18.1. Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər.
18.2. Normativ hüquqi aktda Mərkəzi Bank, maliyyə bazarları və Mərkəzi Bankın nəzarət etdiyi subyektlərin fəaliyyəti ilə bağlı normativ göstərişlər və (və ya) tapşırıqlar olduqda, həmin layihə normayaratma orqanına təqdim edilməzdən əvvəl Mərkəzi Bankla razılaşdırılmalıdır.