"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115) 16.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"16.1. Müvəkkil şərti maliyyə vahidinin 1200 mislinə bərabər məbləğdə aylıq əmək haqqı alır.".
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2004-cü il