Qeyri-hərbi gəminin yoxlanması və ya tutulması barəsində protokol tərtib edilir; protokolu sərhəd mühafizə orqanlarının nümayəndəsi və yoxlanmış, yaxud tutulmuş gəminin kapitanı imzalayırlar.
Gəmi tutulduqda Gəmi və yük sənədləri kapitandan alınır və protokola əlavə edilir. Yoxlanmış və ya tutulmuş Gəminin kapitanı sərhəd mühafizə orqanının nümayəndəsinin hərəkətlərini düzgün saymadıqda və ya protokolun məzmunu ilə razılaşmadıqda protokolun özündə və ya protokola əlavə edilən ayrıca sənəddə hər hansı dildə öz qeydini yaza bilər. Kapitan protokolu imzalamaqdan imtina etdikdə protokolda müvafiq qeyd yazılır.