Qanunvericilik › Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi və onun mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi barəsində (Prezidentin fərmanı, 27.08.1992) › Tam mətn

Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi və onun mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi barəsində (Prezidentin fərmanı, 27.08.1992)

Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi və onun mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi barəsində (Prezidentin fərmanı, 27.08.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi və onun mərkəzi aparatının say tərkibinin müəyyən edilməsi barəsində

Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsinə həvalə edilmiş vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə və “Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 17 iyul tarixli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi haqqında Əsasnamə təsdiq edilsin.

2. Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin mərkəzi aparatının say tərkibi 58 nəfərdən ibarət müəyyən edilsin.

3. “Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin müvəqqəti strukturu haqqında” Azərbaycan Respublikası Prezidentini 1992-ci il 13 avqust tarixli sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 1992-ci il.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver