AZƏRBAYCAN RESPUBLİKASI SATINALMALAR ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN QƏRARI
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin yeni redaksiyada təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə qərara alır:
1. “Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında” 05.09.2013-cü il 01 nömrəli Qərarı ləğv edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aşağıda göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər yeni redaksiyada təsdiq edilsin:
2.1. “Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi üzrə elektron xidmət”in inzibati reqlamenti;
2.2. “Keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi üzrə elektron xidmət”in inzibati reqlamenti.
3. Tədrisin təşkili, beynəlxalq münasibətlər, hüquq və şikayətlərə baxılması şöbəsinə tapşırılsın ki, bu Qərarın 2-ci bəndi ilə təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
4. S.Mustafayev bu Qərardan irəli gələn məsələləri səlahiyyətləri çərçivəsində həll etsin.
5. S.Zeynalova aidiyyəti struktur bölmələrini bu Qərarla tanış etsin.
6. Bu Qərarın icrasına nəzarət aparatın rəhbərinə (Ə.Quliyevə) tapşırılır.
1.1. Elektron xidmətin adı: Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair aşağıdakı məlumatlar verilir:
Müvafiq satınalma metodundan istifadə etməklə malları (işləri, xidmətləri) satınalan təşkilat haqqında məlumat (bank rekvizitləri və VÖEN); satın alınması nəzərdə tutulan malın (işin, xidmətin) adı; lotların sayı; tenderin əsas şərtlər toplusunun tender iştirakçılarına təqdim edildiyi ünvan; satınalmada iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı; əlaqələndirici şəxsin iş telefonu; tender təklifinin bank təminatının məbləği; tender təklifinin və bank təminatının verilməsinin son tarixi və yeri; tender prosedurlarının başlanması vaxtı və yeri.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (4.1.7-ci maddə)
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı(2-ci və 2-1-ci hissələri)
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (6.8-ci bənd)
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemində emalı vaxtından asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçilərə keçirilməsi nəzərdə tutulan dövlət satınalmalarına dair məlumatların verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət qurumları.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://tender.gov.azhttp://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2, http://www.consumer.gov.az/, office@consumer.gov.az, telefon: 012 493-76-62, faks: 012 497-24-08
2.6. Elektron xidmət göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4 bəndində qeyd olunmuş elektron ünvanlar vasitəsi ilə hər hansı sənəd təqdim etmədən sistemə daxil olaraq keçirilməsi nəzərdə tutulan dövlət satınalmalmalarına dair məlumatlardan istifadə edir.
3.1.2. Sorğunun qəbulu: Sorğu real vaxt rejimində avtomatik cavablandırılır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: http://www.e-gov.az portalında qeydiyyatdan keçməmiş şəxs xidmətdən istifadə edə bilməz.
3.2.2 Sorğunun qəbulu: Xidmət real vaxt rejimində dərhal icra olunur.
3.3. Sorğunun icrası:
3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu edən keçirilməsi nəzərdə tutulan dövlət satınalmaları barədə məlumatı real vaxt rejimində əldə edir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Xidmət real vaxt rejimində dərhal icra olunur.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İstifadəçilər keçirilməsi nəzərdə tutulan dövlət satınalmaları barədə məlumatı real vaxt rejimində əldə edirlər.
3.4 Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. nəzarət forması: Daxil olan müraciətlərin mütəmadi monitorinqi
3.4.2 nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət edə bilər.
3.5.2 şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya:
Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
3.5.3 şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1.1. Elektron xidmətin adı: Keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında aşağıdakı məlumatlar verilir:
Satınalan təşkilatın adı; satınalma predmetinin adı; qalibin adı; qalibin təklif etdiyi qiymət.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu (4.1.7-ci maddə)
- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr)
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (6.9-cu bənd)
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçilərə keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatların verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət qurumları.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://tender.gov.azhttp://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2, http://www.consumer.gov.az/, office@consumer.gov.az, telefon: 012 493-76-62, faks: 012 497-24-08
2.6. Elektron xidmət göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4 bəndində qeyd olunmuş elektron ünvanlar vasitəsi ilə hər hansı sənəd təqdim etmədən sistemə daxil olaraq keçirilmiş müsabiqələr və qalib malgöndərən (podratçı) haqqında məlumatlardan istifadə edir.
3.1.2. Sorğunun qəbulu: Sorğu real vaxt rejimində avtomatik cavablandırılır.
3.2 Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1 Sorğunun yerinə yetirilməsindən imtina halları: http://www.e-gov.az portalında qeydiyyatdan keçməmiş şəxs xidmətdən istifadə edə bilməz.
3.2.2 Sorğunun qəbulu: Xidmət real vaxt rejimində dərhal icra olunur.
3.3.1 ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu edən keçirilməsi nəzərdə tutulan dövlət satınalmaları barədə məlumatı real vaxt rejimində əldə edir.
3.3.2 Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal
yerinə yetirilmə müddəti: Xidmət real vaxt rejimində dərhal icra olunur.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.
3.3.4 Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İstifadəçilər keçirilməsi nəzərdə tutulan dövlət satınalmaları barədə məlumatı real vaxt rejimində əldə edirlər.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlərin qəbulu, cavablandırılmasının müddəti və prosesin tamlığı izlənilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana və məhkəməyə şikayət edə bilər.
3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən poçt ünvanına göndərilməlidir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.
1. 09 avqust 2016-cı il tarixli 12 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il)
2. 24 noyabr 2017-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 dekabr 2017-ci il)