Qanunvericilik › Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 23.09.2020) › Tam mətn

Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 23.09.2020)

Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının yaradılması, “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi”nin və “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi”nin təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 23.09.2020) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası yaradılsın.

2. “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının Əsasnaməsi” təsdiq edilsin (1 nömrəli əlavə).

3. “Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurasının tərkibi” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 23 sentyabr 2020-ci il

1.1. Azərbaycan Respublikasının Kosmik Məsələlər üzrə Şurası (bundan sonra – Şura) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr tarixli 3303 nömrəli Sərəncamının 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədilə yaradılmışdır.

1.2. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şura öz funksiyalarını yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, yerli, xarici və beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları ilə tərəfdaşlıq əsasında qarşılıqlı fəaliyyət göstərir. Şuranın bütün üzvləri ictimai əsaslarla fəaliyyət göstərir.

2.1. Şura aşağıdakı əsas funksiyaları yerinə yetirir:

2.1.1. kosmik fəaliyyət sahəsində dövlət proqramlarından irəli gələn vəzifələrin aidiyyəti qurumlar tərəfindən həyata keçirilməsinin monitorinq edilməsi;

2.1.2. kosmik fəaliyyət sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının icra vəziyyətinin və nəticələrinin təhlili, habelə dövlət proqramlarının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflərin hazırlanması;

2.1.3. kosmik fəzanın, o cümlədən uzaq kosmosun öyrənilməsinə və istifadəsinə dair işlərin aparılması istiqamətində sistemli araşdırmanın təşkil edilməsi;

2.1.4. kosmik tədqiqatların nəticələrinin, kosmik sənaye məhsullarının ölkənin iqtisadiyyatında və ayrı-ayrı sahələrində istifadə edilməsi istiqamətlərinin müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanması və qəbul olunmuş qərarların icrasının monitorinq edilməsi;

2.1.5. kosmik fəaliyyətin nəticələrindən istifadə edilməsi sahəsində tədbirlərin planlaşdırılması, habelə öz səlahiyyətləri daxilində belə tədbirlərin təşkil edilməsi və həyata keçirilməsi;

2.1.6. dövlət orqanlarının (qurumlarının) kosmik texnologiyalara və xidmətlərə olan ehtiyac və tələbatının ödənilməsinə, habelə dövlət orqanlarının (qurumlarının) və təşkilatlarının mənafeləri üçün kosmik fəaliyyətin nəticələrindən istifadə edilməsinə dair tövsiyələrin hazırlanması;

2.1.7. Azərbaycan Respublikasında və xaricdə kosmik fəaliyyətin nəticələrindən istifadənin elmi-texniki, istehsal, istifadəçi (operator), təhsil və innovasiya strukturunun formalaşdırılmasının kompleks problemlərinin həllinə dair təkliflərə baxılması və tövsiyələr verilməsi;

2.1.8. kosmik sahədə təhsilin dəstəklənməsinə, təqaüdlərin ayrılmasına, xarici ali təhsil müəssisələri ilə birgə proqramların həyata keçirilməsinə dair təkliflərin verilməsi;

2.1.9. kosmik fəaliyyətin nəticələrindən istifadə əsasında həyata keçirilən pilot və digər layihələr üzrə təkliflərin hazırlanması, habelə belə təkliflərə baxılması;

2.1.10. kosmik tədqiqatların, o cümlədən kosmik fəzada tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı təkliflərin hazırlanması;

2.1.11. kosmik sənaye, eləcə də kosmik tədqiqatların aparılması üçün investisiya qoyuluşlarına dair təkliflərin verilməsi;

2.1.12. kosmik tədqiqatların aparılması, belə tədqiqatlardan istifadə və kosmik sənaye sahəsi ilə bağlı qrantlar üçün vəsaitlərin formalaşdırılması (ayrılması) və qrantların verilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi;

2.1.13. beynəlxalq təşkilatlar və qurumlarla, xarici dövlətlərin kosmik agentlikləri ilə öz səlahiyyətləri daxilində əməkdaşlığın həyata keçirilməsi.

