannamələrdə mallar barəsində bəyan olunan məlumatların göndərən ölkənin gömrük orqanı tərəfindən alınmış məlumatlarla uyğunluğunun yoxlanılması;

nəqliyyat vasitələrinin yük bölmələri üzərinə gömrük eyniləşdirmə vasitələrinin vurulması, plombların vurulmasının mümkün olmadığı hallarda digər gömrük eyniləşdirmə vasitələrinin istifadəsi (texniki imkan mövcud olduqda); fərdi nömrə ilə “elektron manifest”in yaradılması;

mal-müşayiət sənədlərinə “elektron manifest”in nömrəsi və nəqliyyat vasitələrinin yük bölmələri üzərinə vurulan gömrük eyniləşdirmə vasitələri (mövcud olduqda) barədə məlumatların daxil edilməsi;

təyinat ölkəsinin gömrük orqanlarının informasiya sistemləri üzrə mərkəzi məlumat bazasına göndərilməsi üçün “elektron manifest”in göndərən ölkənin gömrük orqanlarının məlumat sistemləri üzrə mərkəzi bazasına ötürülməsi; malların buraxılışı.

Təyinat ölkəsinin gömrük orqanı göndərən ölkənin gömrük orqanı tərəfindən həyata keçirilən gömrük nəzarətinin nəticələrini aşağıdakı qaydada tanıyır: daşıyıcı tərəfindən “elektron manifest”in nömrəsi barədə məlumat verildiyi hallarda gömrük orqanlarının informasiya sistemlərinin mərkəzi məlumat bazasından mövcud olan proqram vasitələrindən istifadə etməklə “elektron manifest”in nömrəsi üzrə məlumatların sorğu olunması;

göndərən ölkənin gömrük orqanının nəqliyyat vasitəsinin üzərinə vurduğu gömrük eyniləşdirmə vasitələrinin, bəzi hallarda isə digər gömrük eyniləşdirmə vasitələrinin bütövlüyünün yoxlanılması (texniki imkan mövcud olduqda);

məlumatların daşıyıcı tərəfindən təqdim edilən “elektron manifest”də göstərilən və (və ya) nəqliyyat və mal-müşayiət sənədlərində göstərilən məlumatlarla uyğunluğunun, eləcə də vurulan gömrük eyniləşdirmə vasitəsinin (mövcud olduqda) nömrəsi ilə uyğunluğunun yoxlanılması.

Göstərilən məlumatların uyğunluğundan, eləcə də vurulan gömrük eyniləşdirmə vasitələrinin bütövlüyünün pozulmasına dair xarici əlamətlərin olmadığına əmin olduqdan sonra təyinat ölkəsinin gömrük orqanı təxirəsalınmaz qaydada sonrakı gömrük əməliyyatlarını həyata keçirir.

Risklərin idarəedilməsi sistemi çərçivəsində Tərəflərin dövlətlərinin qanunvericiliyinə riayət olunmaması (pozulması) barədə risklər aşkarlandıqda Tərəflərin dövlətlərinin gömrük orqanları keçirilən mallara və beynəlxalq daşımaları həyata keçirən nəqliyyat vasitələrinə dair gömrük yoxlaması (YBK-ni tətbiq etməklə baxış) keçirirlər.

Tərəflər arasında bu Protokolun tətbiqi və təfsiri məsələlərinə dair mübahisələr və fikir ayrılıqları onlar arasında məsləhətləşmələrin və danışıqların aparılması yolu ilə həll edilir.

Bu Protokolun müddəalarının həyata keçirilməsi məsələlərinə dair yazışma rus dilində aparılır.

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Protokola onun ayrılmaz hissəsi olan və bu Protokolun 14-cü maddəsi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Bu Protokol Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdiyi barədə sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Protokol qeyri-müəyyən müddətə bağlanılır. Tərəflərdən hər biri digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə bu Protokolun qüvvəsini ləğv edə bilər. Bu halda bu Protokol digər Tərəfin belə bildirişi aldığı tarixdən 6 (altı) ay sonra qüvvədən düşür.

Bu Protokolun qüvvəyə minməsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 2015-ci il 3 iyul tarixli Protokolun qüvvəsi ləğv edilir.

Moskva şəhərində 20 may 2021-ci il tarixində, hər biri Azərbaycan və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır və hər iki mətn bərabər qüvvəyə malikdir.

Canlı ağaclar və digər bitkilər; bitkilərin soğanaqları, kökləri və digər analoji hissələri; kəsilmiş çiçəklər və dekorativ bitkilər

Yeməli meyvələr və qoz-fındıq, sitrus meyvələrinin qabıqları və qovun qabıqcıqları

Tərəvəzlərin, meyvələrin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları

Müxtəlif ərzaq məhsulları

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver