55.1. Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:
55.1.1. bu Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;
55.1.2. istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;
55.1.3. Mərkəzi Bankın fəaliyyətini, Mərkəzi Bank qarşısında olan öhdəliklərin icrasını, habelə Mərkəzi Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək məqsədləri istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək.