AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN QƏRARI
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti qərara alır:
1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq olunsun (əlavə olunur).
2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament təsdiq olunsun (əlavə olunur).
3. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması Hüquq İdarəsi tərəfindən təmin edilsin.
4. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunları Komandanının 30.01.2013-cü il tarixli 5 nömrəli əmri ləğv edilsin.
Dövlət Sərhəd Xidmətinin rəisi –
Sərhəd Qoşunları Komandanı
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunları Komandanının “01” iyul 2013-cü il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini və nəticə barədə məlumat verilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
Elektron xidmət göstərilməsinin hüquqi əsası aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1.3.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununun 36-cı maddəsi;
1.3.2. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı, 27-ci, 28-ci, 29-cu və 30-cu maddələri;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 34.1-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciət etmiş şəxsin müsahibədə iştirakına dair qəbul edilmiş qərar barədə məlumatın verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikası vətəndaşları
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.dsx.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
Elektron xidmət barədə məlumatlandırma aşağıdakı mənbələr vasitəsilə aparılır:
e-mail: sarhad@bakinter.net
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 nömrəli əlavə), Şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:
2.6.1.1. Tərcümeyi-hal;
2.6.1.2. 3x4 rəngli şəkil;
2.6.1.3. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
2.6.1.4. Təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti;
2.6.1.5. Hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq edilmiş surəti.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:
Ərizəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir və bundan sonra açılan müraciət formasına reqlamentin 2.6-cı bəndində qeyd olunan sənədləri əlavə edərək göndərir.
3.2.2. Sorğunun qəbulu:
Sorğu İnternet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçtuna bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması, təqdim edilmiş sənədlər arasında ziddiyyətli məlumatlar) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
3.3.2. Sorğunun qəbulu:
Ərizəçi tərəfindən müvafiq məlumat düzgün daxil edildikdən və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciət etmiş şəxsin sənədlərinin qəbulu;
Şəxsin Dövlət Sərhəd Xidmətinə qəbul olunmasına baxılmasının mümkünlüyünün yoxlanılması;
Qəbul edilmiş qərar barədə şəxsin məlumatlandırılması.
İnzibati əməliyyatların həyata keçirilməsinə Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi məsuldur.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciət etmiş şəxsin ərizəsinə və ona əlavə edilən sənədlərə baxılır və çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 10 iş günü ərzində elektron poçtla məlumat verilir.
Şəxsin sənədləri qəbul edildikdən sonra onun Dövlət Sərhəd Xidmətinə qəbul olunmasına baxılmasının mümkünlüyü 10 iş günü ərzində yoxlanılır.
Dövlət Sərhəd Xidmətinə qəbul olunması üçün öyrənilmə tədbirləri tam başa çatdıqdan sonra şəxsin qəbul edilmiş qərar barədə məlumatlandırılması 30 iş günü ərzində təmin edilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Dövlət Sərhəd Xidmətinə qəbul olmaq üçün müraciət etmiş şəxsə müsahibədə iştirakı ilə bağlı qəbul edilmiş qərar barədə elektron poçtla məlumat verilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi həyata keçirir.
3.5.1. Nəzarət forması:
3.5.2. Nəzarət qaydası:
Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Ərizəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Dövlət Sərhəd Xidmətinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə 15 gün ərzində baxılır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.
Dövlət Sərhəd Xidmətinin rəisi – cənab general-polkovnik Elçin Quliyevə
___________________ rayonu, _________kəndində yaşayan___________________ oğlu tərəfindən
Yazıb Sizdən xahiş edirəm ki, məni Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edəsiniz.
Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazıram.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunları Komandanının “01” iyul 2013-cü il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmişdir
1.1. Elektron xidmətin adı:
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunmaq üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etməyə icazə verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsini və nəticə barədə məlumat verilməsini nəzərdə tutur.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
Elektron xidmət göstərilməsinin hüquqi əsası aşağıdakı normativ hüquqi aktlardan ibarətdir:
1.3.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli Qanununun 36.1.2-ci maddəsi;
1.3.2. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddənin “b” yarımbəndi və 29-cu maddəsi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı il təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 34.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı:
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti.