2.2. Şuranın aşağıdakı hüquqları vardır:

2.2.1. səlahiyyətləri daxilində Azərbaycan Respublikasının icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, fiziki və hüquqi şəxslərdən razılaşdırılmış həcmdə informasiya, istinad və digər materialların əldə edilməsinə dair sorğu vermək;

2.2.2. Şuranın fəaliyyətinin istiqamətləri üzrə komitələr, müvəqqəti işçi qruplar yaratmaq və onların vəzifələrini müəyyən etmək;

2.2.3. Şuranın səlahiyyətinə aid edilən problemlərin və məsələlərin elmi-texniki, iqtisadi, ekoloji, sosial və digər ekspertizasının keçirilməsi üçün ekspertləri və məsləhətçiləri cəlb etmək;

2.2.4. kosmik fəaliyyətin nəticələrindən istifadə sahəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmosa), habelə müvafiq razılaşmalar əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, təşkilatlara təkliflər vermək;

2.2.5. kosmik fəaliyyət, kosmik tədqiqatlar və onların tətbiqi sahələrində konfranslar, forumlar, simpoziumlar və seminarlar təşkil etmək, keçirmək və belə tədbirlərdə iştirak etmək.

3.1. Şuranın tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

3.2. Şuranın sədri Şuranın üzvləri arasından üzvlər tərəfindən seçilir.

3.3. Şuraya rəhbərlik Şuranın sədri tərəfindən həyata keçirilir.

3.4.1. Şuranın fəaliyyətini təşkil edir;

3.4.2. Şuranın iş planını təsdiq edir;

3.4.3. Şuranın iclaslarının keçirilməsi vaxtını və yerini təyin edir, bu iclasların gündəliyini təsdiq edir və iclasları aparır;

3.4.4. Şuranın sənədlərini imzalayır;

3.4.5. Şuranı təmsil edir;

3.4.6. Şuranın ictimai əsaslarla fəaliyyət göstərən katibini təyin edir.

3.5. Şuranın üzvlərinin hüquqları və vəzifələri aşağıdakılardır:

3.5.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək, iclas materialları ilə tanış olmaq;

3.5.2. Şuranın səlahiyyətlərinə aid məsələlərlə bağlı Şuranın iclasında baxılması üçün təkliflər vermək;

3.5.3. Şuranın adından qərarların qəbul edilməsi ilə bağlı səsvermədə iştirak etmək;

3.5.4. bu Əsasnamədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və hüquqları həyata keçirmək.

3.6.1. Şuranın iş planlarının, Şuranın iclaslarının gündəliyinin və bu iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulan sənədlərin, Şuranın qərarlarının layihələrinin, habelə Şuranın iclaslarının protokollarının hazırlanmasını təmin edir;

3.6.2. Şuranın üzvlərini, Şuranın növbəti iclasının keçirilmə vaxtı və yeri barədə məlumatlandırır və onları zəruri materiallarla təmin edir;

3.6.3. Şuranın protokollarının əsl nüsxələrini, habelə Şuraya daxil olmuş və toplanmış sənədləri saxlayır;

3.6.4. Şuranın sədrinin göstərişlərini icra edir.

3.7. Şuranın cari fəaliyyətinin zəruri təşkilati təminatını Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) həyata keçirir.

3.8. Şuranın iclasları ildə bir dəfədən az olmayaraq keçirilir. İclaslara Şuranın sədri rəhbərlik edir.

3.9. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olarsa, Şura sədrinin səsi həlledici hesab edilir.

3.10. Şuranın qərarları iclasa sədrlik edənin və Şuranın katibinin imzaladığı iclas protokolları ilə rəsmiləşdirilir. Şuranın qərarları iclas protokolundan çıxarış şəklində maraqlı şəxslərin nəzərinə çatdırılır.

3.11. Şuranın iclaslarına dövlət və yerli özünüidarəetmə orqanlarının, təşkilatların nümayəndələri dəvət edilə bilər.

1. Azərbaycan Respublikasının İqtisadiyyat naziri

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri

3. Azərbaycan Respublikasının Maliyyə naziri

4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri

5-1. Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

6. Milli Aviasiya Akademiyasının rektoru

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun direktoru

8. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti

9. Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri

10. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru

11. Milli Aviasiya Akademiyasının aviakosmik məsələlər üzrə məsləhətçisi.

1. 24 avqust 2021-ci il tarixli 240 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 avqust 2021-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 966)

2. 4 aprel 2022-ci il tarixli 131 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 aprel 2022-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 381)

3. 21 dekabr 2022-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 dekabr 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1552)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver