Qanunvericilik › “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 10.04.2002) › Tam mətn

“Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 10.04.2002)

“Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydaları”nın təsdiq edilməsi barədə (Mərkəzi bankın qərarı, 10.04.2002) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Bakı şəhəri “ 10 “ aprel 2002-ci il

Sədrlik edirdi: E.Rüstəmov - Milli Bankın İdarə Heyətinin sədri

İştirak edirdilər: İdarə Heyətinin üzvləri:

A.Quliyev, V.Xubanov, A.Babayev, R.Aslanov

İdarə Heyəti sədrinin müavinləri: A.Məlik-Aslanov, Ə.Axundov

Milli Bankın məsul işçiləri.

Nağd pulla iş departamentinin (M.Abbasov) məlumatını müzakirə edərək, Milli Bankın İdarə Heyəti qərara alır:

1. “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları” təsdiq edilsin və müvafiq qaydada Dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilsin.

2. “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları” Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir.

3. “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması Qaydaları”nın qüvvəyə minməsi ilə əlaqədar Milli Bankın 13 aprel 1993-cü il tarixli 10 № -li “Respublikanın bank idarələrində emissiya-kassa işinə, pul hasilatının inkassasiyasına və qiymətli şeylərin daşınmasına dair Təlimat”ı və 01 noyabr 1997-ci il tarixli (reyestr № 104) “Azərbaycan Respublikasında kredit təşkilatlarının kassa qovşağının qurulması və möhkəmləndirilməsinə dair texniki tələblər”i öz qüvvəsini itirmiş hesab edilir.

4. Qaydaların, Dövlət qeydiyyatına alındıqdan sonra, tətbiq olunmaq üçün struktur bölmələrinə çatdırılması Nağd pulla iş departamentinə (M.Abbasov) tapşırılsın.

İdarə Heyətinin sədri E.Rüstəmov

İdarə Heyətinin katibi Z.Hüseynova

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver