Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 64

Maddə 64. Hesabatların açıqlanması

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

64.1. Mərkəzi Bankın fəaliyyəti ilə bağlı illik hesabat Mərkəzi Bankın rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır. Mərkəzi Bankın illik hesabatı ölkədəki makroiqtisadi və maliyyə bazarlarının sabitliyinə dair vəziyyəti, qəbul olunmuş pul siyasəti üzrə hədəf və vəzifələrin icrasına dair yekunları, habelə Mərkəzi Bankın maliyyə vəziyyətini əks etdirir.

64.2. Mərkəzi Bank ayda bir dəfədən az olmayaraq xarici sektor statistikasını, maliyyə bazarları və ödəniş sistemləri üzrə ümumiləşdirilmiş statistikanı, habelə monetar statistikaya dair məlumatları rəsmi internet səhifəsində yerləşdirir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver