Qanunvericilik › "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə › Tam mətn

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115; 2004-cü il, №9, maddə 665) aşağıdakı əlavələr və dəyişiklik edilsin:

1. 17-ci maddənin adında "aparatı" sözündən sonra "və regional mərkəzləri" sözləri əlavə edilsin;

2. 17.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.";

3. 17.3-cü maddədə "Aparat" sözündən sonra "və regional mərkəzlər" sözləri, "aparatı" sözündən sonra "və regional mərkəzləri" sözləri əlavə edilsin;

4. 17.4-cü maddədə, 18-ci maddənin adında, 18.1-ci və 18.2-ci maddələrdə "aparatının" sözündən sonra "və regional mərkəzlərinin" sözləri əlavə edilsin;

5. 19.1-ci maddədə "və onun aparatının" sözləri ", onun aparatının və regional mərkəzlərinin" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2006-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver