Qanunvericilik › Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 3

Maddə 3. Mülkiyyətçinin səlahiyyəti və mülkiyyətin formaları

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüdudlarda mülkiyyətçinin əmlaka sahiblik, ondan istifadə, ona sərəncam hüquqları vardır.

Mülkiyyət münasibətləri Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq müqavilələr və hökumətlərarası sazişlər ilə müəyyən edilir və tənzimlənir.

Azərbaycan Respublikasında mülkiyyətin aşağıdakı formaları bərabər hüquqlu hesab edilir və qanunla qorunur:

– Azərbaycan Respublikasının dövlət mülkiyyəti;

– kollektiv mülkiyyət;

– xüsusi mülkiyyət;

– qarışıq mülkiyyət.

Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş çərçivədə onun ərazisində İttifaq respublikalarının və başqa dövlətlərin, onların hüquqi şəxslərinin və vətəndaşlarının, beynəlxalq təşkilatların mülkiyyətinin olmasına yol verilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver