Qanunvericilik › “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 09.06.2023) › Maddə 13-3

Maddə 13-3. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə (AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNLARI, 09.06.2023) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

13-3.1. Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə bu Konstitusiya Qanununun 1.3-1-ci maddəsinə uyğun olaraq müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

13-3.2. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq qruplarının üzvləri bu Konstitusiya Qanununun 13-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunurlar.

13-3.3. Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:

13-3.3.1. dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;

13-3.3.2 dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;

13-3.3.3. həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;

13-3.3.4. dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;

13-3.3.5. vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.

13-3.4. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Konstitusiya Qanununun 12-ci, 13-cü, 13-1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.”.

13. 14.2-ci maddədə “dövlət və yerli özünüidarə orqanlarının” sözləri “dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların” sözləri ilə əvəz edilsin.

14. 15-ci maddə üzrə:

14.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Maddə 15. Müvəkkilin fəaliyyətində konfidensiallığın təmin olunması”;

14.2. 15.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, milli preventiv qrupun və müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə, vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.

15. Aşağıdakı məzmunda 16.6-1-ci maddə əlavə edilsin:

“16.6-1. Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.”.

16. 17.3-cü maddədə “Aparat” sözü “Müvəkkilin aparatı” sözləri ilə əvəz edilsin.

17. 18-1-ci maddə ləğv edilsin.

18. 20-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 20. Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət

Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.”.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver