Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 03.09.2004-cü il tarixli 082 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 18.09.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-3086) “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Qaydaları”nın qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 dekabr 2002-ci il tarixli 098 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 23 yanvar 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №-2956) “Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin keçirilməsi Qaydaları” qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 03.09.2004-cü il tarixli 082 nömrəli əmri, Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin xidməti məktubu.
Azərbaycan Respublikasının
I dərəcəli Dövlət ədliyyə
müşaviri F.F.Məmmədov