Qanunvericilik › “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.01.2025) › Tam mətn

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.01.2025)

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 22.01.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun fəaliyyətinin təmin edilməsi və “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyul tarixli 1411 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 22 yanvar 2025-ci il

Sahibkarlıq subyektlərinin sorğusu əsasında beynəlxalq ticarət məlumatları üzrə araşdırmanın aparılması və onlara potensial ixrac bazarları barədə məlumatların verilməsi

Sahibkarlıq subyektlərinin sorğusu əsasında onlara Azərbaycan Respublikasının ərazisindən ixrac edilən Azərbaycan mənşəli məhsulların (xidmətlərin) təyinat ölkəsinə idxalına dair qaydalar haqqında məlumatların təqdim edilməsi

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-ya məxsus əmtəə nişanlarından istifadə hüququnun verilməsi

İnvestorların və ixracatçıların investisiya və ixrac fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərlə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin əlaqələndirilməsi işinin təşkili

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver