Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 3

Maddə 3. Azərbaycan Respublikası dövlət sərhədinin təyin edilməsi

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının dövlət sərhədi belə müəyyən edilir:

1) quruda—relyefin səciyyəvi nöqtələri və xətləri, aydın görünən səmt göstəriciləri üzrə;

2) Xəzər dənizində—Azərbaycan Respublikasının ərazi sularının xarici kənarı üzrə;

3) çaylarda (kiçik çaylarda)—onların ortası və ya çayın əsas qolunun ortası üzrə; göllərdə və başqa sututarlarda — Azərbaycan; Respublikası sərhədinin bu gölün və ya başqa sututarın sahillərinə yanaşdığı iki nöqtəni birləşdirən düz xətt üzrə.

Azərbaycan Respublikasının çay (kiçik çay), göl və ya başqa sututar boyunca uzanan dövlət sərhədi bunların sahillərinin konfiqurasiyası dəyişdikdə və ya çayın (kiçik çayın) yatağı yerini dəyişdikdə dəyişmir;

4) su qovşaqlarının dəryaçalarında və başqa süni sututarlarda—Azərbaycan Respublikası dövlət sərhədinin dəryaçalar və sututarlar doldurulanadək ərazidən keçmiş xətti üzrə;

5) çayların (kiçik çayların) sərhədboyu hissələrində salınmış.dəmir yolu və avtomobil yolu körpülərində, bəndlərdə və başqa qurğularda—Azərbaycan Respublikasının dövlət sərhədinin suyun harasından keçməsindən asılı olmayaraq bu qurğuların ortası və ya texnoloji oxu üzrə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver