58.1. Mərkəzi Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq bir və ya bir neçə il müddətinə təyin edilmiş auditor tərəfindən ildə bir dəfə yoxlanılır.
58.2. Zəruri hallarda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq auditor yoxlaması növbədənkənar qaydada təyin edilə bilər.
58.3. Mərkəzi Bankın auditi Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılır. Auditlə bağlı xərclər Mərkəzi Bankın vəsaiti hesabına ödənilir.
58.5. Audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə rəsmi internet səhifəsində və ya mətbu orqanda dərc etdirilir.
58.6. Mərkəzi Bankda kənar dövlət maliyyə nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir. Kənar dövlət maliyyə nəzarəti yalnız Mərkəzi Bankın inzibati-təsərrüfat fəaliyyətini əhatə edir.