Qanunvericilik › Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 21

Maddə 21. Ətraf mühitin mühafizəsi üçün təminatlar

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası vətəndaşların ekoloji təhlükəsizlik hüququnu təmin edir, təbii komplekslərin qorunub saxlanması, nadir və kökü kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi və artırılması üçün lazımi tədbirlər görür.

Təbiətdən istifadə qaydası respublika qanunvericiliyi ilə müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver