«Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına əlavələr edilməsi barədə
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 55, № 4, maddə 378, № 10 maddə 980; 2006-cı il, № 2, maddə 180, № 4, maddə 367, № 7, maddə 652-2007-cı ıl, № 6, maddə 700, № 7, maddə 743, № 12 maddə 1355-2008-cı ü, № 4, maddə 325, № 7, maddələr 672, 687) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı»na «Qrup 10-dan» sətrindən əvvəl aşağıdakı sətirlər əlavə edilsin:
- safqanlı cins atlar
- safqanlı cins heyvanlar
- safqanlı cins donuzlar
- safqanlı cins qoyunlar
- safqanlı cins keçilər
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 17 noyabr 2008-ci il