Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu və Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamının 4-cü bəndinin və “Azərbaycan Respublikasının Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu elan edilməsi haqqında” 2007-ci il 19 dekabr tarixli 2564 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi” və “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 19 sentyabr 2008-ci il
1.1. Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu (bundan sonra – Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmış qurumdur.
Qoruq – tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan tarix və mədəniyyət abidələrinin, arxeoloji və memarlıq obyektlərinin, etnoqrafik, epiqrafik, antropoloji abidələrin yerləşdiyi dövlət tərəfindən mühafizə edilən ərazidir.
Qoruq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmrlərini, kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsində və nəzarəti altındadır.
1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.
1.5. Qoruq fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim edir.
1.6. Qoruq ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur.
1.7. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət və təbiət ərazilərinə aiddir. Bu ərazidə yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.
2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;
2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;
2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırır və həyata keçirir;
2.1.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür;
2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;
2.1.6. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarı əsasında Qoruq öz sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək, müvafiq qaydada işlər görür;
2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;
2.1.7. Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;
2.1.8. Qoruğun elmi fondları müddətsiz saxlanılır;
2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
2.1.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;
2.1.11. elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir;
2.1.12. hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür;
2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasın a və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;
2.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2.2. Elmi tədqiqatların aparılma metodlarının Qoruğun rejiminin tələblərinə zidd olmaması şərtilə, hazırlanmış elmi təkliflər Qoruqda tətbiq edilə bilər.
3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.
3.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilə bilər;
3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:
3.5.1. tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması;
3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;
3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqal qalanması;
3.6. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.
Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
5.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:
5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaq;
5.1.2. Qoruğun ərazisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə qadağa qoymaq;
5.1.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək;
5.1.4. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilir;
5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;
5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsində, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasında, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak etmək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək.
5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.
6.1. Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən vəzifəyə təyin və azad edilən direktor rəhbərlik edir.
6.2. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifəyə təyin və azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.
6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;
6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;
6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;
6.3.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;
6.3.6. müəyyən olunmuş qaydada ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflər verir.
6.4. Qoruq mühafizəçiləri:
6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər;
6.4.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidirlər.
6.5. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.
6.6. Qoruğun strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.
Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.
1.1. Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu (bundan sonra — Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 2564 nömrəli Sərəncamı ilə yaradılmış qurumdur.
Qoruq — mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyəti olan tarix, mədəniyyət, memarlıq, arxeoloji, epiqrafik, antropoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı əşyaların, xatirə yerlərinin olduğu dövlət tərəfindən mühafizə edilən ərazidir.
Qoruq Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərir.
1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əmrlərini, kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsində və nəzarəti altındadır.
1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara malikdir. Qoruğun öz emblemi ola bilər.
1.5. Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edir.
1.6. Qoruq ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur.
1.7. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan tarix-mədəniyyət ərazilərinə aiddir və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir.
2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;
2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;
2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırır və həyata keçirir;
2.1.4. Qoruq ərazisindəki rekreasiya zonalarını, yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə qanunvericiliyə uyğun qaydada tədbirlər görür;
2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir. Layihələr Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edildikdən sonra Qoruqları İdarəetmə Mərkəzinin, Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;
2.1.6. Qoruq öz sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, Qoruqları İdarəetmə Mərkəzi bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək, müvafiq qaydada işlər görür;
2.1.6-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Qoruğun ərazisində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, bu barədə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə məlumat verir, həmin ərazidə minatəmizləmə fəaliyyətinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin icazəsi ilə davam etdirilməsinə nəzarət edir;
2.1.7. Qoruq Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir;
2.1.8. Qoruğun elmi fondları müddətsiz saxlanılır;
2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;
2.1.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir;
2.1.11. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir;
2.1.12. hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr keçirir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür;
2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir. Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;
2.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.
2.2. Elmi tədqiqatların aparılma metodlarının Qoruğun rejiminin tələblərinə zidd olmaması şərtilə, hazırlanmış elmi təkliflər Qoruqda tətbiq edilə bilər.
3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.
3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyəti olan abidələr və təbii landşaft Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada qabaqlayıcı, konservasiya, bərpa və xüsusi mühafizə dərəcələri tətbiq edilməklə dövlət tərəfindən qorunur.
3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri bağlanılır.
3.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, təlim-tərbiyə, turizm və istirahət (rekreasiya) məqsədləri üçün istifadə edilə bilər.
3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:
3.5.1. tarix və mədəniyyət abidələrinin korlanması və ya məhv edilməsi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması;
3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;
3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqal qalanması;
3.6. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi, estetik, rekreasiya dəyərini aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.
3.7. Reklam qurğuları (reklam) qoruğun ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada yerləşdirilə bilər.
4.1. Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır.
4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.
5.1. Qoruğun əsas hüquq və məqsədləri aşağıdakılardır:
5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaq;
5.1.2. Qoruğun ərazisində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı olmadan görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına, habelə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə qadağa qoymaq;
5.1.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla təmin etmək;
5.1.4. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin razılığı ilə həyata keçirilir;
5.1.5. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;
5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək;
5.1.7. Qoruğun ərazisində mədəni-kütləvi tədbirlərin keçirilməsinə, müvəqqəti və daimi xidmətlər göstərən obyektlərin yaradılmasına, özəl və dövlət qurumları ilə müqavilə əsasında birgə fəaliyyətdə iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək və müxtəlif növ pullu xidmətlər göstərməklə, qanunvericiliyə zidd olmayan gəlir əldə etmək.
5.2. Qoruq müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin təşkil edilməsi məqsədi ilə Elmi Şura yarada bilər. Şuranın tərkibi Qoruğun təklifi və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.
6.1. Qoruğun fəaliyyətinə Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri tərəfindən vəzifəyə təyin və azad edilən direktor rəhbərlik edir.
6.2. Qoruğun baş fond mühafizi, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən vəzifəyə təyin və azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.
6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;
6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları həvəsləndirir, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;
6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;
6.3.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün tədbirlər görür;
6.3.6. müəyyən olunmuş qaydada Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla ştat cədvəlinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təkliflər verir.
6.4. Qoruq mühafizəçiləri:
6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər;
6.4.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində tonqal qalanmasına, müxtəlif məclislərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidədə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə ondan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidənin mühafizə zonasında müxtəlif tikinti, torpaq və kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidirlər.
6.5. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.
6.6. Qoruğun strukturu və işçilərinin say həddi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilir.
Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə bilər.
1. 1 sentyabr 2016-cı il tarixli 330 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 sentyabr 2016-cı il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1558)
2. 2 sentyabr 2020-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2020-ci il, № 177, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1194)
3. 14 sentyabr 2020-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 sentyabr 2020-ci il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1211)
4. 20 sentyabr 2024-cü il tarixli 432 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 sentyabr 2024-cü il, № 207, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 9, maddə 1095)
5. 10 iyul 2026-cı il tarixli 211 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 iyul 2026-cı il, “Azərbaycan” qəzeti, 14 iyul 2026-cı il, № 122)
6. 10 sentyabr 2026-cı il tarixli 291 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 sentyabr 2026-cı il, “Xalq” qəzeti, 24 sentyabr 2026-cı il, № 174)