Qanunvericilik › Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 20.04.2005) › Tam mətn

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 20.04.2005)

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 20.04.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur - əlavə 1).

6. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 9, maddə 555) ilə təsdiq edilmiş əlavə № 2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”nın 10-cu və 11-ci bəndlərində “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin aşağıda göstərilən Fərmanları qüvvədən düşmüş hesab edilsin:

7.1. “Dövlət Aqrar İslahatı Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı;

7.2. “Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı;

7.3. “Kənd təsərrüfatında nümunəvi özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli Fərmanı;

7.4. “Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 7 fevral tarixli 275 nömrəli Fərmanı.

8. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

8.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və onun yanında yaradılmış dövlət agentliyinin və dövlət xidmətlərinin işçilərinin say həddini bir ay müddətində müəyyən etsin;

8.2. normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.3. bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyasının müvafiq sənədlərinin, Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsini təmin etsin;

8.4. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu Fərmandan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

10. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı səhəri, 20 aprel 2005-ci il

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikası Prezidentinin “Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yenidən təşkil edilmişdir.

2. Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının, o cümlədən akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, aqroparklar və torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır.

4. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

6. Nazirlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyaları Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları ilə, habelə ictimai təşkilatlarla və digər hüquqi şəxslərlə qarşılıqlı əlaqəli şəkildə həyata keçirir.

7. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

8. Nazirliyin saxlanılması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

9. Nazirlik Bakı şəhərində yerləşir.

10. Nazirliyin əsas vəzifələri aşağıdakılardan ibarətdir:

10.1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının, o cümlədən akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, aqroparklar və torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək;

10.2. aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək;

10.3. aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək;

10.4. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının, o cümlədən akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, aqroparklar və torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək;

10.4-1. fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərmək;

10.5. aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq;

10.6. aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək;

10.7. aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək;

10.8. aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək;

10.9. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;

10.10. Dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə yerlərdə kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi üçün tədbirlər görmək, onlara müxtəlif xidmətlər göstərilməsini təşkil etmək, Nazirliyin yerli qurumlarının fəaliyyətini əlaqələndirmək;

10.11. kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;

10.12. kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək;

10.13. Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək;

10.13-1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

10.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək.

11. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

11.1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının, o cümlədən akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, aqroparklar və torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənin inkişafı ilə əlaqədar, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və emal sahələrinin inkişafına, kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin istehsalına həsr olunmuş proqramlar hazırlayır və onların icrasını təmin edir;

11.2. aqrar bölmənin inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak edir;

11.3. aqrar bölmədə xidmət mərkəzlərinin təşkili və sahənin maddi-texniki vasitələrlə təmin olunmasına köməklik göstərir;

11.4. kənd təsərrüfatı məhsulları istehsalçılarının mənafeyinin qorunması ilə bağlı təkliflər hazırlayır, aidiyyəti dövlət orqanlarına təqdim edir və səlahiyyətləri daxilində tədbirlər görür;

11.5. nazirlik sisteminə daxil olan qurumlar tərəfindən qanunvericiliyə uyğun olaraq göstərilən pullu xidmətlərin tarifləri barədə təklif hazırlayır və aidiyyəti üzrə təqdim edir;

11.6. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Nazirliyin sisteminə daxil olan qurumlar tərəfindən istifadə edilən büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi proqramlarını və xərclər smetalarını təsdiq edir;

11.7. səlahiyyətləri daxilində aqrar bölməyə ayrılan qrantların və müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Nazirliyin sisteminə daxil olan qurumlar tərəfindən büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi üzərində qanunvericiliyə müvafiq olaraq nəzarəti həyata keçirir;

11.8. kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, onların emalının genişləndirilməsi, itkilərin qarşısının alınması və məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə texniki, texnoloji, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsində iştirak edir;

11.9. kənd təsərrüfatı sahəsində elmi-tədqiqat işlərinin aparılmasını, səmərəli ixtira və kəşflərin tətbiqini təşkil edir;

11.9-1. seleksiya nailiyyətlərinin qeydiyyatını və patent mühafizəsini, habelə “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər vəzifələri tabeliyindəki qurum vasitəsilə təşkil edir və onların icrasına nəzarəti həyata keçirir;

11.10. kənd təsərrüfatı sahələrinin elektrikləşdirilməsi və avtomatlaşdırılması istiqamətlərini müəyyən edir və aidiyyəti orqanlarla birlikdə onların həyata keçirilməsini təşkil edir;

11.11. əkinə yararlı torpaqların aqrokimyəvi tədqiqatlarını aparır, su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirir, torpaqların meliorativ cəhətdən yaxşılaşdırılmasında iştirak edir.

11.12. tabeliyində olan müvafiq qurumlar vasitəsilə ölkədə dövlət baytarlıq xidmətinin həyata keçirilməsini təmin edir,, baytarlıq elminin inkişafı və nailiyyətlərinin tətbiqi, baytarlıq mütəxəssislərinin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;

11.13. baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə mal-qaranın boy artımını sürətləndirən və məhsuldarlığını yüksəldən bioloji stimulyatorların və hormonların baytarlıq sahəsində tətbiqini təmin edir;

11.14. müvafiq qurumları vasitəsilə damazlıq işi sahəsində yüksək məhsuldarlığa, sabit irsi əlamətlərə malik cins heyvanların yetişdirilməsini, onların sınağını, geniş təkrar istehsalını təşkil edir, heyvan cinslərinin genofondunun uçotunu aparır;

11.15. tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, cins heyvanları və damazlıq məhsulları olan hüquqi şəxslər, eləcə də fiziki şəxslər tərəfindən damazlıq heyvandarlığın norma və qaydalarına əməl edilməsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət edir, damazlıq heyvanların hər bir növü və cinsi üzrə dövlət reyestrini və dövlət damazlıq kitablarını tərtib edir, təsərrüfatların uçotunu, habelə damazlıq ehtiyatlarının sınağını və ekspertizasını aparır;

11.16. müvafiq qurumları vasitəsilə yem ehtiyatlarından səmərəli istifadə olunması üzrə tədbirlər həyata keçirir, tövsiyələr verir;

11.17. müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilən yay və qış otlaqlarının təyinatı üzrə istifadəsi barədə təkliflər verir;

11.18. yay və qış otlaqlarından istifadənin səmərəliliyini artırmaq, ot örtüyünün botaniki tərkibini yaxşılaşdırmaq və heyvandarlığın yem bazasını möhkəmləndirmək üçün müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edir;

11.19. tabeliyində olan müvafiq dövlət qurumları vasitəsilə ölkədə fitosanitar xidmətinin bitki sağlamlığı sahələrində fitosanitar xidmətlərinin həyata keçirilməsini təmin edir;

11.22. kənd təsərrüfatı texnikasının və onların ehtiyat hissələrinin istehsalı üçün proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak edir, ölkədə istehsal olunan kənd təsərrüfatı texnikasının, maşın və avadanlığın sınağının keçirilməsini təşkil edir;

11.23. kənd təsərrüfatında lizinqin tətbiqi sahəsində müvafiq orqanlarla birlikdə layihələr hazırlayıb həyata keçirir, bu məqsədlə ayrılmış vəsaitin səmərəli istifadəsi barədə təkliflər verir;

11.24. strukturuna daxil olan qurum vasitəsilə aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, ailə-kəndli təsərrüfatlarına güzəştli kreditlərin ayrılmasını, kənd təsərrüfatı istehsal vasitələrinə güzəştlərin verilməsini və təyinatı üzrə istifadəsini, kənd təsərrüfatına dəstək layihələrinin həyata keçirilməsini, habelə beynəlxalq təşkilatlar və maliyyə qurumları ilə bağlanılan sazişlərə uyğun olaraq, kənd təsərrüfatı sahəsində layihələrin icrasını təmin edir;

11.25. kənd təsərrüfatında islahatların dərinləşdirilməsi və özəl bölmənin inkişafını sürətləndirmək üçün beynəlxalq maliyyə təşkilatlan ilə birlikdə müvafiq layihələr çərçivəsində işlərin təşkil edilməsini təmin edir;

11.26. beynəlxalq təşkilatlar və maliyyə qurumları tərəfindən həyata keçirilən layihələr çərçivəsində alman vəsaitin aqrar bölmədə məqsədyönlü istifadəsinə nəzarət edir;

11.27. müvafiq qurumlar vasitəsilə torpaqların münbitliyinin bərpası və mühafizəsi sahəsində, səmərəli aqrotexniki, bitki sağlamlığı üzrə fitosanitar xidmətləri və eroziyaya qarşı mübarizə tədbirlərini öz səlahiyyəti daxilində həyata keçirir;

11.28. kənd təsərrüfatına yararlı torpaqlardan yüksək məhsul əldə olunması və həmin torpaqların mühafizəsinin təmin edilməsi məqsədilə mütərəqqi torpaqbecərmə işlərinin aparılması, texnika və texnologiyaların tətbiqi ilə bağlı tədbirlərdə iştirak edir;

11.29. müvafiq qurumları vasitəsilə kənd təsərrüfatı məhsulları istehsal edən qurumlarda torpağın münbitliyinin bərpa edilməsini, gübrə və digər kimyəvi preparatlardan düzgün və səmərəli istifadə edilməsini, habelə aqro-kimyəvi xidmət işini təşkil edir, öz səlahiyyətləri daxilində təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini təmin edir;

11.30. qanunvericiliklə müəyyən edilmiş qaydada kənd təsərrüfatı bitkilərinin toxumçuluğunu təşkil edir, sort alınma, dövlət sınağı, rayonlaşdırma işlərinə dövlət nəzarətini həyata keçirir;

11.31. ərzaq təhlükəsizliyi sahəsində aidiyyəti dövlət orqanları ilə birlikdə müvafiq iş aparır, səlahiyyətləri daxilində dequstasiya (titesteriya) komissiyalarının yaradılması, sərgi, auksion və yarmarkaların təşkili yolu ilə istehsalçılarla istehlakçılar arasında əlaqələrin yaradılmasına kömək edir;

11.32. tabeliyində olan müvafiq qurumlar vasitəsilə Azərbaycan Respublikasının ərazisində heyvanların və quşların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini təşkil edir;

11.33. kənd təsərrüfatı məhsullarının istehsalının və idxalının tənzimlənməsində, qida məhsulları ehtiyatlarının yaradılmasında və daxili bazarın qorunmasında səlahiyyətləri daxilində iştirak edir;

11.33-1. tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;

11.33-2. şəhərlərdə və Xəzər dənizi sahillərində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu 20–50 metrlik zolağının altındakı torpaq sahələri istisna olmaqla) balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək;

11.33-3. balıq və digər su bioresurslarının qiymətli növlərinin xüsusi mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun dayandırılması və ya qadağan edilməsi ilə bağlı tədbirlər görmək, balıqçılıq subyektlərinin uçotunu aparmaq;

11.33-5. balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura (o cümlədən dəniz akvakulturası (marikultura) əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görmək;

11.33-6. ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini yerli icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla müəyyən etmək;

11.33-7. balıqartırma fəaliyyətinin həyata keçirilməsi məqsədilə balıq və digər su bioresurslarının yetişdirilməsi istiqamətində akvakultura təsərrüfatları ilə müqavilə bağlamaq;

11.33-8. nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görmək;

11.33-9. akvakultura fəaliyyətinin həyata keçirilməsi üçün qeydiyyat şəhadətnaməsini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vermək, dayandırmaq, bərpa etmək və ləğv etmək;

11.33-10. balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi üzrə texniki normativ hüquqi aktlar qəbul etmək, törədici balıqların və onların sürülərinin uçotunu aparmaq;

11.33-11. balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və iqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək;

11.33-12. balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan nərə cinsli, keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamaq;

11.33-13. daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamaq;

11.33-14. balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparmaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktını tərtib etmək;

11.33-15. Azərbaycan Respublikasının su obyektlərində balıqçılığa aid qanunvericiliyə uyğun olaraq, Xəzəryanı dövlətlər arasında bağlanılmış beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə, balıq və digər su bioresurslarından istifadə hüququ verilməsini təmin etmək;

11.33-16. balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla vətəgə sahələrinin ayrılmasına dair tədbirlər görmək;

11.33-17. Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsində balıq və digər su bioresurslarının istismarının həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək, o cümlədən, onların ovu və artırılması ilə bağlı işləri tənzimləməklə, süni yolla çoxaldılmasını həyata keçirmək;

11.33-18. hər il növbəti təqvim ili üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü müəyyənləşdirmək;

11.33-19. təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasına nəzarət etmək;

11.33-20. Xəzər dənizində (gölündə) balıq və digər su bioresurslarının iqlimləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin nəzərə alınmasına, Xəzər dənizinə (gölünə) iqlimləşdirilmə məqsədilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılmasına nəzarət etmək;

11.33-21. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri (akvatoriyalar) müəyyən etmək;

11.33-22. kökünün kəsilmə təhlükəsi olan balıq və digər su bioresurslarının beynəlxalq ticarəti (dənizdən introduksiya, ixrac, təkrar ixrac və idxal) üçün icazə (sertifikat) vermək;

11.33-23. balıqovlama biletini “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vermək, dayandırmaq, bərpa etmək və ləğv etmək;

11.33-24. balıq və digər su bioresurslarının zooloji kolleksiyalarının yaradılmasına, zənginləşdirilməsinə, onlarla ticarətə, habelə Azərbaycan Respublikasına gətirilməsinə, onun hüdudlarından kənara göndərilməsinə və aparılmasına icazə vermək;

11.33-25. balıqçılıq su obyektlərinin meliorasiyasının həyata keçirilməsi qaydasını təsdiq etmək, meliorasiyaya nəzarəti həyata keçirmək, istifadəyə və ya icarəyə verilməmiş dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində meliorasiya fəaliyyətini təşkil etmək;

11.33-26. balıqçılıq su obyektlərinin monitorinqini həyata keçirmək, bu məqsədlə müşahidə və monitorinq sistemləri yaratmaq, quraşdırmaq və onlardan istifadə etmək;

11.33-27. “Ətraf mühitin mühafizəsi haqqında” və “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq balıq və digər su bioresurslarına münasibətdə dövlət nəzarətini, habelə həmin sahədə digər səlahiyyətləri həyata keçirmək;

11.35. istehsal mənşəyinə görə emal sənayesi məhsullarına kənd təsərrüfatı bitki sortlarının yetişdirildiyi və emal edildiyi inzibati ərazi vahidlərinin adlarına və yerli şəraitə uyğun adların verilməsində iştirak edir;

11.36. fəaliyyət istiqamətləri üzrə laboratoriyalar yaradır;

11.38.kənd təsərrüfatı məhsullarının emalı üzrə müəssisələrin yaradılması və yenidən qurulması barədə təkliflər verir;

11.39.kənd təsərrüfatı bitkilərinin əkin materiallarının sortluq və əkin keyfiyyətini təsdiq edən şəhadətnamə verir;

11.40.Nazirliyin tabeliyində olan idarə, müəssisə və təşkilatlarda əməyin mühafizəsinə dair qayda və normaların yerinə yetirilməsinə nəzarət edir.

11.41.kənd təsərrüfatı sahəsində kreditlərin verilməsi barədə təkliflər verir;

11.42. Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq lisenziyaların və ya icazələrin, onların dublikatlarının və əlavələrinin verilməsi, onların yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi ilə bağlı rəy, həmçinin müvafiq fəaliyyət növlərinə icazə vermək və icazə şərtlərinə riayət olunmasına nəzarət etmək;

11.42-1. Nazirliyin kənd təsərrüfatı texnikası və balıq və digər su bioresurslarının mühafizəsi və onlardan istifadə sahələrində dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini təsviri və təchizat norması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən xüsusi geyim forması və fərqlənmə nişanları ilə, habelə siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən nəzarət-ölçü cihazları ilə və digər xüsusi vasitələrlə, həmçinin balıq və digər su bioresurslarının mühafizəsinə və onlardan istifadəyə dövlət nəzarətini həyata keçirən aidiyyəti işçilərini qanuna uyğun olaraq xidməti silahla təmin edir;

11.43.qanunvericilikdə müəyyən edilmiş qaydada malların alınması, xidmətlərin göstərilməsi, işlərin görülməsi üçün dövlət satınalmalarının təşkilini həyata keçirir;

11.44.Nazirlik sisteminə daxil olan elmi təşkilatların fəaliyyətini əlaqələndirir, aqrar elminin inkişafına və onun nəticələrinin tətbiqinə dair müvafiq tədbirlər görür;

11.45.müəyyən edilmiş qaydada kənd təsərrüfatı sahəsində beynəlxalq elmi-texniki və iqtisadi əlaqələrin genişlənməsini təmin edir;

11.46.səlahiyyətləri daxilində beynəlxalq kənd təsərrüfatı təşkilatları ilə əməkdaşlıq edir, onların tədbirlərində iştirak edir;

11.47. kənd təsərrüfatında çalışan hüquqi və fiziki şəxslərə informasiya-məsləhət xidmətinin göstərilməsini təşkil edir;

11.48. dövlət və sığorta toxum fondları barədə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada müvafiq tədbirlər görür;

11.50. aqrar bölməyə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi üçün məqsədyönlü iş aparır;

11.51. tabeliyində olan təşkilatların büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə təqdim edir;

11.52. Nazirlik sistemində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib edir;

11.53. dövlət əmlakından səmərəli istifadəyə fəaliyyət dairəsində nəzarəti həyata keçirir;

11.54. vətəndaşların qəbulunu təşkil edir, onların ərizə, şikayət və təkliflərinə mövcud qanunvericiliyə uyğun baxılmasını təmin edir;

11.55. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.

12. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

12.1. mərkəzi və yerli icra hakimiyyəti orqanlarından, bələdiyyələrdən, fiziki və hüquqi şəxslərdən müəyyən olunmuş qaydada aqrar bölmənin inkişafı ilə bağlı zəruri məlumatlar və arayışlar almaq;

12.2. səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada aqrar bölmənin bütün sahələri üzrə normativ hüquqi aktlar qəbul etmək, sahə standartları təsdiq etmək;

12.3. tabeliyində olan dövlət qurumları tərəfindən onların fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitlərinin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada nəzarət etmək;

12.4. bülletenlər və digər nəşrlər buraxmaq;

12.5. aqrar sahənin mütəxəssislərə olan tələbatını müəyyən etmək, onların hazırlanması və əlavə təhsili barədə təkliflər vermək;

12.6. Nazirliyin sisteminə daxil olan qurumlara səlahiyyətləri daxilində əmr və göstərişlər vermək, onların icrasına nəzarət etmək, onlar tərəfindən qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ya ləğv etmək;

12.7. qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq əməkdaşlığı həyata keçirmək, səlahiyyətlərinə aid edilən məsələlər barəsində xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, beynəlxalq müqavilələrin (sazişlərin) hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada onları imzalamaq;

12.9. səlahiyyətlərinə aid olan məsələlərin həlli üçün müqavilə əsasında elmi təşkilatları, şirkətləri, mütəxəssisləri, o cümlədən xarici mütəxəssisləri cəlb etmək;

12.10. aqrar bölmədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün səlahiyyətləri daxilində lazım olan tədbirləri görmək;

12.11. kənd təsərrüfatına yararlı torpaqların digər məqsədlər üçün ayrılmasına rəy vermək;

12.12. müvafiq standartlara və normativlərə cavab verməyən əkin materiallarının istehsalına və istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada qadağa qoymaq;

12.13. qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

13. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən nazir rəhbərlik edir.

14. Kənd təsərrüfatı naziri Nazirliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

14-1. Nazirliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

15. Kənd təsərrüfatı nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən dörd müavini vardır. Kənd təsərrüfatı nazirinin müavinləri, onların arasında nazir tərəfindən aparılmış vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə şəxsən məsuliyyət daşıyırlar.

16. Nazirliyin aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sairə) Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. Nazirlik həmin qurumların fəaliyyətini əlaqələndirir və onların fəaliyyətinə nəzarət edir.

17. Nazirliyin strukturuna daxil olan qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar və müstəqil sərəncam vermək hüququna malikdirlər.

18. Kənd təsərrüfatı naziri:

18.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

18.2. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, tabeliyində olan və büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

18.2-1. Nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;

18.4. Nazirliyin fəaliyyət sahəsinə daxil olan sahələrin, habelə strukturuna daxil olan qurumların büdcə vəsaitinə tələbatına dair təkliflər hazırlayır və aidiyyəti üzrə dövlət orqanlarına təqdim edir;

18.5. Nazirliyin aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumları istisna olmaqla) və onların struktur bölmələrinin əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

18.6. Nazirliyin Aparatının işçilərini, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, struktur bölmə rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, digər işçilərin (tabeliyindəki qurumların strukturuna daxil olmayan hüquqi şəxslərin yalnız rəhbərlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;

18.7. Nazirlik sistemi işçiləri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, fəxri adlarla təltif edilmək üçün təqdimat verir;

18.7-1. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

18.8. Nazirliyin aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinə dair icrası məcburi olan əmr, sərəncam və göstərişlər verir, normativ hüquqi aktlar imzalayır (təsdiq edir), onların icrasını yoxlayır;

18.9. qanunvericilikdə müəyyən olunmuş qaydada beynəlxalq, dövlətlərarası və hökumətlərarası danışıqlarda iştirak edir, beynəlxalq müqavilələr (sazişlər) imzalayır;

18.10. səlahiyyətləri daxilində dövlət sirrinə aid olan məlumatların mühafizəsini təmin edir;

18.11. qanunvericiliyə uyğun olaraq digər hüquqlardan istifadə edir.

19. Nazirlikdə nazirdən (kollegiyanın sədri), nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı nazirindən, Nazirliyin aparatının, onun strukturuna daxil olan qurumların habelə digər təşkilatların rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Kollegiyanın tərkibinə həmçinin mütəxəssislər və alimlər daxil edilə bilər.

20. Nazirliyin kollegiya üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

21. Nazirliyin kollegiyası öz iclaslarında aqrar bölmənin inkişafı ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

22. Nazirliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

23. Kollegiyanın qərarları müvafiq protokollarla rəsmiləşdirilir və bir qayda olaraq, nazirin əmrləri ilə həyata keçirilir.

24. Nazirliyin kollegiyasının qərarlarının qəbul edilməsində onun üzvləri arasında fikir aynlığı yarandıqda, sədr öz qərarını həyata keçirir və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.

25. Zəruri hallarda kollegiya iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəsi olan müvafiq icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, habelə ictimai təşkilatların nümayəndələri dəvət edilə bilərlər.

26. Nazirlikdə ictimai əsaslarla elmi-texniki şura yaradılır. Elmi-texniki şuranın tərkibi və Əsasnaməsi kənd təsərrüfatı naziri tərəfindən təsdiq edilir.

1. 27 fevral 2006-cı il tarixli 374 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 91)

2. 3 may 2006-cı il tarixli 399 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 397)

3. 2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)

4. 10 iyun 2008-ci il tarixli 770 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 iyun 2008-ci il, № 126,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 488)

5. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

6. 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779)

7. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 30 dekabr 2009-cu il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 12, maddə 983)

8. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

9. 25 iyun 2014-cü il tarixli 188 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 638)

10. 19 fevral 2015-ci il tarixli 470 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 20 fevral 2015-ci il, № 040, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 2, maddə 132)

11. 23 iyul 2015-ci il tarixli 572 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 24 iyul 2015-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 840)

12. 23 dekabr 2016-cı il tarixli 1177 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 30 dekabr 2016-cı il, № 291, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2095)

13. 16 mart 2017-ci il tarixli 1300 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 17 mart 2017-ci il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 378)

14. 16 iyun 2017-ci il tarixli 1463 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1079)

15. 25 iyun 2018-ci il tarixli 143 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 iyun 2018-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1233)

16. 31 iyul 2018-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 avqust 2018-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №7, I kitab, maddə 1511)

17. 1 mart 2019-cu il tarixli 568 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 409)

18. 10 aprel 2019-cu il tarixli 619 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 12 aprel 2019-cu il, № 78, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 619)

19. 21 may 2019-cu il tarixli 702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 may 2019-cu il, № 111, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 854)

20. 21 may 2019-cu il tarixli 703 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 855)

21. 7 oktyabr 2021-ci il tarixli 1460 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №10, maddə 1104)

22. 19 iyul 2023-cü il tarixli 2233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 iyul 2023-cü il, “Xalq” qəzeti, 20 iyul 2023-cü il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 958)

23. 29 aprel 2024-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 aprel 2024-cü il, “Xalq” qəzeti, 30 aprel 2024-cü il, № 87, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 393)

24. 30 may 2024-cü il tarixli 77 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 30 may 2024-cü il, “Azərbaycan” qəzeti, 31 may 2024-cü il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 5, I kitab, maddə 529)

25. 19 dekabr 2024-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 19 dekabr 2024-cü il, “Xalq” qəzeti, 20 dekabr 2024-cü il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 12, II kitab, maddə 1359)

26. 14 aprel 2025-ci il tarixli 363 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 14 aprel 2025-ci il, “Xalq” qəzeti, 15 aprel 2025-ci il, № 73, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 330)

27. 26 yanvar 2026-cı il tarixli 589 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 yanvar 2026-cı il, “Xalq” qəzeti, 27 yanvar 2026-cı il, № 15, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1, maddə 37)

28. 27 avqust 2026-cı il tarixli 781 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 avqust 2026-cı il, “Azərbaycan” qəzeti, 28 avqust 2026-cı il, № 155)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver