Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 25

Maddə 25. İdarə Heyəti üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

25.1. Mərkəzi Bankın sədri və İdarə Heyətinin digər üzvləri vaxtından əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndi ilə müəyyən edilmiş qaydada, o cümlədən aşağıda göstərilən hallar nəzərə alınmaqla öz vəzifəsindən azad olunur:

25.1.1. Azərbaycan Respublikası Prezidentinə istefa haqqında ərizə təqdim etdikdə;

25.1.2. müvafiq tibbi arayışa əsasən xəstəliklə əlaqədar 6 aydan çox müddətində öz vəzifələrini icra edə bilmədikdə, bu şərtlə ki, Mərkəzi Bankın İdarə Heyəti Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatətlə çıxış edir;

25.1.3. məhkəmənin qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

25.1.4. məhkəmənin qüvvəyə minmiş hökmü ilə cinayət törətməkdə təqsirli bilindikdə;

25.1.5. İdarə Heyətinin üzvünə dair bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş tələb və məhdudiyyətlər pozulduqda.

25.2. Vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi ilə razı olmayan İdarə Heyətinin üzvü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver