Qanunvericilik › Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 5

Maddə 5. Azərbaycan Respublikasının ərazi suları

Azərbaycan Respublikasının dövlət sərhədi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının ərazi sularına aşağıdakılar aiddir:

1) Azərbaycan Respublikasının öz quru ərazisinə və daxili sularına bitişik və onun suverenliyi altında olan dəniz zolağı (səthi, dibi, təki, üzərindəki hava məkanı). Ərazi sularının eni Xəzər dənizinin hüquqi statusuna dair beynəlxalq müqavilə ilə müəyyən olunur;

2) sərhədboyu çayın və başqa sututarların Azərbaycan Respublikasındakı sahilindən həmsərhəd dövlətlə dövlət sərhədinədək olan suları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver