Qanunvericilik › Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 29.12.2014) › Tam mətn

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 29.12.2014)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 29.12.2014) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərara alır:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin (əlavə olunur):

1.1. “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”;

1.2. “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə üzrə inzibati reqlament”;

1.3. “Məşğulluq orqanları vasitəsilə iş axtarışı üzrə inzibati reqlament”;

1.6. “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi üzrə inzibati reqlament”;

1.7. “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi üzrə inzibati reqlament”;

1.8. “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator üzrə inzibati reqlament”;

1.9. “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”;.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Məşğulluq siyasəti (V.Məmmədov), Əlillərin sosial müdafiəsi siyasəti (S.Abdullayev) və İnformasiya texnologiyaları (E.Məcidov) şöbələrinə, Nazirlik yanında Xidmətlərə (F.Əlizadə, A.Bədəlbəyli, Ç.Əliyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsinlər.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Ümumi şöbəsinə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın surətinin çoxaldılaraq Nazirliyin aidiyyəti struktur bölmələrinə çatdırılmasını təmin etsin.

5.Qərarın icrasına nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014-cü il 28 fevral tarixli 11/7-32 nömrəli əmri ilə müəyyən edilmiş kurasiya bölgüsünə əsasən həyata keçirilsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vətəndaşların məşğulluğa dair məlumat almaq, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin elektron qaydada təqdim edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Məşğulluq haqqında” 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 6-cı, 8-ci, 19-cu və 20-ci maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə”nin 2.1.1-ci, 2.1.2-ci və 3.1.5-ci yarımbəndləri;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsizlərin qeydiyyata alınması Qaydaları”nın 1.1-ci bəndi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2-ci hissəsi;

1.3.6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2012-ci il 21 iyun tarixli 07 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “İşaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili Qaydaları”nın 2-ci hissəsi;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.1-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Məşğulluq Xidməti

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 3 iş günü

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:

Xidmət vasitəsilə məşğulluğa dair məlumat almaq, peşə hazırlığı, haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün elektron qaydada müraciət və sənədlər qəbul olunur və nəticəsi barədə istifadəçiyə məlumat verilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az;

http://e-xidmet.mlspp.gov.az/,

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az;

http://www. ses.gov.az

Elektron poçt: info@mlspp.gov.az; info@ses.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların skan edilmiş surəti elektron qaydada təqdim olunur.

2.6.1. əmək kitabçası;

2.6.2. peşə və ya ixtisasını təsdiq edən sənəd (zəruri hallarda).

İlk dəfə işaxtaranlar şəxsiyyəti təsdiq edən və təhsil haqqında (zəruri hallarda) sənədləritəqdim edirlər.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün vətəndaş https://www.e-gov.az internet ünvanına daxil olur, şəxsiyyəti təsdiq edən sənədin seriyasını və fərdi identifikasiya nömrəsini (FİN) daxil edir və ya Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən verilmiş e-imza kartı və ya Mobil Autentifikasiya Sertifikatı ilə autentifikasiyadan keçir, “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçir və 2.6-cı bəndində tələb olunan sənədləri əlavə edərək sorğunu göndərir.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiq olunduğu anda avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda bildiriş əks olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 2.6-cı bəndində nəzərdə tutulan sənədləri daxil etmədikdə və ya səhv daxil etdikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin məsul şəxsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.4.2.1. məlumat və sənədlər Reqlamentin 3.2.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilərək elektron formada təqdim olunur;

3.4.2.2. müraciət təsdiqləndikdən sonra müraciətin informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə bildiriş təqdim olunur;

3.4.2.3. müraciət qəbul edildikdən sonra baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) məşğulluq orqanlarına göndərilir;

3.4.2.4. müraciətdə təqdim olunan sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması Dövlət Məşğulluq Xidmətinin məsul şəxsi tərəfindən yoxlanılır;

3.4.2.5. müraciətdə təqdim olunan sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra müraciətin yoxlanması barədə müvafiq proqram təminatında qeydiyyat aparılır;

3.4.2.6. sənədlərin yoxlanılması nəticəsində imtina üçün əsaslar müəyyən olunmadıqda şəxsə məşğulluğa dair məlumat vermək, onun peşə hazırlığı, haqqı ödənilən ictimai işlərə cəlb olunması barədə müvafiq qərar qəbul edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Müraciətə və ona əlavə edilən sənədlərə baxıldıqdan sonra imtina üçün əsas olmadıqda şəxs işaxtaran kimi qeydiyyata alınır və ona işaxtaranın fərdi qeydiyyat vərəqəsi açılır, onun peşə hazırlığı haqqı ödənilən ictimai işlərə cəlb olunması barədə qərar qəbul edilir, bu barədə dərhal istifadəçiyə elektron qaydada məlumat verilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Kargüzarlıq, aparılan proseslərə Nazirliyin Dövlət Məşğulluq Xidməti tərəfindən proqram təminatı vasitəsilə nəzarət.

3.5.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirir. Yaranan hər hansı anlaşılmazlıq aradan qaldırılır və ya metodiki dəstək göstərilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Peşə seçimi ilə bağlı onlayn testləşdirmə

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vətəndaşların peşəyönümü xidməti barədə elektron qaydada və rahat şəkildə məlumat əldə etməsini, peşəyönümü ilə bağlı onlayn testləşdirilməni nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Məşğulluq haqqında” 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 7.5-ci və 8.2.2-ci maddələri;

1.3.2. “İnformasiya əldə etmək haqqında” 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə”nin 3.1.7-ci yarımbəndi;

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.2-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Məşğulluq Xidməti

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İşaxtaran vətəndaşların məntiqi düşüncə qabiliyyəti, sosial intellektinin inkişafının ümumi səviyyəsi, şəxsin tipi və tipinə uyğun peşələrin müəyyən olunması, eləcə də onun işgüzarlığına təsir göstərən amillərin qiymətləndirilməsi təmin ediləcəkdir.

2.1. Elektron xidmətin növü: İnformativ

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az,

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az;

http://www. ses.gov.az

Elektron poçt: info@mlspp.gov.az; info@ses.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

Bu elektron xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu xidmətdən istifadə etmək üçün qeydiyyat tələb olunmur. İstənilən şəxs sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər.

Müraciət edən istifadəçi “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə” elektron xidməti vasitəsilə “Fərdi test” və “Peşə nailiyyətləri testi” üzrə seçim apara bilər.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. Sorğunun qəbulu: Sorğu elektron formada qəbul edilir və onların icrası informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirildiyi üçün qeydiyyatı aparılmır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: İstifadəçi Reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq xidmətdən istifadə edə bilər.

İstifadəçi peşəyönümü ilə bağlı onlayn testlərdən birini seçir, müvafiq təlimatla tanış olur, testə keçmək üçün “Start” düyməsini basır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

İstifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimində emal müddətindən asılı olaraq dərhal aparılır.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirir.

3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Məşğulluq orqanları vasitəsilə iş axtarışı

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət işsiz və işaxtaran vətəndaşların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarına təqdim olunan boş iş yerləri (vakansiya) haqqında (eləcə də sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların kvota yerləri üzrə müəyyən edilmiş iş yerləri barədə) elektron qaydada və daha rahat şəkildə ətraflı məlumat əldə etməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Məşğulluq haqqında” 2001-ci il 2 iyul tarixli 170-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 17.1.4-cü və 17.3-cü maddələri;

1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti haqqında Əsasnamə”nin 2.1.2 və 2.1.5-ci yarımbəndləri.

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi.

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.3-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Məşğulluq Xidməti

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Vətəndaşlar bu xidmət vasitəsi ilə arzuladıqları region və peşə (ixtisas) üzrə hazırda mövcud olan boş iş yerləri haqqında məlumat əldə edir.

2.1. Elektron xidmətin növü: İnformativ

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az,

http://e-xidmet.mlspp.gov.az/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az;

http://www. ses.gov.az

Elektron poçt: info@mlspp.gov.az; info@ses.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

Bu elektron xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu xidmətdən istifadə etmək üçün qeydiyyat tələb olunmur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. Sorğunun qəbulu: Xidmət informativ olduğu üçün qeydiyyat tələb olunmur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: İstifadəçi Reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq xidmətdən istifadə edə bilər. Elektron xidmətdən istifadə üçün qeydiyyat tələb olunmur. Axtarış üçün istənilən kriteriyaları eyni anda yaxud ayrılıqda seçib daha sonra axtar düyməsinə vurmaq lazımdır. Bundan sonra istifadəçi axtardığı kriteriyaya uyğun olan mövcud vakansiyalar haqqında ətraflı məlumat əldə edəcək.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Daxil edilən axtarış parametrlərinə uyğun olaraq iş yerlərinin sayı, peşə, ixtisas, əmək haqqı, idarənin ünvanı, əlaqə telefonu və digər mühüm məlumatları özündə ehtiva edən cədvəl ekranda əks olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti həyata keçirir.

3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi

1.2. Elektron xidmətin məzmunu:

Bu elektron xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna elektron qaydada məlumatın verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi;

1.3.2. “İnformasiya əldə etmək haqqında” 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 6-cı və 10-cu maddələri;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə”nin 2.1.2-ci və 3.1.4-cü bəndləri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.7-ci bəndi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.7-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Dərhal

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu elektron xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna elektron qaydada məlumat verilir və bu barədə istifadəçiyə bildiriş təqdim olunur.

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: İşəgötürənlər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az;

http://e-xidmet.mlspp.gov.az/,

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az;

Elektron poçt: info@mlspp.gov.az;

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3.2 İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-gov.az internet ünvanına daxil olur, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən verilmiş e-imza kartı və ya Mobil Autentifikasiya Sertifikatı ilə autentifikasiyadan keçir, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur. İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, zərərçəkənlər barədə məlumatları, o cümlədən hadisə barədə məlumat verən şəxs barəsində məlumatları daxil edir və müraciəti təsdiq edir.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiq olunduğu anda sistemdə qeydiyyata alınır və ona sorğunun qeydiyyata alınması barədə bildiriş (Əlavə 1) verilir.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları keçmədikdə və ya səhv keçdikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə və məlumatları dolduraraq təsdiq etdikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Bu xidmət vasitəsilə işəgötürənlər istehsalatda baş vermiş bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna onlayn rejimdə elektron formada məlumat təqdim edir və bu barədə istifadəçiyə bildiriş təqdim olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.

3.5.1. Nəzarətin forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.5.2. Nəzarətin qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

İstehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair

_______________________________________________________________________________işçisi

_______________________________________________________________________________________

_______________________________________________________________ _________ nəticələnən

baş vermiş bədbəxt hadisə barədə məlumat “___” __________ tarixdə ____ nömrə ilə qeydiyyata alınmışdır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaları üçün elektron qaydada müraciət edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Ünvanlı dövlət sosial yardımı haqqında” 2005-ci il 21 oktyabr tarixli 1039-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 3-cü və 6-cı maddələri;

1.3.2. “İnformasiya əldə etmək haqqında” 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə”nin 3.1.20-ci yarımbəndi;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü bəndi;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.8-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 iş günü

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi xidmət vasitəsilə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunmaları üçün elektron qaydada müraciət edir, müraciət qəbul olunur və nəticəsi barədə istifadəçiyə məlumat verilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az;

http://e-xidmet.mlspp.gov.az/,

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az

Elektron poçt: info@mlspp.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün notariat orqanı tərəfindən təsdiq edilmiş təmsilçilik barədə ərizə (1 nömrəli əlavə) tələb olunur.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün istifadəçi https://www.e-mlspp.gov.az; https://www.e-gov.az internet ünvanına daxil olur “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətini seçir, məlumatları daxil edir və ekranında əks olunan sualları ardıcıllıqla dolduraraq sorğu edir.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiq olunduğu anda avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq ekranda bildiriş (2 nömrəli əlavə) əks olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları keçmədikdə və ya səhv keçdikdə, həmçinin məlumatları tam daxil etmədikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi bu Reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan prosedurları düzgün keçdikdə və məlumatları dolduraraq təsdiq etdikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

3.4.1.1. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil.

3.4.1.2. Elektron xidmətin göstərilməsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.4.2.1. məlumatlar Reqlamentin 3.2.1-ci yarımbəndindəki prosedura uyğun sistemə daxil edilərək elektron formada təqdim olunur;

3.4.2.2. müraciət təsdiqləndikdən sonra məlumatların informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə bildiriş təqdim olunur;

3.4.2.3. Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (bundan sonra - VEMTAS) tərəfindən sosial yardımın alınması üçün müraciətdə qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən aidiyyəti qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

3.4.2.3-1. Ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir və nəticələri gücləndirilmiş elektron imza ilə təsdiqlənərək real vaxt rejimində VEMTAS-a ötürülür.

3.4.2.3-2. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların müraciətdə əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir.

3.4.2.4. Təqdim olunan məlumatların düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra müraciətin yoxlanması barədə müvafiq proqram təminatında qeydiyyat aparılır.

3.4.2.5. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (3 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (4 nömrəli əlavə) qərar çıxarılır.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi: Müraciətlərə VEMTAS tərəfindən 15 iş günü müddətində baxılır, sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilir, bu barədə dərhal istifadəçiyə elektron qaydada məlumat göndərilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarətin qaydası:

3.5.2.1. Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi proqram təminatı vasitəsilə yoxlanılır, daxil olan müraciətlərin təhlili nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar elektron informasiya sisteminin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.5.2.2. Bu elektron xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bizim ailəmizə təyin ediləcək ünvanlı dövlət sosial yardımının rəsmiləşdirilməsi məqsədi ilə ailəmizin 18 yaşına çatmamış üzvləri __________________________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

__________________________________________________________________________________

barədə məlumat verərək, bizim hər birimizə aid gəlirlər, xərclər, əmlaklar və digər zəruri məlumatların aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğusu əsasında ona təqdim edilməsinə razılığımızı bildiririk.

Həmçinin, ailəmiz üçün 2 (iki) il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün _________________________________________________________________________________________________

ailəmizi təmsil edən şəxs qismində qeydə alınmasını xahiş edirik.

___________ ______________________________________ (telefon nömrəsi ____ )

(imza) (Təmsilçinin soyadı, adı, atasının adı)

__________ ______________________________________ (telefon nömrəsi ____)

(imza) (ailə üzvlərinin soyadı, adı, atasının adı)

_________________________________.

Mən, ___________________________notariusu __________________________________________

(notariat kontorunun adı) (notariusun soyadı, adı, atasının adı)

_________________________ və ____________________________________

(Təmsilçinin soyadı, adı, atasının adı) (ailə üzvlərinin soyadı, adı, atasının adı)

mənim iştirakımla etdikləri imzalarının həqiqiliyini təsdiq edirəm. İmza edənlərin şəxsiyyətləri müəyyən edilmişdir.

Reyestrdə ________ № ilə qeyd edilmişdir.

M.Y. _________ manat haqq tutulmuşdur.

Hörmətli ________________________________________________

(soyadı, adı, atasının adı)

Sizin ünvanlı dövlət sosial yardımın alınması üçün 20___ il __ _____ tarixli müraciətiniz Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) tərəfindən ____ nömrəsi ilə qeydiyyata alınmışdır.

Hörmətli ________________________________________________________________

(soyadı, adı, atasının adı)

Ünvanlı dövlət sosial yardımın alınması üçün 20___ il __ ____ tarixli ____nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, sizin ailənizə 20___ il __ ______ tarixindən 20___ il ___ ______ tarixinədək aylıq _____ manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Pul vəsaiti bankın ____________ rayon (şəhər) filialındakı şəxsi hesabınıza köçürüləcəkdir.

Hörmətli ________________________________________________________________

(soyadı, adı, atasının adı)

Ünvanlı dövlət sosial yardımın alınması üçün 20__ il __ _____ tarixli ___nömrəli müraciətinizə cavab olaraq bildiririk ki, ___________________________səbəbindən sizin ailənizə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina edilmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq sosial yardım təyinatından imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət sosial müavinətlərin və təqaüdlərin məbləği barədə sosial kalkulyator vasitəsilə rahat və dərhal məlumat əldə edilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Sosial müavinətlər haqqında” 2006-cı il 7 fevral tarixli 55-IIIQ nömrəli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi;

1.3.2. “İnformasiya əldə etmək haqqında” 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikası Qanununun 6-cı və 10-cu maddələri;

1.3.3. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” 2007-ci il 31 may tarixli 353-IIIQ nömrəli Azərbaycan Respublikası Qanununun 6.1.4-cü və 8-ci maddələri;

1.3.4. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi Qaydaları”nın 3.1-ci bəndi;

1.3.6. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.7. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.8. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.9. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.10. “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.11. “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.12. “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli 128 nömrəli Fərmanının 1-ci hissəsi;

1.3.13. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.14. “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamının 1-ci hissəsi;

1.3.15.“1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının 1-ci hissəsi;

1.3.16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 mart tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkənlərə zərərə görə ödəncin əvəzinə aylıq kompensasiyanın verilməsi Qaydalarının 3-cü hissəsi;

1.3.17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.10-cu bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi müvafiq məlumatları daxil edir və daxil edilmiş məlumatlara əsasən sosial müavinət və ya təqaüdün məbləği ekranda əks olunur.

2.1. Elektron xidmətin növü: İnformativ

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az,

http://e-xidmet.mlspp.gov.az/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az

Elektron poçt: info@mlspp.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.

3.1. İnformativ növlü elektron xidmətlər istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.

Bu elektron xidmətin göstərilməsi prosesi tamamilə informasiya sistemləri tərəfindən həyata keçirilir. Bu xidmətdən istifadə etmək üçün qeydiyyat tələb olunmur. İstənilən şəxs sərbəst şəkildə xidmətdən istifadə üçün sorğu göndərə bilər.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sorğunun yerinə yetirilməsindən heç bir halda imtina edilmir.

3.3.2. Sorğunun qəbulu: Sorğu elektron formada qəbul edilir və onların icrası informasiya sistemində emalı müddətindən asılı olaraq aparıldığı üçün qeydiyyatı aparılmır.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: İstifadəçi Reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq xidmətdən istifadə edə bilər. Elektron xidmətdən istifadə üçün qeydiyyat tələb olunmur. İstifadəçi sosial müavinətlərin və təqaüdlərin hesablanması üçün ardıcıl olaraq zəruri məlumatları daxil edir. İstifadəçinin daxil etdiyi məlumatlara əsasən sosial müavinətlərin və təqaüdlərin məbləği göstərilir.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Elektron xidmətinin fəaliyyəti hər hansı bir inzibati prosedur ilə əhatə olunmayıb.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Elektron xidmətin göstərilməsi zamanı sistemdə sorğunun cavablandırılması real vaxt rejimdə dərhal aparılır və nəticədə informasiya sistemində emalı müddətindən asılı olaraq xidmətin nəticəsi barədə müvafiq informasiya ekranda əks olunur.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti həyata keçirir.

3.5.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi

3.5.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir.

3.5.1. Nəzarətin forması: Elektron xidmətin işlək vəziyyətdə olması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gündəlik nəzarətdə saxlanılır.

3.5.2. Nəzarətin qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan texniki anlaşılmazlıqların aradan qaldırılması İnformasiya texnologiyaları şöbəsi tərəfindən təmin edilir. Prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2014-cü il 29 dekabr tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1.1. Elektron xidmətin adı: Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatlar və reabilitasiya vasitələrinin təminatı ilə bağlı müraciətin və sənədlərin elektron qaydada təqdim edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “İnformasiya əldə etmək haqqında” 2005-ci il 30 sentyabr tarixli 1024-IIQ nömrəli Azərbaycan Respublikasının Qanununun 6-cı və 10-cu maddələri;

1.3.3-1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci, 3.1.2-ci və 3.1.4-cü yarımbəndləri;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 3.1.49-cu yarımbəndi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamə”nin 4.1-ci, 4.5-ci, 4.9-cü və 4.12-ci bəndləri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 8 iyul tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İkinci Dünya müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydaları”nın 1.2-ci, 1.4-cü və 2.4-cü bəndləri;

1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci, 2.2-ci, 2.3-cü, 3.1-ci və 3.2-ci bəndləri;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 21 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları"nın 1-ci-4-cü bəndləri;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 5 avqust tarixli 433 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları”nın 2-ci, 8-ci və 9-cu bəndləri;

1.3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 9.11-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Xidmət vasitəsilə əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatlar və reabilitasiya vasitələrinin təminatı ilə bağlı elektron qaydada müraciət və sənədlər qəbul olunur və nəticəsi barədə istifadəçiyə bildiriş (Əlavə 1, Əlavə 2) verilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.e-gov.az;

http://e-xidmet.mlspp.gov.az/,

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.mlspp.gov.az

Elektron poçt: info@mlspp.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətin göstərilməsi üçün aşağıdakı sənədlər tələb olunur və onların skan edilmiş surəti elektron qaydada təqdim olunur:

2.6.1. səhiyyə müəssisəsinin göndərişi (Forma 88);

2.6.2. əlilin xüsusi nəqliyyat vasitəsi almağa tibbi göstərişləri haqqında tibbi-sosial ekspert komissiyasının (TSEK ) rəyi;

2.6.3. uşaqlar üçün doğum haqqında şəhadətnamə, pensiya vəsiqəsi;

2.6.4. eşitmə aparatı ilə təmin olunmaq üçün həkim-surdoloqun rəyi.

3.2. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.2.1. Sorğunun formalaşdırılması: Elektron xidmətdən istifadə üçün vətəndaş https://www.e-gov.az internet ünvanına daxil olur, şəxsiyyəti təsdiq edən sənədin seriyasını və fərdi identifikasiya nömrəsini (FİN) daxil edir, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi tərəfindən verilmiş e-imza kartı və ya Mobil Autentifikasiya Sertifikatı ilə autentifikasiyadan keçir, “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu” elektron xidmətini seçir, müvafiq xanaları (Əlilliyin müəyyən edilməsi üçün müraciətlərin və sənədlərin qəbulu ilə bağlı Əlavə 1, Tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətlərin və sənədlərin qəbulu Əlavə 2) ardıcıllıqla dolduraraq tələb olunan sənədləri əlavə edərək sorğu edir.

3.2.2. Sorğunun qəbulu: Sorğu məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiq olunduğu anda avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq istifadəçiyə bildiriş təqdim olunur.

3.3. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.3.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu Reqlamentin 2.6-cı bəndində nəzərdə tutulan sənəd və məlumatları daxil etmədikdə və ya səhv daxil etdikdə sorğu qəbul olunmur.

3.3.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən müvafiq məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.

3.4. Sorğunun icrası:

3.4.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Elektron xidmətin göstərilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məsul şəxsi məsuliyyət daşıyır.

3.4.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

3.4.2.1. məlumat və sənədlər Reqlamentin 3.2.1-ci yarımbəndindəki qaydaya uyğun sistemə daxil edilərək elektron formada təqdim olunur;

3.4.2.2. müraciət təsdiqləndikdən sonra müraciətin informasiya sistemində qeydiyyata alınması barədə istifadəçiyə bildiriş təqdim olunur;

3.4.2.3. müraciət qəbul edildikdən sonra baxılması üçün istifadəçinin yaşayış yeri üzrə Tibbi Sosial Ekspert Komissiyasına göndərilir;

3.4.2.4. müraciətdə təqdim olunan sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılır;

3.4.2.5. müraciətdə təqdim olunan sənədlərin düzgünlüyü və qanunvericiliyin tələblərinə uyğun olub-olmaması yoxlanıldıqdan sonra Tibbi Sosial Ekspert Komissiyası tərəfindən vətəndaşın əyani müayinəsi keçirilir və bu barədə müvafiq proqram təminatında qeydiyyat aparılır;

3.4.2.6. sənədlərin yoxlanılması və vətəndaşın müayinəsi nəticəsində imtina üçün əsaslar müəyyən olunmadıqda əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunması barədə müvafiq qərar qəbul edilir.

3.4.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında

3.4.4. Hər bir inzibati prosedurun nəticəsi:

Müraciətə və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmamazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Qeyd olunan çatışmamazlıqlar istifadəçi tərəfindən 5 gün müddətində aradan qaldırılır. Təkrar sorğu ilə müraciət edildikdən sonra sənədlərə baxılır, imtina üçün əsas olmadıqda əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunma barədə qərar qəbul edilir və dərhal istifadəçiyə elektron qaydada məlumat verilir.

3.5. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.5.1. Nəzarətin forması: Kargüzarlıq, aparılan proseslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə nəzarət

3.5.2. Nəzarətin qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Nəzarəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Yaranan hər hansı anlaşılmazlıq aradan qaldırılır və ya metodiki dəstək göstərilir.

3.6. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və ya məhkəməyə şikayət edə bilər.

3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.6.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.

Məhkəməyə edilmiş şikayətlərə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

1. 01 iyun 2015-ci il tarixli 4-1 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201506010041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 04 iyun 2015-ci il)

2. 28 noyabr 2016-cı il tarixli 9 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611280009, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 dekabr 2016-cı il)

3. 19 dekabr 2016-cı il tarixli 12-1 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612190121, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 dekabr 2016-cı il)

4. 26 sentyabr 2017-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201709260013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 oktyabr 2017-ci il)

17 aprel 2018-ci il tarixli 5-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201804170051, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 aprel 2018-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver