13.1. Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid edilir və Mərkəzi Bankın kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmır.
13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödənilir, bu ehtiyatlar kifayət etmədikdə isə Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.