30.1. Mərkəzi Bank açıq bazarda aşağıdakı əməliyyatları aparır:
30.1.1. bu Qanunun 16-cı maddəsinin tələblərini nəzərə almaqla dövlətin buraxdığı qiymətli kağızlarla alğı-satqı və digər əməliyyatlar;
30.1.2. özünün buraxdığı qiymətli kağızlarla alğı-satqı və digər əməliyyatlar;
30.1.3. xarici valyuta ilə alğı-satqı və digər əməliyyatlar.
30.2. Mərkəzi Bankın emissiya etdiyi qiymətli kağızların buraxılışı, yerləşdirilməsi, tədavülü və geri alınması şərtləri İdarə Heyəti tərəfindən müəyyən edilir. Mərkəzi Bank açıq bazar əməliyyatlarını tənzimlənən bazarla yanaşı digər ticarət sistemində də apara bilər.