Qanunvericilik › “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.07.2006) › Tam mətn

“Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.07.2006)

“Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 01.07.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanının 1.12-ci yarımbəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 1 iyul 2006-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1. Bu Qayda Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə yaranmış əlavə tələbatının ödənilməsi qaydasını müəyyən edir.

2. Tranzit keçən xəstənin müalicəni davam etdirmək üçün narkotik vasitələrə və psixotrop maddələrə əlavə tələbatı yarandıqda, o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə yazılı qaydada müraciət etməlidir.

3. Tranzit keçən xəstə yazılı müraciətlə birlikdə, onda olan narkotik vasitələrin və psixotrop maddələrin tətbiqini (onların adları, miqdarı, dərman forması, qəbul qaydası və müddəti göstərilməklə) tələb edən xəstəliyin olması haqqında yaşadığı ölkənin aidiyyəti səlahiyyətli orqanı tərəfindən verilmiş tibbi sənədi təqdim etməlidir.

4. Xəstənin təqdim etdiyi sənədlərə əsasən ona Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada resept yazılır və həmin resept nüsxəsinə əsasən xəstə xüsusi təyin olunmuş aptekdən dərman əldə edir.

5. Tranzit keçən xəstəyə göstərilən bütün tibbi xidmətlərin və təyin edilmiş dərman preparatlarının dəyəri xəstənin özü tərəfindən ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver