Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 37

Maddə 37. Sərhəd mühafizə orqanlarının silah və döyüş texnikası tətbiq etməsi qaydası

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1) Sərhəd mühafizə orqanları Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsi sahəsində vəzifələrini yerinə yetirərkən Azərbaycan Respublikasının dövlət sərhədində real və potensial təhdidləri dəf etmək, sərhədboyu zonada əhalini, mülkiyyəti bu cür əməllərdən qorumaq, onların qarşısını almaq üçün silah və döyüş texnikası tətbiq edir. “Müdafiə haqqında” və “Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının müdafiəsi işinə və ərazi müdafiəsinə cəlb olunduğu zaman onlar tərəfindən silah və döyüş texnikası döyüş təlimatlarına əsasən tətbiq edilir.

Sərhəd mühafizə orqanları silahı və döyüş texnikanın aşağıdakı hallarda da tətbiq etmək hüququna malikdir:

a) (çıxarılıb);

a) sərhədçilərin və ya əhalinin həyatı üçün təhlükə olduqda və bu təhlükəni başqa vasitələrlə sovuşdurmaq mümkün olmadıqda silahlı şəxslərin basqınını dəf etmək və müqavimətini qırmaq üçün;

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində gizlənməyə və ya Azərbaycan Respublikası ərazisinin içərilərinə soxulmağa cəhd göstərərkən onu tutmaq üçün başqa imkanlar kömək etmədikdə;

v) Azərbaycan Respublikasının dövlət sərhədini pozmaq üstündə tutulmuş şəxslər qaçmağa cəhd göstərdikdə və bunun qarşısını başqa vasitə ilə almaq mümkün olmadıqda;

q) əhalinin, dövlət mülkiyyətini və vətəndaşların şəxsi əmlakını silahlı basqından, silahlı və ya dikər fitnələrdən qorumaq üçün başqa tədbirlər nəticə vermədikdə;

“a”, “b”, “v”, “q” yarımbəndlərində nəzərdə tutulan hallarda silah və döyüş texnikası bu şərtlə tətbiq edilir ki, sərhədi pozan “dayan” çağırışından və havaya xəbərdarlıq atəşindən sonra sərhəd mühafizə orqanlarının tələblərini yerinə yetirməsin.

2) Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd mühafizə orqanlarının gəmiləri (katerlƏri) özlərinə və Azərbaycan Respublikasının başqa gəmilərinə silahlı basqını dəf etmək və ya xarici gəmilərin Azərbaycan Respublikasının sahilboyuna, Azərbaycan Respublikasının sualtı və suüstü obyektlərinə qarşı aşkar düşmənçilik hərəkətlərinə son qoymaq üçün silah tətbiq edir, habelə aşağıdakı hallarda silah tətbiq, etmək hüququna malikdirlər:

a) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmilər Azərbaycan Respublikasının ərazi və daxili sularında dayandırılarkən və tutularkən silahlı müqavimət göstərdikdə bu müqavimətə son qoymaq üçün;

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmi və ya Azərbaycan Respublikasının qanunlarını, yaxud Azərbaycan Respublikasının sularında üzmək və olmaq qaydalarını pozan gəmi: dayanmaq; barəsində tələbləri yerinə yetirmədikdə, bu gəmi gizlənməyə cəhd göstərərkən onu dayandırmaq üçün başqa imkanlar kömək etmədikdə. Bu halda silah xəbərdarlıq atəşindən (küllə qatarı: buraxıldıqdan) sonra tətbiq edilir.

3) sərhəd mühafizə orqanlarının təyyarələri və helikopterləri qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası ərazisinə silahlı basqınını və təcavüzünü dəf etmək, Azərbaycan Respublikasının dövlət sərhədində silahlı fitnələrin qarşısını almaq üçün silah tətbiq edirlər.

Azərbaycan Respublikasının ərazi və daxili sularında sərhəd aviasiyası aşağıdakı hallarda silah tətbiq etmək hüququna malikdir:

a) sərhəd mühafizə orqanlarının gəmilərinə; (katerlərinə), Azərbaycan: Respublikasının başqa gəmilərinə silahlı basqın zamanı onlara basqını dəf etməkdə kömək göstərmək üçün, xarici gəmilərin Azərbaycan Respublikası sahilboyuna Azərbaycan Respublikasının sualtı və suüstü obyektlərinə qarşı aşkar düşmənçilik hərəkətlərinə qoymaq üçün və ya Azərbaycan Respublikasının dövlət sərhədini pozan gəmilərin silahlı müqavimətini qırmaq üçün;

b) Azərbaycan Respublikasının dövlət sərhədini pozanlar həmsərhəd dövlətin ərazisində gizlənməyə cəhd göstərərkən onları tutmağın başqa imkanları kömək etmədikdə. Bu halda silah xəbərdarlıq atəşindən (küllə qatarı buraxıldıqdan) sonra tətbiq edilir.

4) sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmilərinə, xarici hərbi gəmilərə, o cümlədən sualtı qayıqlara qarşı silahı və döyüş texnikasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tətbiq edir;

5) Azərbaycan Respublikasının hava hücumundan müdafiə qoşunları, hərbi-dəniz qüvvələri, Silahlı Qüvvələrin başqa hissələri və bölmələri xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin Azərbaycan Respublikası ərazisinə silahlı basqınını dəf etməkdə, Azərbaycan Respublikasının dövlət sərhədində silahlı fitnələrin qarşısını almaqda sərhəd mühafizə orqanlarına kömək göstərərkən, habelə Azərbaycan Respublikasının dövlət sərhədini pozan hava gəmilərinə, xarici hərbi gəmilərə, o cümlədən Azərbaycan Respublikasının ərazi və daxili sularında sualtı vəziyyətdə aşkar edilmiş sualtı qayıqlara qarşı silahı və döyüş texnikasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada tətbiq edirlər;

6) silah tətbiq edilərkən güllələrin və mərmilərin həmsərhəd dövlətlərin ərazisinə düşməsinə bir qayda olaraq, yol verilmir. Azərbaycan Respublikasının ərazisinə xarici dövlətlərin qoşun qruplarının və quldur dəstələrinin silahlı basqınının və təcavüzünün dəf edilməsi, silahlı fitnələrin və Azərbaycan Respublikasının dövlət sərhədini pozan silahlılarla toqquşmaların qarşısını alınması halları istisna təşkil edir;

silahı qanunsuz tətbiq etmiş şəxslər Azərbaycan Respublikasının qanunlarına müvafiq surətdə intizam və ya cinayət məsuliyyətinə cəlb edilirlər;

7) sərhəd mühafizə orqanlarının aşağıdakı hallarda silah tətbiq etməsi qadağandır:

a) Azərbaycan Respublikasının dövlət sərhədini sərhədçilərin közü qabağında pozan şəxslərə qarşı; bu şərtlə ki, həmin pozuntular Azərbaycan Respublikasının dövlət sərhədi yaxınlığında kənd təsərrüfatı işlərinin və başqa işlərin (ov, mal-qara otarılması, giləmeyvə dərilməsi, yanacaq toplanması və i.a.) görülməsi ilə bağlı olsun, habelə çimmək və ya mühərrikli, mühərriksiz gəmilərdə üzmək zamanı törədilmiş olsun;

b) sərhədboyu rejimi və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimi pozmaq üstündə tutulmuş şəxslər qaçmağa cəhd göstərdikdə, bu şərtlə ki, Azərbaycan Respublikası dövlət sərhədinin onlar tərəfindən real pozulması təhlükəsi olmasın;

v) Azərbaycan Respublikasının ərazi və daxili sularında ovla məşğul olan xarici balıqçılıq və dikər ov gəmilərinə qarşı, bu şərtlə ki, onlar silahlı müqavimət göstərməsinlər;

q) sərhədboyu zonanın yolları, Azərbaycan Respublikasının dövlət sərHədinə və ya Xəzər dənizinin sərhəd mühafizə orqanları tərəfindən qorunan sahilboyuna bitişik rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin ərazisi ilə gedən və sərhəd mühafizə orqanlarının dayanmaq tələbi yerinə yetirməyən avtomotonəqliyyat vasitələrinə qarşı, bu şərtlə ki, Azərbaycan Respublikası dövlət sərhədinin real pozulma təhlükəsi olmasın;

ğ) Azərbaycan Respublikasının dövlət sərhədini keçən heyvanlara qarşı.

8) Azərbaycan Respublikasının dövlət sərhədini pozan şəxslərin silahlı basqınlarını dəf etmək və silahlı müqavimətini qırmaq, sərhədçilərin və ya əhalinin həyatı üçün real təhlükə yaradan qəfil hücum baş verərsə, habelə hücum zamanı silahdan, döyüş texnikasından, mexaniki nəqliyyat vasitələrindən istifadə olunarsa, həmin hücumu dəf etmək üçün sərhəd qoşunlarının hərbi qulluqçuları xəbərdarlıq etmədən silah və döyüş texnikasını tətbiq edə bilərlər.

9) İnsana qarşı silah yalnız son zərurət və ya zəruri müdafiə vəziyyətində, bütün digər təsir imkanlarından istifadə lazımi nəticə vermədikdə, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.

10) Sərhəd qoşunlarının hərbi qulluqçuları həyat və sağlamlıqları üçün təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvanların zərərsizləşdiriləsi üçün, həmçinin təhlükə və ya xəbərdarlıq siqnalı verildikdə, habelə yardım çağırıldıqda silahdan istifadə edə bilərlər.

11) Silahın tətbiq edilməsi barədə 24 saat ərzində müvafiq prokurora yazılı məlumat verilməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver