“Azərbaycan Respublikası Dövlət Maddi-texniki Təchizat Komitəsinin Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyinə çevrilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 29 may tarixli Fərmanına müvafiq olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn müvafiq qərarlar qəbul etsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 avqust 1992-ci il.