1.5. Elektron xidmətin digər icraçıları:
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.7. Elektron xidmətin icra müddəti:
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq üçün müraciət etmiş şəxsin müsahibədə iştirakına dair qəbul edilmiş qərar barədə məlumatın verilməsi.
2.1. Elektron xidmətin növü:
2.2. Elektron xidmət üzrə ödəniş:
2.3. Elektron xidmətin istifadəçiləri:
Azərbaycan Respublikası vətəndaşları
2.4. Elektron xidmətin təqdim olunma yeri:
http://www.dsx.gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
Elektron xidmət barədə məlumatlandırma aşağıdakı mənbələr vasitəsilə aparılır:
e-mail: sarhad@bakinter.net
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün ərizə (bu reqlamentə 1 nömrəli əlavə), şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi və aşağıdakı sənədlərin skan edilmiş surəti elektron formada təqdim olunur:
2.6.1.1. Tərcümeyi-hal;
2.6.1.2. 3x4 rəngli şəkil;
2.6.1.3. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
2.6.1.4. Təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (11-ci sinif şagirdlərdən isə təhsil alması haqqında arayış və xasiyyətnamə);
2.6.1.5. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış.
3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.2.1. Sorğunun formalaşdırılması:
Ərizəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir və bundan sonra açılan müraciət formasına reqlamentin 2.6-cı bəndində qeyd olunan sənədləri əlavə edərək göndərir.
3.2.2. Sorğunun qəbulu:
Sorğu İnternet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçtuna bildiriş göndərilir.
3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
Ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması, təqdim edilmiş sənədlər arasında ziddiyyətli məlumatlar) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçtuna dərhal məlumat göndərilir.
3.3.2. Sorğunun qəbulu:
Ərizəçi tərəfindən müvafiq məlumat düzgün daxil edildikdən və çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğu qəbul olunur.
3.4. Sorğunun icrası:
3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq üçün müraciət etmiş şəxsin sənədlərinin qəbulu;
Şəxsin Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunması üçün imtahanlarda iştirakına baxılmasının mümkünlüyünün yoxlanılması;
Qəbul edilmiş qərar barədə şəxsin məlumatlandırılması.
İnzibati əməliyyatların həyata keçirilməsinə Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi məsuldur.
3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq üçün müraciət etmiş şəxsin ərizəsinə və ona əlavə edilən sənədlərə baxılır və çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 10 iş günü ərzində elektron poçtla məlumat verilir.
Şəxsin sənədləri qəbul edildikdən sonra onun Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunması üçün imtahanlarda iştirakına baxılmasının mümkünlüyü 10 iş günü ərzində yoxlanılır.
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olunması üçün öyrənilmə tədbirləri tam başa çatdıqdan sonra şəxsin qəbul edilmiş qərar barədə məlumatlandırılması 30 iş günü ərzində təmin edilir.
3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq üçün müraciət etmiş şəxsə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarda iştirakı ilə bağlı qəbul edilmiş qərar barədə elektron poçtla məlumat verilir.
3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsi həyata keçirir.
3.5.1. Nəzarət forması:
3.5.2. Nəzarət qaydası:
Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.
3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat:
Ərizəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Dövlət Sərhəd Xidmətinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti:
Şikayətə 15 gün ərzində baxılır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.
Dövlət Sərhəd Xidmətinin rəisi – cənab general-polkovnik Elçin Quliyevə
__________________ rayonu, __________ kəndində yaşayan ___________________ oğlu tərəfindən
Yazıb Sizdən xahiş edirəm ki, məni Dövlət Sərhəd Xidmətinin Akademiyasına _____________ qrup _______________ ixtisası üzrə qəbul edilməyim üçün imtahanlarda
(neçənci qrup) (ixtisasın adı)
iştirak etməyimə icazə verəsiniz.
1. 11 yanvar 2016-cı il tarixli 3 nömrəli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201601110003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 yanvar 2016-cı il)
2. 21 fevral 2017-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201702210012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 mart 2017-ci il)
3. 06 sentyabr 2017-ci il tarixli 52 nömrəli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709060052, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 sentyabr 2017-ci il)
4. 17 noyabr 2017-ci il tarixli 67 nömrəli Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711170067, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 noyabr 2017-ci il)