Qanunvericilik › "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.08.2008) › Tam mətn

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.08.2008)

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" və "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı"nın təsdiq edilməsi haqqında (Nazirlər Kabinetinin qərarı, 14.08.2008) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 619-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 iyun tarixli 783 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət qeydiyyatı aparılan nəqliyyat vasitələrinin Siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 14 avqust 2008-ci il

bütün tipli, markalı, modelli traktorlar, onların qoşquları, tarla işlərində istifadə edilən asma-qoşma kənd təsərrüfatı mexanizmləri;

küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan aqrar-sənaye kompleksindən, meşə və ekologiya sahələrində, su-meliorasiya təsərrüfatlarında, kənd-tarla arası yolların çəkilişində və digər kənd təsərrüfatı üçün xidmət sahələrində istifadə edilən digər özüyeriyən texnikalar, ekskavatorlar, buldozerlər və tırtıllı mexaniki nəqliyyat vasitələri;

plantaj şum aparmaq, sahələri hamarlamaq, çəltik səpini, tarlanın hazırlanması üçün silos və senaj quyularının qazılması, yaşıl kütlənin tapdanması və basdırılması üçün buldozerlər və ekskavatorlar;

mineral və üzvü gübrələrin yığılması və yüklənməsi üçün yükləyicilər;

kənd təsərrüfatı məhsulları emalı sənayesi sahəsində yükləmə və boşaltma işlərində istifadə edilən avtoyükləyicilər və digər markalı texnikalar;

fermer təsərrüfatında suvarma xətlərinin çəkilişində istifadə edilən, taxıl yığımından əvvəl isə həmin xətlərin doldurulması üçün ekskavator və buldozerlər;

suvarma kanallarının çəkilişi, təmizlənməsi işlərində istifadə edilən bütün markalı skreyperlər, buldozerlər;

tarlalararası yolların çəkilməsi və təmiri üçün qreyderlər və digər texnikalar.

1. Bütün növ vərdənələr (torpaqkipləyici, silindrli, titrəyişli, pnevmatik).

2. Bütün növ yükləyicilər (frontal, çəngəlağız, çalovlu, teleskopik).

3. Bütün növ qaldırıcı tipli texnoloji nəqliyyat vasitələri (teleskopik, qayçıvari, platforma tipli).

4. Traktor bazasında quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (qaynaq aqreqatı, kompressor, nasoslu aqreqat, kran).

5. Ekskavator üzərində quraşdırılan müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (hidravlik çəkic, betondağıdan, kran).

6. Yolsüpürən texnoloji nəqliyyat vasitəsi.

7. Dağ-mədən sənayesində istifadə olunan texnoloji nəqliyyat vasitələri.

8. Yol tikinti texnikaları (mobil asfalt zavodu, borudüzən, yolnişanlayıcı nəqliyyat vasitələri).

9. Asfaltqaşıyan maşınlar.

10. Çalaqazan texnoloji nəqliyyat vasitələri.

13. Asfaltdöşəyən nəqliyyat vasitəsi.

14. Təkərli kompressorlar.

15. Borudüzən nəqliyyat vasitəsi.

18. Təkərli mexanizmlər.

19. Təkərli qaynaq aqreqatları.

20. Təkərli generatorlar.

21. Qat təmizləyən traktorlar.

24. Elektromühərriklə işləyən nəqliyyat vasitələri.

25. Qoşqulu və yarımqoşqulu mexanizmlər.

26. Tırtıl və təkər üzərində quraşdırılmış müxtəliftəyinatlı texnoloji qurğu və avadanlıqlar (mobil konteyner, tırtıllı transportyor, payavuran, kran).

1. 16 mart 2016-cı il tarixli 130 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 623)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver