Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin olunması

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi dövlət sərhədinin qanunsuz surətdə dəyişdirilməsinin qarşısının alınmasına, dövlət sərhədi rejiminə, sərhədboyu rejimə və dövlət sərhədindən buraxılış məntəqələrində rejimə əməl olunmasına, dövlət sərhədində dövlətin, cəmiyyətin və şəxsiyyətin digər həyati mənafelərinin xarici və daxili təhlükələrdən qorunmasına yönələn siyasi, hüquqi, iqtisadi, hərbi, əməliyyat, təşkilati, texniki, ekoloji, sanitariya və başqa tədbirlərin həyata keçirilməsi ilə təmin edilir.

Azərbaycan Respublikası dövlət sərhədinin quruda, dənizdə, çaylarda, göllərdə və digər sututarlarda mühafizə olunması sərhəd mühafizə orqanlarına, havada mühafizə olunması isə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə həvalə olunur. Sərhəd mühafizə orqanları, hava hücumundan müdafiə və hərbi hava qüvvələri Azərbaycan Respublikası dövlət sərhədinin qorunması vəzifələrini yerinə yetirərkən bu Qanunu, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarını, Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrini rəhbər tuturlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver