1.1. Azərbaycan Respublikası ərazisinə gətirilən malları bəyan edən şəxslərə (kommersiya məqsədi üçün tutulmayan malları idxal edən fiziki şəxslər istisna olmaqla) malların gömrük dəyərinin müəyyən edilməsi üçün bu Qaydaların tətbiqi məcburidir.
§ deklarantlar üçün - gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi və bəyan olunması zamanı;
§ gömrük orqanları üçün - gətirilən malların deklarantlar tərəfindən bəyan edilən gömrük dəyərinə nəzarət etmək üçün istifadə olunur.
1.3. Gömrük orqanlarında malların buraxılmasının əsassız olaraq gecikdirilməsinin qarşısını almaq üçün gömrük dəyərinə nəzarət prosesi qısa müddətdə həyata keçirilməlidir. Malın gömrük rəsmiləşdirilməsi müddətində deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini təsdiq etmək mümkün olmadıqda, qüvvədə olan qanunvericiliyə müvafiq qaydada malın şərti olaraq buraxılmasına gömrük orqanı göstəriş vrə bilər. Malın şərti olaraq buraxılması dedikdə, onun gömrük dəyərinin şərti olaraq müəyyən edilməklə buraxılması başa düşülür, yəni gömrük dəyərinin tam və dəqiq müəyyən edilməsi prosesi deklarant tərəfindən təqdim edilmişməlumatlar əsasında müəyyən edilməklə başa çatır. Bu zaman şərti buraxılan mal üçün bəyan edilmiş gömrük rejimi əsas götürülür.
1.4. Respublikaya gətirilən malların gömrük dəyəri mövcud qanunvericilikdə nəzərdə tutulmuş (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.1998-ci il tarixli 7 -li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi qaydaları”, 2-ci bənd) üsullarla:
I üsul - gətirilən malların sövdələşmə qiyməti ilə;
II üsul - eyni malların sövdələşmə qiyməti ilə;
III üsul - eynicinsli malların sövdələşmə qiyməti ilə;
IVüsul - dəyərin toplanması üsulu ilə;
V üsul - dəyərin çıxarılması üsulu ilə;
VI üsul - ehtiyat üsulu ilə deklarant tərəfindən bəyan edilir. Gətirilən malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı isə, seçilmiş metoda uyğun olaraq deklarant tərəfindən təqdim edilmiş sənədlər də daxil olmaqla gömrük dəyərinin düzgün müəyyən edilməsinə nəzarəti həyata keçirir.
1.5. Gətirilən malların gömrük dəyərinin bəyan edilməsi üçün “GDB-1” və “GDB-2” formada gömrük dəyəri bəyannaməsi tətbiq edilir (Əlavə 1).
1.6. “GDB-1” gətirilən malların gömrükdəyəri bu Əsasnamənin 1.4-cü bəndində nəzərdə tutulmuş I üsulla, “GDB-2” gətirilən malların gömrük dəyəri bu Əsasnamənin 1.4-cü bəndində tutulmuş 2-6-çı üsullarla müəyyən edildikdə tətbiq edilir.
2.1. Azərbaycan Respublikasına gətirilən malların gömrük dəyəri müəyyən edilmiş qaydada deklarant tərəfindən KDB-nə uyğun olaraq bəyan edilir. Gətirilən mallar bəyan edilmiş gömrük dəyəri əsasında gömrükrüsumlarına və vergilərinə cəlb edilir. Bəyan edilən rejim üzrə gətirilən mal gömrük vergi və rüsumlarına cəlb olunmursa, (gömrük rəsmiləşdirilməsi üçün rüsum istisna olmaqla), gömrük dəyəri YKB-si ilə bəyan edilir. Bəyan edilmiş gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyərinə gömrük orqanında əsaslandırılmış şübhə yarandıqda, deklarantdan gömrük dəyəri bəyannaməsini doldurmağı tələb edə bilər.
Gömrük dəyəri bəyannaməsi və gömrükdəyərini təsdiq edən sənədlərdə göstərilən bütün məlumatlara görə Azərbaycan Respublikasının müvafiq normativ-hüquqi aktlara uyğun olaraq məsuliyyət daşıyır.
2.2. Gömrük dəyəri bəyannaməsi yük gömrük bəyannaməsi və müvafiq gömrük orqanı tərəfindən gömrük məqsədi üçün tələb olunan digər sənədlərlə birlikdə təqdim olunur.
2.3. Deklarant (alıcı) malın gömrük dəyərinin müəyyən edilməsi haqqında gömrük orqanının qəbul etdiyi qərardan narazılıq edərsə mövcud qanunçuluqla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Gömrük Məcəlləsinin XIII bölməsinə müvafiq olaraq şikayət etmək hüququna malikdir.
2.4. Deklarant gömrükdəyəri üzrə bəyan edilmiş məlumatı təsdiq etmək üçün gömrükdəyəri haqqında bəyannamə ilə yanaşı aşağıdakı sənədləri təqdim etməlidir:
§ malı gətirən hüquqi və fiziki şəxsin təsis sənədləri;
§ müqavilə (kontrakt) və ona əlavə olunan razılaşma sənədləri (əgər onlar nəzərdə tutulmuşsa);
§ hesab-faktura (invoys) və bank-ödəniş sənədləri (əgər ödəniş aparılıbsa) və ya hesabproformu, həmçinin malın dəyərini təsdiq edən başqa ödəniş və ya mühasibat sənədləri;
§ nəqliyyat və sığorta sənədləri (əgər göndəriş şərtində nəzərdə tutulubsa);
§ yükləmə-boşaltma üçün hesab və ya nəqliyyat xərci üzrə rəsmi təsdiq edilmiş kalkulyasiya (hesab-fakturaya nəqliyyat xərci daxil edilməyibsə);
§ göndərən tərəfdən gömrük bəyannaməsi (əgər varsa);
§ qablaşdırma vərəqləri;
§ idxalı müəyyən edilmiş qaydada lisenziya əsasında həyata keçirilən mallar üçün lisenziya;
§ malın mənşə ölkəsi haqqında sertifikat, keyfiyyət sertifikatı, təhlükəsizlik sertifikatı.
2.5. 2.4. yarımbəndində nəzərdə tutulan sənədlər gömrükdəyərini təsdiq etmək üçün kifayət etmədikdə gömrük orqanının
tələbi üzrə deklarant zəruri olan əlavə məlumatları təqdim etməlidir. Gömrük orqanı tərəfindən əlavə məlumat kimi aşağıdakı sənədlər tələb oluna bilər:
§ sövdələşməyə aidiyyatı olan üçüncü şəxslə müqavilə (kontrakt);
§ satıcının xeyrinə üçüncü şəxslərin tədiyə üçün hesablaşma sənədi;
§ qiymətləndirilən malın sənədləşməsinə aidiyyatı olan komisyon, broker xidməti üçün hesablaşma sənədi;
§ mühasibat sənədləri;
§ lisenziya və ya müəlliflik sazişi;
§ ixrac (idxal) lisenziyası;
§ malı daşımağa dair sifariş;
§ kataloqlar, spesifikasiya, firma-istehsalçının qiymət preyskurantı;
§ qiymətləndirilən mala firma-istehsalçının kalkulyasiyası;
§ gömrük dəyər bəyannaməsində bəyan olunan gömrük dəyərini təsdiq edəcək digər sənədlər.
2.6. Malın gömrük dəyərini qiymətləndirmək və deklarant tərəfindən bəyan edilmiş gömrük dəyərini yoxlamaq üçün istər deklarant tərəfindən təqdim olunan, istərsə də gömrük orqanında olan məlumatdan istifadə oluna bilər.
Məlumatlandırıcı və tam olmaqla bəyan edilmiş gömrük dəyərinin təsdiqini təmin etməlidir.
2.6.1. Deklarant əlavələr gətirilən eyniadlı və ya eynicinsli malların gömrük dəyəri, ya da onların bazarda qiyməti, istehsalçının gömrük orqanlarında olmayan kalkulyasiyası və preyskurantı haqqında məlumat əldə edə bilər. Belə məlumatdan müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda istifadə oluna bilər (məsələn, eyniadlı və eynicinsli malların sövdələşməsinə aid olan kommersiya, gömrük və ödəniş sənədləri).
2.6.2. Malın gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı deklarantda olmayan məlumatlara malik ola bilər. Belə məlumatlara xarici ticarət dövriyyəsində olan malların məlumat qiyməti, habelə əvvəllər gömrük rəsmiləşdirilməsindən keçən eyniadlı və ya eynicinsli mallar haqqında məlumat daxil edilir. Deklaranta gömrük orqanında orta kontrakt qiyməti, məxfilik saxlanılmaqla ayrı-ayrı sövdələşmə üzrə gömrük dəyəri haqqında məlumat təqdim oluna bilər.
2.7. Deklarant gömrük dəyəri bəyannaməsinin (KDB-1 və KDB-2) bütün qrafalarını Təlimata uyğun olaraq sərbəstdoldurur (gömrük qeydiyyatı üçün nəzərdə tutulan qrafadan başqa).
2.8. Deklarant tərəfindən gömrükdəyəri bəyannaməsi düzgün doldurulduğu, gömrük dəyərinin müəyyən edilməsi üsulu düzgün seçilib tətbiq olunduğu, bəyan edilən məlumatlar tələb olunan sənədlərlə təsdiq olunduğu halda GDB-nin bütün vərəqlərində “Gömrük qeydiyyatı üçün” qrafasında “Gömrük dəyəri qəbul edildi” qeydiyyatı aparılır və GDB-ni yoxlayan vəzifəli şəxsin imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilir.
2.9. KDB-ni sənədləşdirən və onun düzgünlüyünü yoxlayan gömrük orqanının vəzifəli şəxsinin öz şəxsi təşəbbüsü, deklarantın tapşırığı və xahişi ilə deklarant tərəfindən doldurulan gömrükdəyəri qrafalarında hər hansı bir məlumatda dəyişiklik etmək, bu qrafalara əlavələr etmək hüququ yoxdur.
Sənədlər gömrük rəsmiləşdirilməsinə qəbul edildikdən sonra deklarant tərəfindən bəyan edilən gömrükdəyərində gömrük orqanı tərəfindən edilən bütün düzəlişlərə malların gömrük qiymətləndirilməsi kimi baxılır və deklarant tərəfindən müəyyən edilmiş qaydada şikayət verilə bilər.
Deklarant tərəfindən aparılan hesablamaya gömrük orqanının vəzifəli şəxsi tərəfindən düzəliş aparmaq zərurəti yarandıqda onda GDB-nin “gömrük qeydiyyatı üçün” və ya blankın əks üzündə “Gömrük qeydiyyatı” başlığı altında qeydiyyat aparılır.
Gömrük oraqanının vəzifəli şəxsinin apardığı bütün qeydiyyatlar onun imzası və şəxsi nömrəli möhürü ilə təsdiq edilmiş tarix göstərilir.
Gömrük orqanının hesablanmasına uyğun olaraq deklarant KDB-nin müvafiq qrafasında dəyişiklik edir, onu imza və möhürlə təsdiq etməklə tarixi qeyd edilir.
GDB-də çoxsaylı düzəliş edildikdə köhnə blankda qeyd aparılmaqla yeni blank doldurula bilər. Hər iki blank gömrük orqanında saxlanılır. Gömrük orqanının aparıcı düzəlişə deklarant tərəfindən razılıq olduqda bəyanamənin “10 b” qrafası ümumi qaydada doldurulur.
Gömrük dəyəri dəqiqləşdirildikdən sonra gömrük orqanının vəzifəli şəxsi YKB-də “Gömrük dəyəri dəqiqləşdirilmişdir” qeydiyyatını aparır. Deklarant və ya gömrük orqanının vəzifəli şəxsi tərəfindən gömrük dəyərinin dəqiqləşdirilməsinə dair GDB və YKB-nin ayrılmaz hissəsi hesab olunan forma-blank doldurulur.
Deklarant gömrük orqanının apardığı dəqiqləşmə ilə razı olmadıqda, GDB-də müvafiq düzəliş aparmaqdan və ya GDB-ni imzalamaqdan imtina edə bilər. Bu halda deklarant gömrük orqanından yazılı formada onların bəyan etdiyi gömrük dəyərinin qəbul edilməsinə dair izahat (aydınlıq gətirmək üçün) tələb edə bilər.
Deklarant tərəfindən gömrük oranına gömrük dəyərinin qiymətləndirilməsi və ya gömrük orqanı tərəfindən qəbul edilmiş qərardan şikayət verməsi müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük tədiyyəsi ödəməkdən azad etmək hüququ vermir.
Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri dəqiqləşdirilənədək bəyan olunmuş mal haqqında mövcud gömrük qanunvericiliyinə uyğun olaraq qərar qəbul edilir.
2.10. Gömrük rəsmiləşdirilməsi zamanı deklarantda bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənədlər, istifadə edilən məlumatları təsdiq edən dəlillər olmadıqda, həmçinin müqavilə şərtlərində malın satışı ilə əlaqədar olaraq qiymətlərə yenidən baxılmaqla son qiymətin müəyyən edilməsi halı olduqda gömrük orqanı, deklaranta maldan istifadə etmək haqqında qərarı ancaq gömrük tədiyələrini tam həcmdə ödədikdən sonra vermək hüququna malikdir.
Gömrük orqanı deklarantın yazılı ərizəsinə əssən bəyan edilmiş mala mövcud qanunçuluğa müəyyən edilmiş qaydada əmlak girovu və ya müvəkkil bankın zəmanət məktubu əsasında möhlətdən istifadə etmək icazəsi verə bilər.
Əmlak girovunun dəyəri və ya bank məbləği gömrük dəyərinin közlənilən düzəliş həddi zamanı yarana biləcək gömrük tədiyələrinin ödənişini təmin etməlidir. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük tədiyələrinin ödənişi həyata keçirildikdə halı olarsa, əmlak girovunun dəyəri və ya bank zəmanəti gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada malın şərti müəyyən edilmiş gömrük dəyəri ilə deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri arasındakı fərqə müvafiq olaraq müəyyənləşdirilir.
İki komplekt avadanlıq gətirilir. Göndəriş şərti-”zavoddan” (EŞ), idxal rüsumu dərəcəsi - 15%, ƏDV dərəcəsi - 20%. Satıcıya göndərilən mala görə hesab-fakturada göstərilən ödəniş məbləği - 10000 ABŞ dolları. Həmin günə valyuta kursu - 4200 man. Onda deklarant tərəfindən bəyan edilən gömrük dəyəri 42000000 man təşkil edir. Həmin gömrük dəyərinə ödəniş məbləği 15960000 həcmində hesablanmışdır.
Bu göndəriş şərtində (EXW) satıcıdan alıcıya göndərilən hesab-fakturada Sumqayıt gömrük sərhədinə qədər gətirmə xərci nəzərə alınmadığından, habelə deklarant tərəfindən malın gətirilmə xərcini müəyyən etmək üçün müvafiq sənədlər təqdim olunmadığından gömrük orqanı malın gətirilmə xərcini nəzərə almaqla gətirilən mala müvəqqəti (şərti) gömrük dəyəri müəyyən edir. Aparılmış qiymətləndirməyə müvafiq olaraq malın gömrük dəyəri 53000000 man. məbləğində müəyyən edilmişdir. Onda ödəniləcək gömrük rüsumu 7950000 man., ƏDV 12190000 man., tədiyələrin ümumi məbləği 20140000 man. təşkil edər.
Bu halda gömrük orqanı tərəfindən malın gətirilməsi xərclərini dəqiq müəyyən etmək üçün deklarantdan müvafiq sənədlər alınanadək mal 4180000 manat məbləğə (20.140.000-15.960.000) bankın zəmanət məktubu (və ya əmlak girovu) əsasında buraxıla bilər.
Bu halda GDB-nin “Gömrük üçün qeyd” qrafasında gömrük orqanının vəzifəli şəxsi tərəfindən “Gömrük dəyəri dəqiqləşdirilir. Mal bankın “_ “___199____ il___ №-li zəmanət məktubu və ya əmlak girovu haqqında ”______”199___ il tarixli müqavilə əsasında buraxılmışdır. Malın qiymətləndirilməsini dəqiqləşdirmək üçün gün möhlət müəyyən edilmiş qaydada təsdiq edilir”.
YKB-nin “S” qrafasında anoloji qeyd aparılır.
a) Deklarant tərəfindən zəruri sənədlər gömrük orqanına təqdim edildikdən sonra gömrük dəyərinin son həddi haqqında qərar çıxarılır və müvafiq gömrük tədiyyəsi üzrə yenidən hesablama aparılır.
b) Gömrük orqanı deklarantın yazılı müraciəti ilə bəyan olunmuş maldan gömrük orqanı tərəfindən müəyyən edilmiş qaydada zəruri tədiyə məbləğini gömrük orqanının depozit hesabına köçürdükdən sonra istifadə etmək hüququ verə bilər.
Bu halda KDB-nın “Gömrük üçün qeyd” qrafasında gömrük orqanının vəzifəli şəxsi tərəfindən “KD dəqiqləşdirilir. “____”____199_il tarixə müvəqqəti KD Dəqiqləşdirmə müddəti “_”____199__ il, müəyyən edilmiş qaydada təsdiq edilir”.
Deklarant tərəfindən malın gömrük dəyərini dəqiqləşdirmək üçün zəruri olan sənədlər təqdim olunduqdan sonra gömrük dəyərində və müvafiq gömrük tədiyəsində yenidən hesablama aparılır, o cümlədən artıq tutulmuş məbləğ geri qaytarılır və ya ödənilməyən məbləğ tutulur.
1. Malın gömrük dəyərinin dəqiqləşdiriməsi ilə əlaqədar aparılan bütün hesablaşmalar mal bəyan edilən künə mövcud olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
2. Deklarant yuxarıda göstərilən variantlardan istənilən biri ilə onun tərəfindən bəyan edilmiş gömrük dəyərini sənədlə təsdiq edə bilmirsə, onda gömrük orqanı gömrük dəyərini ardıcıllıqla qiymətləndirmənin digər metodu ilə müəyyən etmək hüququna malikdir.
3. Deklarant tərəfindən gömrük orqanına gömrük dəyərini müəyyən etmək (və ya təsdiq etmək), bəyan edilmiş rejimlə buraxılmasını sənədləşdirmək üçün zəruri əlavə məlumatların verilməsinə imtina edildikdə gömrük orqanı tərəfindən malın gömrük dəyəri ilə bağlı son qərar qəbul edilənədək mal müvəqqəti saxlanca verilir.
2.11. Malın gömrük dəyərinin müəyyən və bəyan edilməsi üzrə deklarantın (“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə müəyyən edilmiş) hüquq və vəzifələri aşağıdakılardır:
1. Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
2. Deklarant tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti yarandıqda gömrük orqanına Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq əmlak girovu qoymaq və ya müvəkkil bankın təminatını almaq şərti ilə bəyan edilən malın istifadə üçün ona verilməsi barədə müraciət edə bilər, yaxud keçirilən mal üçün Azərbaycan Respublikası gömrük orqanı tərəfindən gömrük qiymətləndirilməsinə uyğun olaraq gömrük rüsumları ödəməlidir.
Bəyan edilmiş gömrük dəyərinin dəqiqləşdirilməsi və ya Azərbaycan Respublikasının gömrük orqanına əlavə məlumatların təqdim edilməsi ilə bağlı xərclər deklarant tərəfindən ödənilməlidir.
Diqqət! Deklarant Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, formada göstərilən bütün məlumatlara və gömrük dəyərinin təsdiqi üçün təqdim etdiyi sənədlərə görə məsuliyyət daşıyır.
Deklarant gömrük orqanına zəruri əlavə məlumatları təqdim etməyə borcludur
3. Malgöndərmə şərtləri
4. Hesab-fakturanın tarixi və nömrəsi
5. Kontraktın tarixi və nömrəsi
6. Gömrük orqanının 7-9 bəndlərinə aid əvvəllər qəbul etdiyi qərarların nömrə və tarixi
7(a). Satıcı və alıcı arasında qarşılıqlı asılılıq varmı?* Hə Yox
7(6). Satıcı və alıcı arasındakı qarşılıqlı əlaqə idxal olunan Hə Yox
malın qiymətinə təsir etmişdirmi?
8(a). Aşağıdakılar istisna olmaqla, alıcı üçün maldan Hə Yox
istifadə olunmasına məhdudiyyətlər varmı?
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məhdudiyyətlər;
- malların təkrar satıla biləcəyi coğrafi bölgənin məhdudiyyətləri;
- malın qiymətinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər.
8(6). Sövdələşmə qiymətinə münasibətdə nəzər alına bilinməyən hər hansı bir şərt varmı? Hə Yox
Əgər “Hə” olsa, təfərrüatı ilə göstərin
Əgər şərt miqdarca müəyyənləşdirilə bilərsə, onda 11(6) qrafasını doldurun
9. Satıcının birbaşa və ya dolayı yolla ödədiyi lisenziya və
|a digər ödənişlər nəzərdə tutulubmu? □ Hə □ Yox
Əgər “Hə” olarsa, onda təfərrüatını göstərin
Əgər “9” bəndinə “hə” cavabı verilibsə, onda 15-ci bənddə müvafiq məbləği göstərin.
*) Aşağıdakı hallarda şəxslər, qarşılıqlı asılı sayılırlar:
- sövdələşmə iştirakçılarından biri və ya onun vəzifəli şəxsi eyni zamanda digər sövdələşmə iştirakçının da vəzifəli şəxsidirsə;
- sövdələşmə iştirakçıları şərikdirlərsə;
- sövdələşmə iştirakçıları əmək əlaqələri ilə bağlıdırlarsa;
- sövdələşmə iştirakçılarından biri digərinin nizamnamə kapitalının 5%-dən azını təşkil etməyən və səs hüququ verən səhmlərinin sahibidirsə;
- hər iki iştirakçı üçüncü şəxsin bilavasitə və ya dolayı nəzarəti altındadırsı;
- sövdələşmə iştirakçıları - birlikdə üçüncü şəxsə bilavasitə və ya dolayı nəzarət edirlərsə;
- sövdələşmə iştirakçılarındın biri o biri iştirakçının bilavasitə və ya dolayı nəzarəti altındadırsa;
sövdələşmə iştirakçıları və ya onların vəzifəli şəxsləri yaxın qohumdurlarsa.
10(a) GDB-1-ə qoşulan əlavə vərəqlərin sayı
10(6) Yer __________________
Tarix: __________________
Bəyannaməyə məsul şəxsin imzası
11(a) Kontraktın valyuta ilə sövdələşmə qiyməti (satıcıya faktiki ödənilmiş və ya ödənilməli olan
Sövdələşmənin qiyməti, manatla
11(6) Dolayı ödəmələr, manatla (bax: 8(6)
12. “A” üzrə yekunu, manatla
B. Sövdələşmə qiymətinə əlavə hesablanan məbləğlər, manatla. (“A” bölməsinə daxil edilmir və gömrük dəyərinə daxil edilir)
13. Xərclər: a) komisyon və digər vasitəçilik xidmətləri üçün (tədarük komisyonundan başqa);
b) konteynerlər və qablaşdırma üçün;
14. İdxal olunan malların istehsalında və xaricə satışında istifadə etmək üçün alıcının pulsuz və ya aşağı qiymətlərlə verdiyi malların və xidmətlərin dəyəri (uyğun qruplar üzrə): a) xammal, materiallar, detallar, yarımfabrikatlar və digər dəstləşdirici məlumatlar
6) alətlər və s. bu kimi avadanlıq
v) yardımçı materiallar
q) Azərbaycan Respublikasından kənarda yerinə yetirilmiş mühəndis və təcrübə-konstruktor işləri və cizgilər
15. Lisenziyalaşdırılmış və digər ödənişlər (bax: 9 bənd)
16.___________ qədər gətirmə
(malın gətirilmə yerini göstərməli) xərci o cümlədən:
b) yükləmə, boşaltma, emal, anbarayığma
v) sığortalama 17. “B” üzrə yekun:
V “A” bölməsinə daxil edilmiş hesabdan silinən məbləğ, manat
21. Malların idxalı və satışı zamanı ödənilən gömrük rüsumları və vergiləri______________
23. Bildirilmiş gömrük dəyəri a) manatla b) kontraktın valyutası ilə
Q.*) Məbləğ xarici valyuta ilə ödənilmiş olduğu halda, bu bölmədə, xarici valyutada məbləği və hər bir mala və dəyər elementinə münasibətdə çevirmə kursunu göstərin.
“B” və “V” bölmələrində Məbləğ Çevirmə kursu mövqenin nömrəsi
Diqqət! Azərbaycan Respublikası qanuvericiliyinə uyğun olaraq, deklarant formasında bütün məlumatlara və gömrük dəyərinin təsdiqi üçün təqdim etdiyi sənədlərə görə məsuliyyət daşıyır. Deklarant gömrük məlumatları təqdim etmə borcludur.
3. Malgöndərmə şərtləri
4. Hesab-fakturanın və ya malın göndərilməsi üçün əsas olan başqa sənədin nömrəsi və tarixi
5. Gömrük təşkilatının qərarının nömrəsi və tarixi 5. Qiymətləndirilən malların gömrük dəyəri müəyyən olunur:
a) eyni malların sövdələşmə qiymətinə əsasən (üsul 2)
b) eyni cinsli malların sövdələşmə qiymətinə əsasən (üsul 3)
v) dəyərin toplanması üsulu ilə (üsul 4)
q) dəyərin çıxılması yolu ilə (metod 5)
d) ehtiyat üsulu ilə (üsul 6)
7. Qiymətləndirmə metodunun seçilməsini əsaslandıran (Əvvəlki üsulların niyə tətbiq edilmədiyini göstərməklə)
8. Gömrük dəyərinin əsaslandırılması üçün istifadə edilmiş informasiya mənbələrini göstərin:
Vərəq.............. Forma GDB-2
Gömrük dəyərinin hesablanması
A. hesablamalar üçün əsas; gömrüyün müvafiq qərarının nömrə və tarixi №
11a. Eyni cür (oxşar) mallar üzrə sövdələşmə qiyməti a) kontraktın valyutası ilə b) manatla
(2, 3, 6-cı üsullar üçün) 116. Azərbaycanın ərazisində alıcıya (satıcı ilə bağlı olmayan) idxal olunan, oxşar və ya eyni cür malların ən böyük partiya ilə satılmış olduğu mal vahidinin qiyməti, manatla (4, 6-cı üsullar üçün) 11 v. İdxal olunan malların dəyərlərinin tərkib elementlərinin toplanması yolu ilə hesablanmış dəyəri, manatla________________________
(5, 6-cı üsullar üçün)
B. Qiymətə edilən təshih
12. Partiyanın miqdarına edilən təshih (+;-)
13. Kommersiya şərtinə edilən təshih (+;-)
14. Təshih məbləğlərinin yekunu (+;-) manatla
15. Təshihlər nəzər alınmaqla sövdələşmə qiyməti (dəyər) (11a+-14)
V. Əlavə Hesablamalar malar və (*y və çıxılmalar
16. Nəqliyyatın dəyəri
17. Yükləmə, boşaltma, emal və anbara yığmanın dəyəri (+)
18. Sığortalanmanın dəyəri (+)
19. İdxalla əlaqədar komisyon və s. vasitəçilik xərcləri (+)
20. Daxil bazarda satışla əlaqədar mənfəət, komisyon və ticarət qiymət əlavələri (-)
21. İdxal olunmuş malların əlava işlənməsi və emalının dəyəri (-)
22. Gömrük rüsumları, vergiləri və s. daxili vergilər (-)
23. Daxili bazarda satışla əlaqədar digər xərclər və ödənişlər (*)
24. “V”-nin yekun__________________
Elan edilmiş gömrük dəyəri (15+24) 25. manatla_______________________
26. başqa valyuta ilə_______________