Qanunvericilik › Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 25

Maddə 25. Azərbaycan Respublikası bütün formalarda əməyi mühafizə edir. Öz əməyinin kəmiyyət və keyfiyyətinə uyğun olaraq zəhmətkeşin azad və ləyaqətli yaşayış üçün kifayət edən haqq almaq hüququ vardır.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Qanunla müəyyən edilmiş hallardan başqa, məcburi əmək qadağan edilir.

Əmək qabiliyyəti olmayan və lazımi dolanışıq imkanlarından məhrum olan hər bir vətəndaşın dövlətdən kömək və yardım almaq hüququ vardır.

Zəhmətkeşlər həmkarlar ittifaqları təsis etməkdə azaddırlar.

Tətil hüququnu zəhmətkeşlər bu hüququ tənzimləyən qanunlar çərçivəsində həyata keçirirlər.

Maddə 26, Azərbaycan Respublikasının yetkinlik yaşına çatmış vətəndaşlarının seçki hüququ vardır.

Səsvermə şəxsi, bərabər, azad və gizlidir.

Səsvermə hüququ yalnız vətəndaşın hüquq qabiliyyətsizliyi nəticəsində və ya qüvvəyə minmiş məhkəmə hökmü əsasında məhdudlaşdırıla bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver