Azərbaycan Respublikası Konstitusiyasmın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarmm azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə 2014-cü il aprelin 1-dən Avro-4 ekoloji normaları tətbiq edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ
Bakı şəhəri, 14 yanvar 2014-cü il