AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN QƏRARI
“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”nin müvafiq yarımbəndlərini rəhbər tutaraq,
1. “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat idarəsi: bu Qərarın qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunması təmin edilsin.
3. “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilat rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 12 sentyabr 2011-ci il tarixli Q-1 nömrəli qərarı ləğv edilsin.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 13 fevral 2018-ci il tarixli Q/6 nömrəli qərarı ilə təsdiq edilmişdir.
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 mart tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına müəssisə, idarə və təşkilatların buraxılması üçün icazənin alınması Qaydası”nın müddəalarına əsasən, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin (bundan sonra - təşkilat rəhbəri) dövlət attestasiyasının keçirilməsi məsələlərinin tənzimlənməsi məqsədilə hazırlanmışdır.
1.2. Təşkilat rəhbərinin dövlət attestasiyasının keçirilməsində məqsəd təşkilatın fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla onun rəhbərinin dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili sahəsindəki bilik və bacarığının müsahibə yolu ilə qiymətləndirilməsidir.
2.1. Təşkilat rəhbərinin bilik və bacarığının qiymətləndirilməsi həmin təşkilatın xüsusi ekspertizasının keçirilməsi ilə bərabər aparılır.
2.2. Təşkilat rəhbərinin dövlət attestasiyası Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində yaradılmış Ekspert Komissiyası tərəfindən həyata keçirilir.
2.3. Dövlət sirri təşkil edən məlumatlarla bağlı işlərin icrasına buraxılmış təşkilatın rəhbəri vəzifəsinə yeni təyin olunmuş şəxs 3 ay müddətində dövlət attestasiyasından keçməlidir.
2.4. Təşkilat rəhbəri ilə müsahibə Azərbaycan Respublikasının dövlət dilində və fərdi qaydada aparılır.
2.5. Müsahibənin keçirildiyi vaxt və yer barədə təşkilat rəhbərinə ən azı 10 (on) gün əvvəlcədən məlumat verilir. Müsahibə qabaqcadan elan olunmuş vaxtda və razılaşdırılmış ünvanda keçirilir.
2.6. Müsahibə 30 dəqiqə ərzində aparılır.
2.7. Müsahibə təşkilat rəhbərinin dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili sahəsində bilik və bacarığının qiymətləndirilməsi məqsədi ilə Ekspert Komissiyasının ona suallar verməsi və təşkilat rəhbərinin həmin sualları cavablandırması yolu ilə həyata keçirilir.
2.8 Müsahibə zamanı verilən suallar konkret və aydın olmalı, dövlət sirri təşkil edən məlumatların mühafizəsinin təşkili ilə əlaqədar məsələləri, təşkilatın iş istiqamətlərini (xüsusiyyətini) və dövlət sirrinin mühafizəsi üzrə normativ hüquqi aktları əhatə etməlidir.
2.9. Müsahibə zamanı Ekspert Komissiyasının üzvləri tərəfindən təşkilat rəhbərinə 10 sual verilir. Təşkilat rəhbərinin verdiyi cavab Ekspert Komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 ballardan biri ilə qiymətləndirilir və sonra Ekspert Komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanaraq, müsahibədə iştirak edən Ekspert Komissiyasının üzvlərinin sayına bölünür.
2.10. Müsahibənin nəticəsinə görə ən çox 100 bal toplamaq mümkündür və ən azı 70 bal toplamış təşkilat rəhbəri müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.
2.11. Təşkilat rəhbərləri müsahibə zamanı aşağıdakı tələblərə riayət etməlidir:
2.11.1. Ekspert Komissiyası üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını sonadək dinləmək;
2.11.2. suallara mövzu ətrafında dolğun cavab vermək;
2.11.3. müsahibə keçirildiyi zaman otağı tərk etməmək və rabitə vasitələrindən istifadə etməmək.
2.12. Ekspert Komissiyasının üzvləri:
2.12.1. təşkilat rəhbərinin şəxsiyyətinə, fikirlərinə hörmətlə yanaşmalı, onunla münasibətdə diqqətli və səbirli olmalı;
2.12.2. müsahibənin əsas hissəsini təşkilat rəhbərini dinləməklə keçirməli;
2.12.3. təşkilat rəhbərinə öz fikirlərini formalaşdırıb sərbəst ifadə etməyə maneçilik törətməməli, onun mövzudan kənara çıxdığı hallar istisna olmaqla sözünü kəsməməlidirlər.
2.13. Dövlət attestasiyasından keçməli olan təşkilat rəhbəri üzrlü səbəbdən Ekspert Komissiyasının iclasına gələ bilmədikdə, onların dövlət attestasiyası sonradan razılaşdırılmış qrafikə uyğun həyata keçirilir.
3.1. Ekspert Komissiyası təşkilat rəhbərinin bilik və bacarığının qiymətləndirilməsi üzrə keçirdiyi müsahibənin nəticəsindən asılı olaraq iki qərardan yalnız birini qəbul edir:
3.1.1. müsahibənin nəticəsi məqbuldur;
3.1.2. müsahibənin nəticəsi qeyri-məqbuldur.
3.2. Ekspert Komissiyasının qərarı dövlət attestasiyasından keçən təşkilat rəhbərlərinə dövlət attestasiyasının keçirildiyi gün Ekspert Komissiyasının iclasından sonra elan edilir.
3.3. Təşkilat rəhbərinin dövlət attestasiyasının nəticəsi dövlət attestasiya aktı (əlavə olunur) ilə rəsmiləşdirilir.
3.4. Dövlət attestasiyasından keçən hər bir təşkilat rəhbəri barəsində 5 iş günü ərzində iki nüsxədə dövlət attestasiya aktı tərtib edilir.
3.5. Dövlət attestasiya aktı Ekspert Komissiyasının sədri, Ekspert Komissiyasının dövlət attestasiyasında iştirak edən üzvləri və dövlət attestasiyasından keçən şəxs tərəfindən imzalanır.
3.6. Dövlət attestasiya aktının bir nüsxəsi Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılır, digər nüsxəsi isə dövlət attestasiyasından keçən təşkilat rəhbərinin tabe olduğu quruma göndərilir.
3.7. Təşkilat rəhbərləri dövlət attestasiyasının nəticələrindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilərlər.
“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə məsul rəhbərlərinin bilik və bacarığının qiymətləndirilməsi üçün dövlət attestasiyasının keçirilməsi Qaydaları”na əlavə
1. Təşkilatın adı___________________________________________________________________
2. Rəhbərin soyadı, adı, atasının adı__________________________________________________
3. Doğulduğu il, ay, gün və yer______________________________________________________
4. Təhsili_________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
5. Dövlət attestasiyası keçirilən zaman tutduğu vəzifə və bu vəzifəyə təyin olunduğu (seçildiyi, təsdiq edildiyi) vaxt ______________________________________________________
6. Təşkilatın xüsusi ekspertizasının nəticələri barədə aktın №-si və tarixi_________________
_________________________________________________________________________________
7. Rəhbərə verilən suallar və cavablar________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
8. Rəhbərin yekun qiymətləndirmə balı_______________________________________________
9. Müsahibənin nəticəsinə görə Ekspert Komissiyasının qərarı___________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
10. Ekspert Komissiyasının tövsiyələri (səbəbləri göstərilməklə)_________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
11. Qeyd_________________________________________________________________________
_________________________________________________________________________________
_________________________________________________________________________________
Ekspert Komissiyasının
Ekspert Komissiyasının
Dövlət attestasiyasının tarixi_______________
Dövlət attestasiya aktı ilə tanış olmuşdur:
_________________________________________________________________________________