Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Daxili audit

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Mərkəzi Bankın daxili audit bölməsi aşağıdakıları həyata keçirir: 27.1.1. Mərkəzi Bank üzrə risklərin idarə olunması sahəsində adekvat prosedurların və nəzarət mexanizmlərinin vəziyyətini qiymətləndirir, onların daim tətbiq olunmasına nəzarət edir;

27.1.2. qanunvericiliyə əməl olunmasını təmin etmək məqsədilə Mərkəzi Bankın struktur bölmələrinin auditini həyata keçirir;

27.1.3. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat, daimi nəzarət prosedurları və mexanizmləri barədə Mərkəzi Bankın İdarə Heyətinə və struktur bölmələrinə tövsiyələr verir;

27.1.4. Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir.

27.2. Daxili audit bölməsi bilavasitə Mərkəzi Bankın sədrinə tabedir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver