Qanunvericilik › "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (Prezidentin fərmanı, 23.10.2003) › Tam mətn

"Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (Prezidentin fərmanı, 23.10.2003)

"Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı (Prezidentin fərmanı, 23.10.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 24.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

I. Azərbaycan Respublikası prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"yə aşağıdakı əlavələr edilsin:

1) 1-ci bəndin birinci abzasında "səhiyyə sahəsində" sözlərindən sonra "habelə dövlət qulluğunda" sözləri əlavə edilsin.

2) 4-cü bəndə aşağıdakı məzmunda on üçüncü abzas əlavə edilsin:

"Əməkdar dövlət qulluqçusu" fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən dövlət qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir".

II. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, "Əməkdar dövlət qulluqçusu" fəxri adının vəsiqəsinin nümunəsini, döş nişanının təsvirini və eskizini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

III. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver